XEYİR İŞ...

Deyirlər ki, insan xeyir fikirləşdikcə xeyiri çəkər.. mən əslində bu fikirlə raziyam. Bir də belə deyirlər ki, filnkəsin xeyir işi oldu, ayağı yaman yüngüldü, xeyir xeyir dalinca.. Yəqin ki, bu da həmin o "xeyir xeyiri çəkər" prinsipi ilə əlaqədardı.. Amma təəssüf ki, bu xeyir işlərin hamısı həmişə xeyirə çəkmir.. Çox təəssüf...
Xeyir işin anlamının nə olduğunu əslində hamımız bilirik.. Əsasən də nişan, toy.. Gəlinin hərtərəfli həyəcanı bir tərəfdən, ev qurma məsələləri bir tərəfdən... Gəlin olmaq... "gəl"in olmaq... Əslində bəy heç vaxt gəlinin nə hiss edəcəyini heç vaxt təsəvvür belə edə bilməz... Bütün uşaqlıq xatirələrini, öyrəşdiyi rahatlığı, heyatının "toy günü"nə qədər yaşadığı bütün dəqiqələrini keçirən həmin o "gəl"in bir "xeyir iş" nəticəsində hamısını arxada qoyur və buna məcburdu.. və "bunnan sonra mənim evim buradır" fikrinə özünü öyrəşdirir.. Necə çətin.. Amma sözsüz ki , "istisnalar" fəlsəfəm burda da öz işini görür və hamının həmişə belə düşünmədiyini, "xeyir işini" səbirsizliklə gözləyib, "gəl"in olmaq arzusunda olanları da unutmamalıyam.
bu xeyir işdə türklər demiş bütün "duyqusal" proseslər gəlinə aid olsa da, işin əsil ağır yükü valideynlərə düşür.. hələ bu cehiz yığma prosesləri :) ən xırdalıqları belə düşünən kövrək ana ürəyi...
Xeyir iş... Bir gün bütün qızların başına gələn və arzusunda olunan o məşum gün... Əslində hər nişanda, hər toyda gözə görünməyən "arxa plan" söhbətləri də olur... o söhbətlər ki, çox şeyə təsir edir, xüsusilə sinir hüceyrələrinə.. Amma hər nə olur olsun, bütün "xeyir işlər" gözəldi, maraqlıdı, xoşdu... Kədərin və sevinci vəhdətidi... Gələcək yuvanın təməlidi...
Xeyir çəkən "xeyir işlər" qismət olsun.... :)


foto: Kənan Məcidov

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)