Posts

Showing posts from March, 2011

XEYİR İŞ...

Image
Deyirlər ki, insan xeyir fikirləşdikcə xeyiri çəkər.. mən əslində bu fikirlə raziyam. Bir də belə deyirlər ki, filnkəsin xeyir işi oldu, ayağı yaman yüngüldü, xeyir xeyir dalinca.. Yəqin ki, bu da həmin o "xeyir xeyiri çəkər" prinsipi ilə əlaqədardı.. Amma təəssüf ki, bu xeyir işlərin hamısı həmişə xeyirə çəkmir.. Çox təəssüf... Xeyir işin anlamının nə olduğunu əslində hamımız bilirik.. Əsasən də nişan, toy.. Gəlinin hərtərəfli həyəcanı bir tərəfdən, ev qurma məsələləri bir tərəfdən... Gəlin olmaq... "gəl"in olmaq... Əslində bəy heç vaxt gəlinin nə hiss edəcəyini heç vaxt təsəvvür belə edə bilməz... Bütün uşaqlıq xatirələrini, öyrəşdiyi rahatlığı, heyatının "toy günü"nə qədər yaşadığı bütün dəqiqələrini keçirən həmin o "gəl"in bir "xeyir iş" nəticəsində hamısını arxada qoyur və buna məcburdu.. və "bunnan sonra mənim evim buradır" fikrinə özünü öyrəşdirir.. Necə çətin.. Amma sözsüz ki , "istisnalar" fəlsəfəm burda d

XONÇADA ARTAN ŞAM...

Image
Uşaqlıq sevincim... rəngli şamlar, soğan qabığı ilə boyanılan və keşnişlə bəzək vurulan və özüm üçün seçdiyim yumurtamı saatlarla əlimdə saxlamağım, cox vaxt ildə bir dəfə bazardan kilonan alınan xonçadakı cürbəcür nemətlər - həmişə xoşuma gələn innab, şabalıd, sevmədiyim iydə və ümumiyyətlə mənə yeməyə icazə verilməyən qoz-findiq, şirniyyatları hazırlayarkən hay-küy, xoş yorğunluq, tavadan isti isti çıxarılan paxlavanın künclərini yemək üçün mamaya baxan məsum gözlərim, hələ paxlavanın üstünə fındıq düzərkən gizlin-gizlin o findiqlardan yimələr, şəkərburaya naxış vurmaq üçün yalvarışlar, burnumnan getməyən nənəmin bişirdiyi doyumsuz qoğalın ətri, pəncərədən heç vaxt rahat baxa bilmədiyim (indi də rahat baxa bilmirəm) tonqalı görmək üçün dırnaq üstə boğazımı uzadaraq baxamğa cəhd etdiyim ezablı dəqiqələr :), həmişə səməniyə olan xüsusi marağım, mamanın süfrəyə düzdüyü "s" hərfi ilə başlayan nələrisə düşünüb tapdığım və hər il təkrar, təkrar "mama, soğan, sarmısaq olmaz h

KİRLƏNMİŞ SEVGİ...

Image
Çək əllərini üzərimdən... çək və geri dur! kirlətmə məni öz sevginlə.. görmürsənmi artıq bütün həmlələrin boşa gedir.. her şeyin əvəzinə böyük nifrət qoyursan geridə. çarəsizsən.. yazıqsan.. kirlətmə gələcəyimi də.. orada adını belə anmadığım anlarım var.. sənsiz.. sakit.. Səninsə sevgin çoxdan ləkə tutub... nə zaman saf sevdin ki sən qarşımda sevgindən sədd çəkəsən!? söz vermişdim özümə, heç vaxt olmayacaqdın "heroqliflərimin" içində... amma bu gün bir daha əmin oldum məğlubiyyətinə.. sənsə hələ də qəbul eləmirsən deyilmi!? bəlkə də əvvəllər yazıq idin mənimçün.. bu günsə sənin artıq çirklənmiş mənəviyyəatına söz deməyə belə heyfim gəlir... bəsdi artıq! Özündə hiss etmədən ləkəli ürəyində kirli sevgi yer salıb.. Kilərnmiş sevgi.. çəkil... yox ol!