Bir varam, bir yox...

Gecələri və gündüzləri eyni yaşamaq..
Bəzən özünə qapanıb saatlarla ətrafdan təcrid olmaq və..
..və nələrinsə ətrafında döndüyünü bilmək amma dərk etməmək..
Nə həyəcanlanmalı olduğuna həyəcanlanarsan, nə də yazın gəlişi qaynadar qanını..
Ətrafdakılar isə sənə anormal adı verər..
Bu andaca bir də baxarsan ki, əslində
..nə anormalsan, nə qeyri adi,
sadəcə..
elə beləcə..
bir varsan, bir yox...
Heç kəsə başa salmazsan necə olduğunu..
Nə həvəsin olar buna, nə də istəyin..
Başqa aləm axtararsan ətrafında hesab verməyəcəyin..
Kitablara sarılarsan axtarasan özünü, onu, ikinizi..
"Bizim kimi.." dediyin cümlələrin altından da karandaşla xətt çəkərsən ara-bir..
Sonra təkrar-təkrar oxumağa başlayarsan onları..
Xəyalları qonaq çağırıb, saatlarla söhbət edərsən..
Amma bir də baxarsan ki, heç nə olmamış kimi hər şey bir anda yox olub gedər..
Uşaqlıqda sabunlu sudan ufurduyun köpüklər kimi
bir-bir qeyb olar xəyallarında qurduğun dünyan..
Əvvəlcə var olan ikiniz..
Sonra o..
Sonra sən yox olarsan..
..baxarsan ki, əslində nə o, nə də sən varsan, ..
Keçmişi xatirlayaraq bu günlə yaşayıb gələcəyi arzu edərsən..
Keçmişində o..
Bu günündə sən..
Gələcəyində isə böyük bir sual işarəsi olar..
Naməlum hisslər bürüyər içini..
Müəammalı gələcək qorxudar..
Bəlkə də, heç kəs anlamaz hiss etdiklərini..
Heç kəs anlamaq istəməz..
Ya da ən pis halda
anlamasa da özünü anlamış kimi göstərər..
Amma sən bilərsən ki, həyatında
bir var olan, bir yox olan
özün varsan..
Bəzən varsan..
Bəzən yoxsan...
sadəcə..
elə beləcə..
bir varsan, bir yoxsan...

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)