Posts

Showing posts from October, 2010

XOŞ GƏLDİN HƏYATIMIZA...

Image
Yolunu çox gözləmişdik.. özümüzdən adlar qoyur, hələ qaranlıq dünyandaykən onu çox sevir, əzizləyir, mahnılar oxuyur, sohbet edirdik.. hərəkətlərini duyur, hərarərtini hiss edirdik... və bir gün o qaranlıq dünyadan bizim kimi işiq dolu dünyaya gələcəyini Allahımdan dualarla istəyirdik... sən nəhayət ki gəldin.. günəş kimi doğuldun birinci balam.. əslində o dünyan qaranlq olsa da heç qorxulu deyildi.. bu işiqli dünyanın təhlükəsindən qorumalıdı səni hamı, ta ki özün özünü qoruya bilənə qədər.. XOŞ GƏLDİN.... :) *18.10.2010*

90-Cİ İLLƏRİN ƏN SUPER İQRASI - MARİO

Image
Mənim uşaqlıq iqram - MARİO :) Nəhayət ki, üstünnən on ildən çox vaxt keçməyinə baxmayaraq mənim də mario iqram oldu... P.S. mənə marionu tapdığına görə təşəkkür..

15 OKTYABR...

Image
Hər bir insanın həyatının "xüsusi" günləri var.. yadda qalan günlər.. bu isə hər bir səbəbdən ola bilər.. və nə qəribə ki, insan başına gələn o "xüsusilikləri", yaxşı və ya pis fərqi yoxdu, məhz o tarixi yadında saxlayır.. Papa XIII Qriqorianın yaratdığı təqvim olmasaydı, həmin təqvimi vərəq vərəq çevirmə imkanımız olmasaydl görəsən yenə də yadımızda qalardımı, ya da yadımızda saxlamaq istədiklərimizi bacarardıqmı xatırlamağı!? ...Elə günlər var ki, uşaqlıqdan onun mütləq bir gün gələcəyinə inanrısan.. əminliklə inanırsan və bu inanc özü onu sənə gətirir. mən də çox inandınm, düşündüm, istədim.. və o gün gəlib artıq.. həyatımın dönüş nöqtəsimi deyim... anlamımı deyim..!? günlərin ən boz və ən cansıxıcı rənglərini boyadı.. təki cüt.. ikini bir elədi.. başqasına ən adı və ən sıradan gələn gün həyatımın ən anıamlı və ən rəngarəng günüdür.. monotluqdan çıxış anı.. həyəcan, hisslərin qarışıqlığı, qorxu, çəkingənlik, utancaqlıq, ilk addımın verdiyi ağlasığmazlıq..... artı

BAĞIŞLAMAQ...

Image
Mürəkkəb xarakterli insanlar çox şeyi bağışlamırlar.. tərs, kinli insanalar da həmçinin.. istər yalan olsun, istər xəyanət, ya verilən sözlərin tutulmaması, hörmətsilik, təhqir.. insan xarakterləri müxtəlif olduğuna görə kimin bu hadisələrə hansı tərəfdən yanaşacağını heç kim bilə bilməz! bəzən fikirləşirəm ki, insan həmişə sevdiyini bağışlamalıdı (fərqi yoxdu hər hansı bir sevgi).. Axı onları sevirsən və buna xatır, sevginə xatir onlar üçün hər şeyi keçməlisən nə olur olsun.. sonra fikirlərim bunu təqzib edir və düşünürəm ki, insan məhz sevdiyini bağışlamamlıdır. çünki sevdiklərin sənin nəyi daha çox incidib nəyin incitmədiyini yaxşı bilir və elə buna görə də necə hərəkət etməli olduqlarını birilər.. bildikləri təqdirdə bəs nə üçün incitsinlər!? bu insana çox pis təsir edir.. axı sevdiklərimizi həyatımızdan bir göz qirpımında necə çıxarıb ata bilərk.. tanımadıqlarını, hətta sevmədiklərini isə sənə nə edirlər etsinlər elə o andaca həyatından silə bilərsən və bu sadəcə cuzi streslə müşa

SEVGİNİN "QƏDƏR"İ...

Image
Görəsən insan nə qədər sevə bilər!? ..bir ay, bir fəsil, bir il, ya bir ömür.... hərdən sevginin aliliyi haqqında yürütdüyüm fikirlərə özüm gülümsünürəm.. əbədilik baxımından heç nəyin olmadığını dəqiqi bildiyimdən gördüyüm bir hadisəni bütün hadisələrin meyarı da seçə bilmərəm, ixtiyarım yoxdu buna.. çünki çox məntiqsiz çıxar! gələcəyi fikirləşmək və onun haqqında götür-qoy etmək də bir az təhlükəlidi. Çünki həyat məhfumu o qədər dərindir ki, insanı hara qədər çəkib aracağını, hansı tufanların içinə salıb, hansı sahilə çıxaracağını ya da çıxarmayacağını, bəlkə daha da dərində batıracağını bilmirsən.. bu gün "heç vaxt eləmərəm" dediyini sabah eləmiş olarsan.. hər nə uzaqlaşmaq istəmir fikirlərimnən... ..Sevginin qədərinnən danışmaq istəyirəm! Bu yaşıma qədər sevginin "qədəri"ni ölçə bilməmişəm. mənimçün sevgi qədərsizdi.. yəni hər hansı bir ölçü vahidi ilə sevgini sıxmaq, çərçivəyə salıb sərhədlərini bağlamaq... mənimçün ağlasığmazdır.. dünya qədər!? can qədər!? həy

P.S. I LOVE YOU...

Image
Əvvəlcə kitabını gördüm.. üzü xoşuma gəlmişdi, bəs içindəki!? bilmirdim... az çox danışdılar kitabın haqqında. heç cür əlimə də keçmirdi, hətta "oçered" var idi. o oxuyacaq sonra o biri.. ama marağım artirdi kitaba getdikcə. bilirdim kinosu da var və ən yaxşısı elə kinosuna baxmağı düşündüm..:) "O"ndan xahiş elədim ki, mənə bu kinonu tapsin.. tapdı.. baxdım.. Uzun zaman idi ki, bir film, ya da bir "love story" bu qədər təsir eləməmişdi.. dəfələrlə gözüm doldu.. vaxtsiz itimək qorxusu tamamilə bürünmüşdü məni.. bilmirəm bəlkə də başqasına heç belə təsir eləməz.. Holly&Gerry.. qəribə cütlük.. maraqli sevgi.. kədərli son.. bəlkə də kədərli deyildi, öyrəşir axı insan əvvəl axır insan hər şeyə, bu belədi.. Kitabını da oxuyacağam diyirlər ki, kinodan maraqlıdı. :) Təşəkkürlər kinonu tapdığına görə və.. P.S. I LOVE YOU... ;)

I HAVE NOTHING...

Image
Bu mahnını seçərkən heç düşünmədim, sadəcə seçdim..... "l have nothing, if l dont have YOU.." Share my life, Take me for what I am. 'Cause I'll never change All my colors for you... Take my love, I'll never ask for too much, Just all that you are And everything that you do... I don't really need to look Very much farther, I don't wanna have to go Where you don't follow. I will hold it back again, This passion inside. Can't run from myself, There's nowhere to hide. Don't make me close one more door, I don't wanna hurt anymore. Stay in my arms if you dare, Or must I imagine you there. Don't walk away from me. No, don't walk awya from me Don't you dare walk away from me I have nothing, nothing, nothing If I don't have you... You see through, Right to the heart of me. You break down my walls With the strength of your love... I never knew Love like I've known it with you. Will a memory survive, One I can

ARZULAR.. XƏYALLAR.. GERÇƏKLƏR..

Image
Ağlımız kəsəndən, öz istəklərimizi özümüz müəyyən etmə bacarığına malik olandan sonra arzular qururuq.. etdiyimiz hər arzunun yerinə yetib yetməyəcəyinin fərqinə belə varmadan.. bəzən inanaraq.. bəzən sadəcə istəklərimizi dilə gətirərək.. bir şəkildə arzu edirik. sonra arzularimizi xəyallarla bəzəyirik. xəyallarımızda yaşayırıq istədiklərimizi.. yenə də ola biləcəyini və ya ola bilməyəcəyini fikirləşmədən.. xoşbəxt oluruq arzularımızla xəyallarımızda.. və.. və bir gün xəyala çevrərərk yaşatdığımız arzuların gerçəkləşmə anı yetişir.. arzu, inam və xeyal gerçəklərlə müşaət olunur bu dəfə.. getdikcə addımlar yeyinləşir və budur, astanadasan.. sadəcə bir addım qaldı... UĞURLAR!.....