BAĞIŞLAMAQ...

Mürəkkəb xarakterli insanlar çox şeyi bağışlamırlar.. tərs, kinli insanalar da həmçinin.. istər yalan olsun, istər xəyanət, ya verilən sözlərin tutulmaması, hörmətsilik, təhqir.. insan xarakterləri müxtəlif olduğuna görə kimin bu hadisələrə hansı tərəfdən yanaşacağını heç kim bilə bilməz! bəzən fikirləşirəm ki, insan həmişə sevdiyini bağışlamalıdı (fərqi yoxdu hər hansı bir sevgi).. Axı onları sevirsən və buna xatır, sevginə xatir onlar üçün hər şeyi keçməlisən nə olur olsun.. sonra fikirlərim bunu təqzib edir və düşünürəm ki, insan məhz sevdiyini bağışlamamlıdır. çünki sevdiklərin sənin nəyi daha çox incidib nəyin incitmədiyini yaxşı bilir və elə buna görə də necə hərəkət etməli olduqlarını birilər.. bildikləri təqdirdə bəs nə üçün incitsinlər!? bu insana çox pis təsir edir.. axı sevdiklərimizi həyatımızdan bir göz qirpımında necə çıxarıb ata bilərk.. tanımadıqlarını, hətta sevmədiklərini isə sənə nə edirlər etsinlər elə o andaca həyatından silə bilərsən və bu sadəcə cuzi streslə müşayət olunacaq o qədər.. elə bu düşüncələrin altında fikir paradoksallığı yaranır... bağışlamaq üçün və ya bağışlamamq üçün səbəblər gəzirsən.. nə olacaq!? nə ola bilər!? necə olacaq!? nə əldə olunacaq!? ..bütün ehtimallar və olacaqları bir bir düşünürsən.. amma bələkə də burda bir azca da eqoistlik və özünü düşünmə də var.. itirmək qorxusu isə bütün duyğulardan üstə gəlir..

hər bir halda bağışlamaq böyüklükdür deyiblər.. mən də bağışladım.. bir daha olmayacağı inamı ilə!

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)