Posts

Showing posts from December, 2014

İLİN SON YAZISI - 5 -

2010.. 2011.. 2012.. 2013.. Mənim ötən illər ərzində bir qayda olaraq yazdığım son yazılarım.. Necə fərqli-fərqli.. Necə azdan çoxa doğru.. ..düşüncə dolu ..ümid dolu ..arzu dolu ..şükür dolu 2014.. və bu da son. Ömrünə nə az nə çox düz 23 saat qalıb. Bir daha geri gəlməyəcəksən. Sənə yazığım gəlir. Əgər balaların olsaydı indi sənsiz yetim qalacaqdılar.. Belə də baxanda aylar balalarındı bəlkə də. Onda ey 2014, sən də oktyabrı yetim qoy. Acığım var o aya. . . Mən yenə yaza bilərəm bu il çox şey gördüm, çox şey yaşadım. Amma onsuz da insan böyüdükcə il ildən daha çox şey başa düşür, başa düşdüyü üçün görür, gördüyü üçün də yaşayır.. Bir də var yaşadanlar.. sən istəmədən səni oyunun içinə atıb təlxək kimi oynadanlar, kənardan sənə baxıb gülənlər... bax bunları ötən illərdə heç görməmişdim, bu il gördüm.. Bağışlanmağı gördüm.. Peşmançılığı gördüm.. Özünə qayıdışı gördüm.. Həsrətin ən ağırını hiss elədim.. Barmaqlarımı keçən ildən daha çox kəsdim yemək bişirəndə.. :) ..ay

OXUDUĞUM KİTABLAR.. II

Deməli, mənim bir dəftərim var 2000-ci ildən bu yana oxuduğum kitabları orada qeyd edirəm. Nə az nə çox düz 14 ilin dəftəridir. İndi ötən illərin sıyahısını vərəqləyəndə gördüm ki, 2014-cü il oxuduğum kitabların sayına görə ən önə keçdi. İşlərimin çox olmasına, kitablara ürəyimcə vaxt ayıra bilməməyimə baxmayaraq bu il elə də çox olmasa da 35 kitaba yer ayıra bildim. O cümlədən, 2-3 kitabı yarımçıq qoydum təəsüf ki. 2011-ci ildə hələ oxunulan kitabların siyahısını paylaşmaq dəb olmayan zamanlarda mən OXUDUĞUM KİTABLAR adında yazı yazıb kitabların siyahısını tutdum və bu il davamını gətirmək istədim. Mən yazsam səhərə qədər yaza bilərəm :) ona görə də keçid alaq siyahıya: 1. Elxan Zeynalov - "Birinci addım" - Qaraqan kimi tanınan Elxan az zaman ərzində çox məhşur oldu və elə bu ilin axırında da İkinci addım kitabının təqdimatını keçirdi. Ümumi götürəndə pis kitab deyil, xüsusi götürəndə təbii ki plagiat və zəifliyi hiss olunur. Amma oxumaq olar. 2. Markus Zusak - "K

2000 PARÇA, 2000 DÜŞÜNCƏ...

Image
Bəlkə də mənə güləcək, hər şeydə bir məna, bir fəlsəfə axtarır deyəcəksiz amma həqiqətən də 5 ay ərzində yığdığım pazl mənə çox şey öyrətdi.. hər parçanı birləşdirdikcə fikrimdəki fikirlər ayrılırdı bir birindən. Yayın istisində, məzuniyyətimdə başladım. Payızın yağışında, hamıdan gizləndiyim zamanda davam etdim.  Qışın soyuğunda, uzun müddətdən sonra yolunda olanları hiss edərək bitirdim.. Dəfələrlə dağıtmaq istədim.. Dəfələrlə alınmır düzəldə bilmirəm deyib həftələrlə toxunmadım.. Damla damla göz yaşları tökdüm üzərinə ən kefsiz, ən bədbəxt günlərimdə.. Sökdüm təzədən yığdım.. Sevinclərimi götür qoy elədim ürəyimdə.. Hər hissəni qurtardıqca sevindim, və xırda şeylərə sevinə bilmə qabiliyyətimi yenidən geri qaytardım.. Yeni ilə qədər bitirəcəyəm deyib məsuliyət və özüm öz sözümün üstündə dura bilmə vərdişimi itirmədiyimə sevindim.. Daha çox səbr etməyi öyrəndim.. Keçmişim, gələcəyim, bu günüm birləşdi hər parça ilə..   Özümdən bixəbər ən sevdiyim və

DƏYİŞƏN TEZLİKLƏR... - ZAMAN

Heç nədən şikayət etməyəcəyəm.. Yaşadıqlarımdan, yaşatdıqlarımdan, heç birindən. Zamanın bizə vermiş olduğu dəyişmə, dəyişdirmə şansından geninə boluna istifadə etmişəm. İstəyərək və istəməyərək, ən pis halda nə istədiyimi bilməyərək zamana qarşı meydan oxumağımın əvəzini isə yetəri qədər almışam. Keçən illə bu ilin müqayisəsinə girişmək istəmirəm, çünki onda ən keçmiş xatirələrim oyanacaq. Amma zaman oyununun 3 il əvvəl oynadığı oyunla bu günkü oyunu arasındakı yerlə göy qədər fərqi görmək var bir də. Oyunçular dəyişib, iştirakçılar dəyişib, vəziyyət dəyişib.. Gah artıran, gah azaldan, gah itirən, gah itirilən, gah bütövləşdirən, gah yarım qoyan zaman.. Həmişə yanımda olacaqlarını düşünüb, amma bir gün məni tərk edənlər, ömürlük yanımda olmaları üçün həyatıma daxil edib, amma bir gün tərk etdiklərim, həmişəlik həyatımdan çıxartdığımı düşünüb, amma tərk edə bilmədiklərim.. Ağrılarımı gülüşlərlə sarımaq, kinimin üzərini sevgi ilə örtmək, yalanları doğrulara çatdırmaq lazım idi

KİTAB OXUYANLAR...

Image
Kitab oxuyanlar fərqli olurlar... Dünya görüşləri, mübahisələri, müzakirələri, müşahidələri başqa olur. Həyata başqa cür baxırlar, baxışları dolu olur elə bil. Soruşsanız hardan bilirəm? güzgüdən :) Bir söz bəs edir ki, onlar bir birini minlərlə insanın içindən tanısın. Kitab oxuyanların danışmağa hər zaman ən azı bir mövzüsü olur. Əslində onlar xarici görünüşcə heç kəsdən fərqlənmirlər. Və əsas məsələ də ondadır ki, heç kəsin görə bilmədiyi həmin o fərqliliyi kitabçılar bir birində asanlıqla görür. Şəkillərə baxmaq istəyərdiz? Mən bu cür illüstrasiaları çox sevirəm, çünki onların hər birində özümü, öz həyatımı görürəm. Mən də bir kitab oxuyan olduğum üçün sözlərə çox yer vermək istəmirəm. Gəlin şəkilləri danışdıraq. :) Başladıq: