XONÇADA ARTAN ŞAM...


Uşaqlıq sevincim... rəngli şamlar, soğan qabığı ilə boyanılan və keşnişlə bəzək vurulan və özüm üçün seçdiyim yumurtamı saatlarla əlimdə saxlamağım, cox vaxt ildə bir dəfə bazardan kilonan alınan xonçadakı cürbəcür nemətlər - həmişə xoşuma gələn innab, şabalıd, sevmədiyim iydə və ümumiyyətlə mənə yeməyə icazə verilməyən qoz-findiq, şirniyyatları hazırlayarkən hay-küy, xoş yorğunluq, tavadan isti isti çıxarılan paxlavanın künclərini yemək üçün mamaya baxan məsum gözlərim, hələ paxlavanın üstünə fındıq düzərkən gizlin-gizlin o findiqlardan yimələr, şəkərburaya naxış vurmaq üçün yalvarışlar, burnumnan getməyən nənəmin bişirdiyi doyumsuz qoğalın ətri, pəncərədən heç vaxt rahat baxa bilmədiyim (indi də rahat baxa bilmirəm) tonqalı görmək üçün dırnaq üstə boğazımı uzadaraq baxamğa cəhd etdiyim ezablı dəqiqələr :), həmişə səməniyə olan xüsusi marağım, mamanın süfrəyə düzdüyü "s" hərfi ilə başlayan nələrisə düşünüb tapdığım və hər il təkrar, təkrar "mama, soğan, sarmısaq olmaz hə? axı onlar acılıq gətirər.." deməyim, yaşımın çatmadığını bilsəm də adını qoya blmədiyim və indi heç xatırlamadığım ilk həyəcan üçün üzüklə baxdığım fallar, atılan papaqlara atıla düşə qoyduğumuz pay, mamadan gizlin hər papağa qoyduğum şirniyyatlar, mən heç vaxt 1cə dəfə də olsun papaq atmamışam axı qonşulara, axır çərşənbə axşamının "həmişəbelə" rəvayəti, şam yandıranda çox çox arzu eliyərdim, gün gələcək və şamların sayı mütləq artacaq düşünərdim və... və nələr... nələr... nələr...

...bir vaxt yaşadığım bu həyəcan və sevinci yenidən yaşamaq üçün onda çox arzuladığım və artmağını istədiyim bir şamı qurban verərmiydim görəsən!?....


Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)