Posts

Showing posts from August, 2022

MƏNİM ADIM QIRMIZI...

Image
İsti acı kofe və kəmşirin krouasanın, isti yay səhərində ara sıra əsən mehin müşayəti və verdiyi həzz ilə uzun aradan sonra yazdığım bu yazını avqust ayı boyunca keçdirdiyim o çox qəribə hisslərə, duyğulara, təcrübələrə borcluyam..  Bu ilin səkkizinci ayında mən yenidən doğuldum. Bu ilin yay fəslinin sonuncu ayında mən içimdəki yaraları sağalda-sağalda yenidən dünyaya gəldim.. Daxilimdəki böyüyə bilməyən, ya da  böyümək istəməyən, bəlkə də böyüməkdən qorxan o balaca qızcığazı sevə-sevə, əzizləyə-əzizləyə baş verən hadisələri danışa-danışa, başa sala-sala böyütməyə başladım. Onu qadın etdim, həm də elə gözəl qadın ki.. Öz dəyərini bilən, özünü, varlığını, daxilini və xaricini sevən, özünü vacib bilən və bu vacibliklə başqaları üçün ən yaxşısını etməyi bacaran, sözlərini seçən və sevdiklərinə ən gözəl cümlələri və sözləri deyən, ocağının istisini qoruyan, öz yuvasına niyyət edən, sevdiklərini sevgiyə və qayğıya bürüyən əsl qadın kimi qadın! Və özümdən bir parçamı, qara zeytunumu, öz qızı