BROADWAY STREET, TACOMA, WASHINGTON #2

Bu gün Tacomanın ən tarixi küçələrindən biri olan Broadway küçəsini gəzdim və kiçik bir video hazırladım. Broadway küçəsində tarixi binalar, antik mağazalar daha çoxdur. Meksika, koreya, tayvan ölkələrinin mətbəxi də məhs bu küçədəki restoranlardadı. Demək olar ki, ən sakit küçələrdən biridir, iş yerləri, kollec, restoranlar küçənin sonunda, əvvəlində isə bayaq qeyd etdiyim kimi antik mağazala, binalar bir sözlə tarix gözə çarpır. Broadway küçəsi Tacomanın ən məhşur oteli olan Hotel Murano ilə bitir. Müasir dizaynı və daxili şüşə ekspanatlarla bəzənmiş oteldə bəzi günlər bir otaq belə tapmaq olmur. Çünki Tacoma muzeylərlə, mədəni tədbirlər və konsertlərlə dolu olan bir şəhərdir. Ən maraqlısı isə oteldə keçirilən toy tədbirləridir. Digər şəhərlərdə yaşayan qohumlar Tacomaya gəlir və oteldə yer ayırırlar. Bütün xanımlar uzun, incə və gözəl ziyafət geyimlərində, bəylər isə bir qayda olaraq smokingdə olurlar. Bəzən şəhərdə ziyafət paltarında gəzən dəstə dəstə insanlar gözə dəyir, bu həmin qonaqlar olur, hava əgər yağışlı deyilsə mütləq şəhərdə fotosessiya edirlər. Burada qaldığım müddət ərzində imkanım olsa mütləq onları çəkəcəyəm, və amerika toyları haqqında ayrıca bir məqalə hazırlayacağam. İndi isə qayıdırıq Broadway küçəsinə ☺



Küçədə gəzərkən, antik mağazaların birinə girdim. Sanki nağıl kimi 40-90-cı illər arası insanların dünyasına daxil olmuşdum. O qədər maraqlı idi ki. Tarixi, qədimi, tanınmış insanlardan qalma dəyərli əşyaların yığıldığı bir mağaza.. Mağaza sahibəsindən foto çəkmək üçün icazə istədim və amerikansayağı gülüşlə "of course, shure" deyib heç arxamca gəlmədən məni sərbəst buraxdı. Mən də kiçik bir video hazırladım :) ona görə də bu gün bir yox iki videomuz var.




Onu da qeyd edim ki, hər il may ayından oktyabr ayına kimi hər həftənin çərşənbə axşamı məhz Broadway küçəsində Farmers Market olur. Farmers Market meyvə tərəvəz yarmarkasını xatırladır.. İnsanlar heç bir əlavə qatqı qatmadan, tam təbii organik meyvə tərəvəzlərini satışa çıxarırlar. Amma məsələ burasındadır ki, burada təkcə meyvə-tərəvəz satılmır. Güllər, dəniz məhsulları, əl işi toxunma papaqlar, əl işi bəzək əşyaları, ev üsulu çörək, şirniyyat, şokolad, sabunlar, ətirlər, uşaqlar üçün face art, və amerikalıların sevdiyi mətbəx hissəsi - müxtləif cür yeməklər ☺hətta burada masaj belə təklif olunur müştərilərə :) Bir tərəfdə də küçə musiqiçiləri alırlar əllərinə gitaralarını və başlayırlar çalıb oxumağa. Tamamilə bayram əhvalı yaranır. Mütləq bir gün o videonu da blogumda yerləşdirəcəyəm.

P.S. Tacomada heç bir tarixi abidələrin, binaların tarixiliyi itirilmiyib. Restavrasiyaya ehtiyacı yoxdursa, nə ağardılıb, nə də yenidən rənglənib.





Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)