GÖZLƏMƏDİYİM GÖZLƏNTİLƏRİM...



Özümü ən pisə hazır edirəm bəzən.. Çünki olur.. Olur ki, çox inanıram, gözləyirəm amma ki əksi alınır.. Gözlədiyimin ən əksi.. Elə ona görə də çox da olmayan həyat təcrübəmdə gördüklərimdən, yaşadıqlarımdan sonra, nələrdəsə əksi ilə qarşılaşmağa da hazırlayıram özümü.
Xeyiri də az dəymir.. Bir növ siğortalıyırammış kimi.. Bəlkə də sadəcə psixoloji bir şeydi? Bəlkə heç hazır olmuram, özümü sadəcə hazır olmuş kimi göstərirəm?... Bilmirəm.. Həqiqətən bilmirəm...


Bəzən isə əksi olur ...

Ən pisi gözlədiyin halda ən yaxşısı olur.. Gözləmədiyin olur.. Gözləmədiyin göləntinin nəticəsi =) Qəribə burasıdır ki, insan yaxşı gözlədiyi pis olanda daha çox pis olur və özünü bu "pisə" hazırlamaq daha çətin olur, nəinki pisi gözdüyərkən yaxşının olması.. Ümumiyyətlə insan pisi gözləyəndə heç yaxşını yaxına buraxır ki?.. Qorxur... Axı insan acizdi öz əlində olmayan "nələrdənsə" asılı olanda.. Qorxaqlaşır bu zaman insan... Hər nə...

Gözləmədiyim gözləntilərimin davamı gəlsinmi gəlməsinmi bilmirəm.. Uğura inam tərk etməsin  bircə. :)

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)