MƏNƏ MƏNDƏN DANIŞ...

Mənə məndən danış..
Bir az pıçıltı ilə
Bir az titrək..
Bir az ürəklə..
Danış mənə nələr hiss etdiyini..
Nə üçün gec qaldığını danış uzun-uzadı..
İllər ərzində çəkdiyin həsrəti təsvir elə rəssam kimi..
Amma bacarma da heç..
Daha sonra
güc ver yazıçılara xas incəliklə sözlərə..
Hisslərindən çələng hör saçıma.
Mənə məndən danış..
Bir az həyacanla..
Bəzən utan..
Bəzən qəzəblən..
Özünü danla..
Mənə nifrət et..
Uzun zaman görmədiyin üzümə baxmağa çəkin,
Gözlərini gizlət, üzünü çevir.
və danış yenə mənə nələrdənsə..
..çətinliklərindən,
..səssiz gecələrindən,
..həyatında olub keçənlərdən,
..sevgililərindən.
..siyasətdən də danış arabir
Sonra isə qəfil söhbəti dəyiş..
Mənə mənədən danış
Bir az ürkək..
Bir az həsrətlə..
Və inandırmağa çalış məni səndən çox heç kəsin sevməyəcəyinə..
inanmayacağımı bilə-bilə..
Uzun uzun danış mənə məndən..


Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)