Posts

Showing posts with the label İlıq bahar

İKİ NƏFƏRLİK FƏSİL...

Qorxularımla baş etmək üçün özümdən xəyali bir mən yaratdım. O mənə xarakter yüklədim və sonra marionet kimi oynatdım. Ona iş yeri, ev yuva tikdim, həyat yolu çizdim, keçmiş yazdım, gələcək qurdum. Və ad qoydum. Özü, daxili mən olan, amma həyatı mən olmayan marionet... Sonra onu oynatmağa başladım hər gün. Barmaqlarım iplərdə gəzişdikcə, öyrəşdim ona. Onun üçün düşündüyüm yalan həyatı özüm yaşamağa başladım. Onun yediklərini yedim, onun getdiyi yerlərə getdim, onun kimi oldum, ona çevrildim. Danışdığım yalanlara özüm inandıqca, öz həyatımdakı əksikliklər daha qabarıq üzə çıxmağa başladı və qaçış da oradan başladı.. Qarşıda duran məsuliyyətləri hiss etməmək üçün, gizlənmək üçün ruhuna büründüyüm marionet məni xoşbəxt etsə də mənə pis təsir etməyə başladı.. İpləri bir bir qırmaq üçün qayçını əlimə götürdüm Qoy bu yaz iki nəfərlik fəsil ilə yadımda qalsın, daxilini tamamilə göstərə bilən mən olmayan marionetin və daxilini hamıdan gizlədən və mən olan mənim fəslim kimi! Konu kahve değil.. ...

KİTAB

 Yazıma başlıq tapmaq üçün çox da əziyyət çəkmək istəmədim, sadəcə olaraq kitab :) Mənim bəzi illər, aylar uzaq qaldığım kitablarım. Dönüb dolaşsam da yenidən onlara qayıdacağımı bilirəm çünki. İki ildir ki ildə maksimum 3 kitab oxuya bilirəm. Goodreads də özümə 8 kitab target qoymuşdum sonuncu dəfə, ancaq təbii ki, bu baş tutmadı və cəmi 3 kitabla bitirmişdim 2021-ci ili. Ona görə də bu il çox yox, 5 kitab limiti qoydum. Çox olasa da, az olsa da yenə də əsas odur ki, vərdişimi geri qazanmaq və kitab oxuma saatlarımı artırmağa çalışıram. Çalışmaq, niyyət etmək özü çox böyük bir addımdır axı.  Son illər zövq məsələsində necə və nə cür olduğum barədə qərarsızlaşmışam. Açığı buu həm tərz məsələsində özünü göstərir, həm kitablarda.. Məsələn dururam kitab mağazalarında saysız kitabların qarşısında, hansı kitabı istəyirəm? necə kitab oxumaq istəyirəm? hansı janr? bestseller yoxsa klassik? baxa baxa qalıram və sonda əli boş çıxıram mağazadan. Geyimdə də eyni ilə. Hansı tərz geyim? Kl...