DARIXIRAM...

 Zamanı gəldi...

Darıxmağımı etiraf etməyimin zamanı gəldi. Bəli, özümü bu qədər, dik, hissiyyatsız göstərməyin mənası yoxudür özümə. Darıxıram ötən illərim üçün, həm də necə.. Xaricdə yaşayarkən zavod çörəyi üçün darıxdığım kimi. Anamdan uşaq ikən ayrı qaldığım günlərdə, onun üçün ürəyimin sıxışdığı günlərdəki kimi darıxıram, həm də necə darıxıram... ötən günlərim üçün çox darıxıram.

Gəncliyim üçün çox darıxıram, üzmüdə qırışq qoyan bu günləri qoyub qaçaram. Yasamaldakı evimizə qaçaram... həm də necə qaçaram. o cırıldayan kravatıma qaçaram, girərəm yorğanımın altına başımı salaram narıncı balışımın altına. Və anamın qızartdığı çörəyin iyinə gözlərimi açaram bir də.

Elə darıxıram həm də necə. Bu günümdən heç kəs üçün, amma onların da o illəri üçün darıxıram, oradakılar üçün... oradakı atam üçün. 

Cavan qırışsız əllərim üçün, sakit həyatım, həyəcanlı günlərim, və o günlərdə xəyal etdiyim bu günlərim üçün ..yaşamadığım bu günlərim.

elə darıxıram ki...

..həm də necə.

Comments

  1. Xaricdə yaşayarkən zavod çörəyi üçün darıxdığım kimi. (Doğma cümlədir çox.)

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)