Posts

Showing posts from September, 2012

KEÇMİŞDƏN BORC ALINMIŞ GÜLÜŞ...

Image
İlk dəfə necə, nə zaman güldüyümü nəinki mən, heç kəs xatırlamır.. Amma ilk ağladığım günün dəqiq tarixini belə bilirəm, təkcə mən yox elə hamı. Həyatın "qanunu" deyək. Hərçənd ki, bu qanunu pozan və doğularkən ağlamayan körpələr də var. Düşünürəm ki, onları həyatı görəsən fərqli olur? nə isə, mövzu başqa mözvudu.. Nə üçünsə insalar özləri böyüdükcə ağlamağı unudur, yadırğayır ..və \"ağlaya bilimrəm\" ifadəsi. Yəqin ki çox adama yad deyil. Ya da tam əksi.. Həyatın hər kəsə verdiyi pay deyək buna.. Bəzənsə güluşlər oğurlanır... Bircə təbəssümə həsrət.. Süni olmayan, ilıq təbəssümə.. həyat oğurlayır üzündən gülüşünü, ya da gözlərindən. Elə ən pisi də gözlərdən oğurlanan gülüş deyilmi!? Üzdə yalançı gülüşə nə var ki.. Gələcəyə qaçmıram heç.. Artıq orda nə baş verəcək, nə olacaq mənə maraqlı gəlmir.. Ən pis halda qorxuram. . . bəlkə də keçənlərdə ona görə "keçən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim" deyilib.. Keçmişdən borc aldığım gülüşü

ALATORANLIQ ÜMİDLƏR...

İsti yay günlərinin birində ümidim azdı.. Yerini bilirdim adətən, mənə elə gəlirdi ki, hara gedəcəyini bilirəm, ona görə də izinə düşmədim.. Amma fələyin hesablamaları ilə ortaya çıxardığı say mənim sayım ilə üst-üstə düşmədi. Ona görə də "Mən saydığımı saydım, bir də fələyin saydığına baxdım".. İtirdim ümidimin izini, bilmədim hansı günün qaranlıq gecəsində, kimsəsiz döngəsində itib qaldı.. Bir zamanlar təqvimdəki günləri qovalayan mən, indi hər gecənin getdiyi yolların arxasınca "su çiləyirəm".. Ümid itməz deyirlər, itsədə axtarır hamı onu.. Lap başqasının ümidlərini borc alır ən çətin anda. Mənə baxmayın ki, itimişəm, özüm də itmişəm.. Onu axtarmaqdan ki əlimi uzməmişəm, əlimdə çırağım soraqlıyıram geriyə.. Kəsilməz ümid deyilmi?.. Ən nazik və sonuncu bağla olsa da bağlanar insanın ruhundan Allaha doğru. . .

SOMERSET MOEM - "AY VƏ QARA QƏPİK"

Image
Kitabı necə aldığımı keçən yazılarımın birində yazmışdım.. Həqiqətən də kitabın üz qabığındakı Pol Qogenin öz rəsmi insanı istər istəməz cəlb edir.. Necə ki, bütün əsər boyunca Moem bu kobud, acıdil, yalnız özünü düşünən bir insanın ətrafdakılar tərəfindən diqqəti cəlb etdiyini uzun uzun bəhs edir, yəqin mənim də diqqətimi kitabın üz qabığı çəkmişdi.. Yadımdadı, üniversitetdə oxuyarkən Mədəniyyət tarixi fənnini bizə sənətşünas Kübra Əliyeva keçirdi.. Onun dərslərini elə çox sevirdim, mühazirələrini elə sevə-sevə dinləyirdim ki.. Hətta o fənn üçün ayırdığım dəftər ən səliqəli və indiyə qədər saxladığım dəftərdir :) Sözün qısası, o bizə Qogen haqqında da mühazirə yazdırmışdı və o zaman onun Londondan nə üçün Taitiyə köç etdiyi mənim elə də diqqətimi cəlb eləməmişdi. Amma onun haqqında bu avtobioqrafik əsəri oxuduqca, vikipediyada, ümumiyyətlə internetdə istər istəməz onun haqqında məqlələr axtardım, çəkdiyi rəsm əsərlərinə baxdım... Əsər haqqında onu deyə bilərəm ki, həqiqətən uz

KİTAB, YAĞIŞ VƏ O...

Image
 Bu gün Bakı küləklər şəhəri deyil, yağışlar şəhəri oldu.. Leysan yağış bəlkə də insanların əksəriyyətini görəcəyi işlərdən, gedəcəyi yerlərdən kənar qoydu, amma mənə həmişəki kimi təsir eləmədi. Ömrümün müəyyən ilindən sonra həyatımda iki şey mənim üçün çox sevimli oldu: Onu tanıdığım gündən yağış, Onsuz qaldığım günlərdən kitab.. Hər üçünü bir arada yaşamağın Dadı isə tamam fərqli... :) Bu gün dünya tarixinə qorxulu 11 sentyabr hadisələri kimi daxil olsa da, mənim həyatımda tamam fərqli hisslər yaradaraq yadda qaldı.. Elə kitab almaq üçün işdən çıxmağa hazırlaşırdım ki, leysan yağış qabağımı kəsdi, mənim də oturub pəncərədən yağışın səsinə qulaq asmaqdan başqa çarəm olmadı :) Yağış səngiyəndən sonra hərdən birdən saçımı isladan yağış damlaları ilə birlikdə kitab mağazalarına üz tutdum.. Əvvəlcə Sabir bağı ilə üzbəüz Akademkitabxanaya, sonra isə Nizami müzeyinin altındakı Akademkitabxanaya üz tutdum.. Və telefon zəngi.. Sevdiyim üç nəsnəni bir arada, eyni anda yaşamaq...

FYODOR DOSTOYEVSKİ - "QUMARBAZ"

Image
Keçənlərdə qeyd elədiyim kimi, ilk dəfə idi ki ikinciəl kitab almışdım və aldığım kitabların içindən Dostoyevskinin "Qumarbaz"ını əlimə götürdüm. Hardasa 2-3 ay əvvəl Bulqakovun "Master və Marqarita" əsərini oxumaq istəmişdim və bununla rus ədəbiyyatını özümçün kəşf edəcəkdim guya, amma alınmadı.. Hardasa 10 səhifədən sonra yarımçılıq qaldı və "Qumarbaz" rus ədəbiyyatından oxuduğum ilk bədii əsər kimi kitab tariximə düşdü :) Əsər haqqında onu diyə bilərəm ki, maraqlıdı.. İnsanın nəyəsə motivasiya olması ilə, istədiyini əldə edə biləcəyi hissini aşıladı məndə.. Bir də asılılıq.. İngilscə gəldi dilimə söz - "bad habits" :) Başqa nə diyə bilərəm ki? Dostoyevski və onun əsərlərinin yəqin ki heç bir şrəhə ehtiyacı yoxdur.. Deyim ki, əsər məndə dəhşətli güclü təəssürat yaratdi yalan olar.. Amma maraqlı idi. Ən azı karandaşım bekar durmadı :) Həm öz seçdiyim, həm də kitabın birinci sahibinin seçdiyi cümlələri paylaşmaq fikrim var. İkinciəl kit

MƏNASIZ SÖZLƏR...

İçimdən gic gic sözlər, cümlələr yazmaq gəlir, bir biri ilə əlaqəsi olmayan.. İndi mən onları bir bir yazacağam ağlıma gəldikcə və həmişə də əlavə eləyəcəyəm. Oxusaz gülmüyün.. :( *** Aldanmış kəvakib, Santyaqo, Eynulla, Kürdəxanı, Filosof, Keşməkeş, Xırtdəy, Veronika ölmək qərarına gəlib, Ərəbzəngi ..to be continued  *** Nifrət Əzab Reklam İyrənc Kişi "Çok komik"  ..to be continued *** Rakkıdı çıkkıdı Nargilə Soltan Mimino ..to be continued *** Kobud Kitab Nəfəs Qəzəb Tutu ..to be continued *** Eşşək İlham Sakit İsfəndiyar Müntəzəm Stabil İş güc

KİTAB RƏFİMDƏN...

Image
Kitabları sevirəm.. Kitab oxuyarkən bu dünya ilə bağlantım kəsilir elə bil ki.. Ona görə də kitabların dünyasında itməkdən zövq alıram.. Bəlkə də bəzi əsərlərin dərinliyinə varmıram, bəlkə də düşünməli olduğum məqamların üstündən atdıyıb keçirəm, amma sevirəm.. Ən çoxda karandaşla işarələdiyim cümlələri bəzən iki-üç dəfə oxuyub sonra davam edirəm əsərə. Bir də əsəri bitirdikdən sonra işarələdiyim cümlələri təzədən oxumaq kimi adətim var. Hərdən hətta "nə üçün görəsən bu cümləni işarələmişəm ki?" sualını verdiyim də olur öz-özümə. Oxuyan anda nə fikiləşirsənsə, nə hiss edirsənsə həmin anki reaksiyandı o işarələr.. Bir də bəzən mahnıdan sözlər, ya da həmin anda beynimdə dolaşan fikirdən bir söz yazıram kitabın qırağına.. Və kitab olur ikinci əl, kitab yaşayır, kitab oxulduqca, açıldıqca yaşayır.. Bir dəfə maraqlı bir ifadə oxumuşdum - "Heç bir kitab bakirə qalmasın!" Xülasə, sözün qısası onu demək istiyirəm ki bu yaxınlarda ilk dəfə ikinci əl kitab aldım :) S

SENTYABR...

Image
Növbəti sentyabrın ilk günü.. Bilmirəm nəyə görəsə sentyabr mənə sevimli aydır.. Onda nələrin gizləndiyini bilmirəm, bəlkə payız, bəlkə yağış. Amma onları sevməyin, onlara yazılar həsr etməyin daşını çoxdan atmışam..Nəsə daha başqa.. Heç bir sentyabr gəlişi bir-birinə bənzəmir.. Hər il sentyabrda gözləntilər olur amma heç bir gözləntilər bir-birinə bənzəmir.. Mən də heç özümə bənzəmirəm.. Sadəcə hisslərimi "sentyabr" sözü keçən bəyəndiyim musiqilərlə ifadə eləmək istəyirəm.. *** Green Day - "Wake me up when September ends" *** Игорь Крутой - "Ты в моем сентябре" *** Daughtry - "September" *** Wille Nelson - "September song" *** P.S. İstədim Çaykovskinin "İlin fəsilləri" adlı möhtəşəm və çox sevdiyim əsərindən "Sentyabr" ayı üçün bəstələdiyi hissəsini paylaşım, amma fortapianonu öyrənən zaman aşiq olduğum "İyun" ayından yan keçə bilmədim.. 2 ay geriyə