Posts

Showing posts from April, 2022

KİTAB

 Yazıma başlıq tapmaq üçün çox da əziyyət çəkmək istəmədim, sadəcə olaraq kitab :) Mənim bəzi illər, aylar uzaq qaldığım kitablarım. Dönüb dolaşsam da yenidən onlara qayıdacağımı bilirəm çünki. İki ildir ki ildə maksimum 3 kitab oxuya bilirəm. Goodreads də özümə 8 kitab target qoymuşdum sonuncu dəfə, ancaq təbii ki, bu baş tutmadı və cəmi 3 kitabla bitirmişdim 2021-ci ili. Ona görə də bu il çox yox, 5 kitab limiti qoydum. Çox olasa da, az olsa da yenə də əsas odur ki, vərdişimi geri qazanmaq və kitab oxuma saatlarımı artırmağa çalışıram. Çalışmaq, niyyət etmək özü çox böyük bir addımdır axı.  Son illər zövq məsələsində necə və nə cür olduğum barədə qərarsızlaşmışam. Açığı buu həm tərz məsələsində özünü göstərir, həm kitablarda.. Məsələn dururam kitab mağazalarında saysız kitabların qarşısında, hansı kitabı istəyirəm? necə kitab oxumaq istəyirəm? hansı janr? bestseller yoxsa klassik? baxa baxa qalıram və sonda əli boş çıxıram mağazadan. Geyimdə də eyni ilə. Hansı tərz geyim? Klassik? Sp

DARIXIRAM...

 Zamanı gəldi... Darıxmağımı etiraf etməyimin zamanı gəldi. Bəli, özümü bu qədər, dik, hissiyyatsız göstərməyin mənası yoxudür özümə. Darıxıram ötən illərim üçün, həm də necə.. Xaricdə yaşayarkən zavod çörəyi üçün darıxdığım kimi. Anamdan uşaq ikən ayrı qaldığım günlərdə, onun üçün ürəyimin sıxışdığı günlərdəki kimi darıxıram, həm də necə darıxıram... ötən günlərim üçün çox darıxıram. Gəncliyim üçün çox darıxıram, üzmüdə qırışq qoyan bu günləri qoyub qaçaram. Yasamaldakı evimizə qaçaram... həm də necə qaçaram. o cırıldayan kravatıma qaçaram, girərəm yorğanımın altına başımı salaram narıncı balışımın altına. Və anamın qızartdığı çörəyin iyinə gözlərimi açaram bir də. Elə darıxıram həm də necə. Bu günümdən heç kəs üçün, amma onların da o illəri üçün darıxıram, oradakılar üçün... oradakı atam üçün.  Cavan qırışsız əllərim üçün, sakit həyatım, həyəcanlı günlərim, və o günlərdə xəyal etdiyim bu günlərim üçün ..yaşamadığım bu günlərim. elə darıxıram ki... ..həm də necə.