Posts

Showing posts from March, 2012

YOU'VE GOT MAIL... 2

Yenə ürəksıxıntıları ilə dolu günlər... Telefon zəngini gözləmək... gözləmək... Bircə təbrik üçün heç kəsdən təbrik qəbul etməmək... Bu il heç kəsin bayramını təbrik etmədim... Telefona baxıb durdum... Nə zəng gəldi, nə səs sorağın... Nə kimləsə dərdləşdim, nə kiməsə bir söz didim... Tək dərdim sevgim oldu, sən oldun... Deyəsən yenə kitablarda itirdim özümü.. Onda rahat olur yaşamaq... Çünki öz həyatımı yaşamıram... Çətin günlərimi xatırlamıram... Yazı da heç vaxt sevməmişəm... Sevmirəm... Sən yanımda idin diyə son 3 ildə yola getməyə başlamışdıq baharla, bu il yenə küsmüşəm... Təkcə yazdan yox, elə hamıdan... Sənnən də küsmüşəm... Məndən uzaqdasan diyə... :( Bu səhər gözümü açanda yağışın səsini eşitdim... Təzədəm yumdum... Sanki səni pıçıldadılar... Daha çox darıxdım... sıxldım.. Sənsiz qaldım... Səssiz qaldım... çox şeylər keçdi xəyalımdan... Çox şeyləri xatırladım... Unutduqlarımı belə... Bu gün mesaj yazsam da, "yağış yağır..." desəm də cavab gəlməyəcək... O qədər

MƏNƏ MƏNDƏN DANIŞ...

Mənə məndən danış.. Bir az pıçıltı ilə Bir az titrək.. Bir az ürəklə.. Danış mənə nələr hiss etdiyini.. Nə üçün gec qaldığını danış uzun-uzadı.. İllər ərzində çəkdiyin həsrəti təsvir elə rəssam kimi.. Amma bacarma da heç.. Daha sonra güc ver yazıçılara xas incəliklə sözlərə.. Hisslərindən çələng hör saçıma. Mənə məndən danış.. Bir az həyacanla.. Bəzən utan.. Bəzən qəzəblən.. Özünü danla.. Mənə nifrət et.. Uzun zaman görmədiyin üzümə baxmağa çəkin, Gözlərini gizlət, üzünü çevir. və danış yenə mənə nələrdənsə.. ..çətinliklərindən, ..səssiz gecələrindən, ..həyatında olub keçənlərdən, ..sevgililərindən. ..siyasətdən də danış arabir Sonra isə qəfil söhbəti dəyiş.. Mənə mənədən danış Bir az ürkək.. Bir az həsrətlə.. Və inandırmağa çalış məni səndən çox heç kəsin sevməyəcəyinə.. inanmayacağımı bilə-bilə.. Uzun uzun danış mənə məndən..

AMATEUR PHOTOGRAPHER No.2

Image
Bu dəfə daha çox İçəri şəhəri gəzdim...

AXI MƏN QADINAM...

Image

GÖZLƏMƏDİYİM GÖZLƏNTİLƏRİM...

Image
Özümü ən pisə hazır edirəm bəzən.. Çünki olur.. Olur ki, çox inanıram, gözləyirəm amma ki əksi alınır.. Gözlədiyimin ən əksi.. Elə ona görə də çox da olmayan həyat təcrübəmdə gördüklərimdən, yaşadıqlarımdan sonra, nələrdəsə əksi ilə qarşılaşmağa da hazırlayıram özümü. Xeyiri də az dəymir.. Bir növ siğortalıyırammış kimi.. Bəlkə də sadəcə psixoloji bir şeydi? Bəlkə heç hazır olmuram, özümü sadəcə hazır olmuş kimi göstərirəm?... Bilmirəm.. Həqiqətən bilmirəm... Bəzən isə əksi olur ... Ən pisi gözlədiyin halda ən yaxşısı olur.. Gözləmədiyin olur.. Gözləmədiyin göləntinin nəticəsi =) Qəribə burasıdır ki, insan yaxşı gözlədiyi pis olanda daha çox pis olur və özünü bu "pisə" hazırlamaq daha çətin olur, nəinki pisi gözdüyərkən yaxşının olması.. Ümumiyyətlə insan pisi gözləyəndə heç yaxşını yaxına buraxır ki?.. Qorxur... Axı insan acizdi öz əlində olmayan "nələrdənsə" asılı olanda.. Qorxaqlaşır bu zaman insan... Hər nə... Gözləmədiyim gözləntilərimin

YOU'VE GOT MAIL...

Bəzən düşünərsən... Gələcəyi, gələcəyin gətirəcəyini... Göləzdiklərini, ya da gözlədiklərinin tam əksi olacağını.. İstəməzsən pis düşünəsən, amma ehtimal eləmədən də fikirlərin rahat buraxmaz... İnsan gələcəyi o vaxt düşünər ki, orada, naməlum zaman olan "gələcəkdə" həyatını davam etdirməyə bir səbəbi olsun... Və hər kəsin öz səbəbi var... Mənim də səbəbim var, sənin də eləcə... Və bizim ortaq səbəbimiz... Bizim "SƏBƏBİMİZ" :) Bəzən düşünərsən... Keçmişi, keçmişin buraxdığı izləri... Olanları, iradənddən asılı olmayaraq gözlədiklərinin əksi olanları... Düşünərsən və keçdiyin o xırda, balaca, təcrübəsiz ömür yoluna çönüb bir baxarsan... Səhv yolla getdiyini də görərsən, döz yolla getdiyini də.. Nəticə çıxararsan. Daha yaxşı olmaq üçün çarə gəzərsən... Bəzən getdiyin cığır, indiki yolun keçmişin izləri ilə üst-üstə düşər, amma tamam əks olan yolla gedənlər də az deyil... Bəzən isə iki insanın fərqli yolu eyni cığırda kəsişər və eyni yolu gedər... mənim də ayrı o

AMATEUR PHOTOGRAPHER No.1

Image
Bəzən anları tutmağı, həvəskar "köhnə fotoqraf" olmağı sevirəm.. =) Ad günümdə mənə hədiyyə olunan fotoaparatımla çəkdiyim fotolardan bəziləri...  ***

Bir varam, bir yox...

Gecələri və gündüzləri eyni yaşamaq.. Bəzən özünə qapanıb saatlarla ətrafdan təcrid olmaq və.. ..və nələrinsə ətrafında döndüyünü bilmək amma dərk etməmək.. Nə həyəcanlanmalı olduğuna həyəcanlanarsan, nə də yazın gəlişi qaynadar qanını.. Ətrafdakılar isə sənə anormal adı verər.. Bu andaca bir də baxarsan ki, əslində ..nə anormalsan, nə qeyri adi, sadəcə.. elə beləcə.. bir varsan, bir yox... Heç kəsə başa salmazsan necə olduğunu.. Nə həvəsin olar buna, nə də istəyin.. Başqa aləm axtararsan ətrafında hesab verməyəcəyin.. Kitablara sarılarsan axtarasan özünü, onu, ikinizi.. "Bizim kimi.." dediyin cümlələrin altından da karandaşla xətt çəkərsən ara-bir.. Sonra təkrar-təkrar oxumağa başlayarsan onları.. Xəyalları qonaq çağırıb, saatlarla söhbət edərsən.. Amma bir də baxarsan ki, heç nə olmamış kimi hər şey bir anda yox olub gedər.. Uşaqlıqda sabunlu sudan ufurduyun köpüklər kimi bir-bir qeyb olar xəyallarında qurduğun dünyan.. Əvvəlcə var olan ikiniz.. Sonra