Posts

Showing posts with the label Amerika

BROADWAY STREET, TACOMA, WASHINGTON #2

Image
Bu gün Tacomanın ən tarixi küçələrindən biri olan Broadway küçəsini gəzdim və kiçik bir video hazırladım. Broadway küçəsində tarixi binalar, antik mağazalar daha çoxdur. Meksika, koreya, tayvan ölkələrinin mətbəxi də məhs bu küçədəki restoranlardadı. Demək olar ki, ən sakit küçələrdən biridir, iş yerləri, kollec, restoranlar küçənin sonunda, əvvəlində isə bayaq qeyd etdiyim kimi antik mağazala, binalar bir sözlə tarix gözə çarpır. Broadway küçəsi Tacomanın ən məhşur oteli olan Hotel Murano ilə bitir. Müasir dizaynı və daxili şüşə ekspanatlarla bəzənmiş oteldə bəzi günlər bir otaq belə tapmaq olmur. Çünki Tacoma muzeylərlə, mədəni tədbirlər və konsertlərlə dolu olan bir şəhərdir. Ən maraqlısı isə oteldə keçirilən toy tədbirləridir. Digər şəhərlərdə yaşayan qohumlar Tacomaya gəlir və oteldə yer ayırırlar. Bütün xanımlar uzun, incə və gözəl ziyafət geyimlərində, bəylər isə bir qayda olaraq smokingdə olurlar. Bəzən şəhərdə ziyafət paltarında gəzən dəstə dəstə insanlar gözə dəyir, bu həmin

FOSS WATERFRONT PARK, TACOMA, WASHINGTON #1

Image
Axır ki, çəkdiyim birinci videonun bəzi montaj işlərini bitirdikdən sonra paylaşa bilərəm. Əvvəlcə qaldığım Tacoma şəhəri haqqında kiçik məlumat verib sonra videoya keçid etmək istəyirəm. Tacoma Vaşinqton ştatının Seattle-dan sonra ikinci ən böyük şəhəridir. Təmiz, sadə, sakit, olduqca yaşıl olmağı ilə yanaşı, insanları mehriban və dostcanlıdır. Vaşinqton ştatına xas olan yağışlar burdan da yan keçmir. Demək olar ki, hər gün yağış yağır. Mart ayı boyunca sadəcə 3 gün tam günəşli keçib. Əhalinin yaşaması üçün maksimum şərait yaradılıb. Parkları, iri supermarketləri, çoxlu parkingləri və ən əsas, bəlkə də şəhərin hər tərəfindən görsənən Mount Rainer dağı ilə yadda qalır. İndi isə keçid alıram çəkdiyim nacizanə videoya. Əvvəlcə istədim səsimlə videolar hazırlıyım, amma nə yalan deyim komlekslərimə qalib gələ bilmədim ☺ Deməli, birinci videoda park və onun ətrafında olan bir-neçə tarixi binaları, muzeyləri çəkdim. Videonu çəkdiyim gün burada Pasxa bayramı qeyd olunurdu. Yolu keçdikdə

DƏYİŞİKLİKLƏR...

Günlərin bir birini necə əvəzlədiyini heç hiss etmirəm. Bir də baxıram ki, gözlədiyim günlər artıq qeyd olunub və geridə qalıb. Zamanın bu qədər sürətlə axıb getməsi bilmirəm xeyrimizədir ya yox. Sonuncu dəfə bloguma cızma-qara edəndə ad günüm idi və oğlum cəmi bir ayına yenicə girmişdi. Mənsə bildiyimiz postpartum hallarında, hormonlarımla vuruşurdum. Artıq o gündən nə az nə çox düz 3 ay keçib, bir həftədən sonra isə oğlum 4 ayına girəcək. Bu müddət ərzində böyük bacımın 35 yaşı, Sevgililər günü, vizamın son tarixi və Bakıya qayıdışım, vətəndə 3 həftə keçirib vizamı təzələyib yenidən ABŞ-a gəlməyim, bir ayın içində körpə ilə 2 dəfə 19 saatlıq səmalarda gəzişmək☺, 8 mart, bacım oğlunun 5 yaşı, çərşənbələr və Novruz bayramı gözümün önündən bir saniyə kimi ötüb keçdi sanki. Halbuki, bu tarixlərin hamısnı gözləyir insan.  İndi isə qabaqda çimərlik mövsümünü, günəşli günləri, oğlumun ilk sözünü, ilk addımını və s. və s. və s. gözləyirəm. Amma kaş bunlar bir göz qırpımında keçib getmə