Posts

Showing posts from 2013

İLİN SON YAZSISI - IV -

Image
Biz keçən əsrin uşaqlarıyıq.. 1900-lərdən 2000-lərə gəlib çıxmışıq, son nəsilik... Biri iki edə bilən müəyyən kütləyə qarışmışıq. Əsri dəyişdik, illəri dəyişdik, özümüzü dəyişdik, ətrafdakıları dəyişdik.. Hər yeni ilin ən azı bir yeniliyi ilə təqvimi cırıb tulladıq.. Biz BİZ olmağı bacarana qədər nələri itirdik.. nələrdən əl çəkdik.. kimlərlə, nələrlə imtahana çəkildik... hansı əziyyətləri sinəmizə sıxıb dərdi özümüzə dərd yox dost bildik... 2013.. daha ötən ilin aldığını səninlə sağaltmaq asan olmadı ki.. ..çətinlikləti ört-basdır eləmək ..günahları gizləmək ..olmazlara girib bataqlıqlarda batmaq ..özünü mələk kimi göstərib şeytanın paltarında gəzmək ..yalançı gülüşlərə sarılıb, qəhqəhələrlə içdən-içdən ağlamaq ..kobudlaşmaq ..vecsizləşmək ..özünü anlamqşı kimi göstərmək, amma heç kəsə məhəl qoymamaq sonra.. sonraysa yavaş-yavaş anlamağa çalışmaq, anlamaq ..səhvləri qarış-qarış düzəltmək ..ayrılıqlarla barışmaq ..itkini içində ən gizlin yerə saxlamaq və ..və yeni h

OLANLARDAN BİR İKİ CÜMLƏ :)

Image
İlin son yazısına keçməzdən əvvəl son olanlardan bir iki cümlə yazmaq istədim :) Əvvəlcə ciddi araşdırmalarımdan danışacağam. Tanıdığım və tanımadığım bloggerlərin həyat tərzləri, prinsiplərini oxuyaraq komputerin qabağında 4-5 saatımı necə sərf etdiyimi bir mən bilirəm, bir zaman, bir gözlərim, bir də həmin saatlar ərzində danışdırmadığım o ;) nəticə?  - təbii ki, nəticələr əldə etdim, və onu gələn il xüsusi olaraq ayrıca bir mövzu olaraq yazacağam.. Gəzdim, gəzdik çoxlu.. tanıdıq.. öyrəndik.. güldük, əsəbləşdik. yazdım, oxudu.. Gözlərim güldü! Özüm-özümə soruşdum gəldimi? ...yəniii? zamanıdımı - dedim.. Axtardığımı tapmaq üçün zamanı gözlədim, əvəzində tapdı, gətirdi, hədiyyə etdi. Sonra.. Sonra yola saldım sevimli cütlüyü :) ..xoşbəxtlik ..xoşbəxtik (qorxduğum məhvum) Blogumun adını dəyişdim "MY FREE ZONE" - dan "Karandaş"a transfer olduq bir az :) İnsanlarla bir-iki ünsiyyətə girdim, müsbət dəyişikliklərə doğru.. ..və hədiyyələr aldım balacalarım

YAXINLARIMIZDAN DA YAXIN OLANLAR... Leylək Xəlifə

Onu ilk dəfə ötən ilin payızının ilk ayında tanıdım. Çox adi təsadüf, kiçik bir şərh, göndərdiyim məktub.. və beləliklə onun zəngin, geniş, böyük dünyasının bir pəncərəsindən mən də boylandım. Nə dostdu, rəfiqə. Nə tanışdı, nə biliş. Nə hər zaman yanımdadı, nə həmişəlik uzaqda. Hamı kimi deyil, amma hamıdan fərqli də deyil. ..o bir nağıl qəhrəmanıdı :) Amma onu mən özümdən uydurmamışam. ..o səssisliyimi pozan uzaqdan eşitdiyim bir səsdi. Amma səsi heç narahat eləmədi. ..o yaşadıqlarını mənimlə paylaşan fikirdi. Amma heç nəyə məcbur eləmədi. ..o təbəssümdü ..o ağıldı ..o mehribanlıqdı ..o səmimiyyətdi O sevimli Leylək Xəlifədi :) Bəzən həqiqətən yaxınlarımdan da yaxın oldun mənə. Bunu həmişə hiss eləmişdim. Gün gəldi , əmin oldum. Təşəkkür edirəm! ______________________ Abdullayeva    23.12.12 кому: Leylek Günlər keçdikcə onun əlinin dəydiyi nələrsə azalır.. İllər keçdikcə nə olacaq? gələcəkdən qorxuram... Leylek Xelife  

DƏYİŞƏN TEZLİKLƏR... - BİZ

Image
..heç vaxt heç nə və heç kəs eyni qalmır. bunu kimdənsə tələb etmək ən gülünc və ağlasığmaz isdək olardı bəlkə də. şəkil dəyişir bütün varlıqlar və var olanlar. bir də insanlar.. bizə özümüz qədər yaxın olan insanlar və bizim tanımadıqlarımız... ən pisi tanıdığımıza əmin olub "mənim özüm" dediklərimizin zaman keçdikcə tanımadığımıza günbəgün, qrambaqram istəmədən inanmalı olduqlarımız.. gözlərinin içinə baxanda illərdən bəri tanıdığın o bakiərliyin, saflığın, təmizliyin, o səmimiyyətin itdiyini anlamaq.. hər kəlmədə hiss etdilən soyuqluq.. aranda hər gün bir az da böyüyən ucalan o divar.. iynə kimi sancılan sözlər.. dərk edərəkmi dərk etməyərək mi düşüncəsiz deyilən cümlələr və üsr istəməmələr.. xəstə olanda belə "necəsən?" sualını verməmək.. suallara qaçıram axı hər dəfə - mənmi çox dəyişdim? kədərmi məni belə böyütdü? yoxsa xoşbəxtlikmi səni bu cür dəyişdi? düşüncəsiz etdi? yoxsa mənimi çox düşüncəli etdi? kinli.. sərt.. kobud.. uzun zamandır heç özümüz olmadıq

OŞO BELƏ DEYİR, BƏS MƏN!? :)

Image
İnsan həyatında elə zamanlar olur ki, insanın özü ilə, fikirləri ilə tək qalmaq və yaşadığı yeni və gözlənilməz hadisələrdən özünü qoparıb köhnə həyatına atmaq istəyi yaranır. Əslində başqalarında bunun olub olmadığını bilmirəm, amma şəxsən məndə belə hallar zaman zaman özünü göstərir.. köhnə həyat dedikdə, adətən digərlərinin monoton adlandırdığı gündəlik günləri nəzərdə tuturam, rutinlər, bir-birindən fərqlənməyən saatlar. Hansı ki buna öyrəşmisən, bu rutinlə, bu şablonla yaşamaq sənə xoşdur.. Bəlkə də xoş deyil, elə öyrəncəlikdir.. hər nə. Birdən nələrsə baş verir və bu köhnə həyatından dartıb çıxarır.. "Yeni olan köhnə" həyatımdan... Əslində isə mənim bir də öz "köhnədən də köhnə həyatım" var və onun üçün nə qədər darxımışam, bunu heç kəsə başa sala bilmələrəm.... Sözüm onda deyil... Bu gün son zamanlarda rutin həyatımın ritmini dəyişən hadisələrdən özümü qoparıb "yeni olan köhnə" həyatıma ata bildim. Və təbii ki həyatımın ayrılmaz hissəsi ola

PIÇILTILAR...

Image
Gecələr özündə həmişə nələrsə gizlədir. Ya da gizlətdiklərini aşkara çıxarır. İnsanlar fərqli düşünür elə bil səmada günəşin ilk şəfəqi görünənə kimi.. daxildə gizlənənlər, gizlədinlənlər boylanır ətrafa. həmişə var olanlarsa cılızlaşıb gözdən itir. Dahalaşır insan varlığı.. ..daha sakitləşir ..daha anlayışlı olur ..daha düşüncəli olur ..daha aqresivləşir ..daha dərdli olur ..daha xəstə olur ..daha vəhşiləşir ..daha alçaqlaşır ..daha müdrikləşir. . . Gecələr ən çox da səslər dəyişir.. pıçıltılar çoxalır.. ürək beyinlə pıçıldaşır.. gözlər qaranlıqla pıçıldaşır.. qulaq səssizliklə pıçıldaşır.. sevgililər pıçıldaşır.. yuxular pıçıldaşır.. ..yalnızlarsa xəyallarla pıçıldaşır. Kim bilir gecə yuxuda gülən insanın səhər göz yaşı axıtmadığını? Kim bilir bir zaman iki səsin pıçıltısı eşidilən otaqdan indi təkcə bir nəfərin pıçıltısının eşidildiyini? - bilirəm mən, amma o qədər bilmək isdəmirəm ki.. ..məni incitmə gecə, onsuz da səni sevmirəm ruhumu ağrıdırsan. . .

JOJO MOYES - "SENDEN ÖNCE BEN" (dignitias - dəstəkli ölüm haqqında məlumat)

Yazıya necə başlayacağımı, bu mövzunun mənə nə üçün bu qədər təsir etdiyini bilmirəm. Oxuduğum əsərlərin adətən real həyatımdan daha çox mənəvi dünyama təsir etdiyini düşünmüşəm. Kitabı bitirdikdən sonra həmişə əsərdə adı keçən mahnıları, kinoları, rəssamları, digər əsərləri axtarıb bir növ əsəri analız eləyirəm. Bu dəfə əldə etdiyim məlumat, axtarışlarım isə tamam fərqli oldu... 2012-ci ildə britaniyalı yazıçı Jojo Moyes tərəfindən qələmə alınmış "Me before you" əsərini 2013-cü ilin iyununda Bakumozdan sifariş edərək türkcə "Senden önce ben" adı altında aldım. Kitabın çəhrayı rənglə yazılı üz qabığ mənə tipik sevgi əsəri olduğunu düşündürmüşdü, hələ ki o çəhrayı rənglər "Mucizelere inanmıyorsanız durup bir kez daha düşünün...", "Aşk vardır ona inanmakdan vaz geçme." kimi sözləri rəngləmişdisə mənimçün məsələ aydın idi.. və bu əsəri romantik kitab oxumaq isdədiyim zamana saxlamışdım. Gözlədiyimin tipik sevgi əsərlərindən fərqli bir şeylə qarşı

ELNƏN SÜRÜN...

Image
Bu gün əslində mənə neyçünsə fövqəltəbii, bir az qorxulu, ağır gəlirdi. Hətta 12.12.12 tarixində dünyanın dağılacağını iddia edən Dalay Lamanın dediklərinə zərrəcə inanmamışdım nə qədər ki bu gün məmləkətim üçün bir az qeyritəbii gün olacağını düşünmüşdüm. Amma... və əgər uzun uzadı qurulan cümlənin sonunda "amma" bağlayıcısı olursa deməli heç də hər şey insanın düşündüyü kimi olmur.. Gecədən məlum olan xəbərlərin şərhi ilə səhər durdum. Geyinib keçindim, sürməmi çəkdim çıxdım və.. ..və həmişəki kimi avtobusun birini dolu olduğu üçün buraxmalı oldum ..və həmişəki kimi ikinci avtobusa basabasnan gücnən mindim ..və həmişəki kimi hamı deyinirdi ..və həmişəki kimi ATV-nin qabağında dərdli nənələr, xalalar, babalar, dayılar durub dərdlərini danışmağçun içəri keçməyi gözləyirdilər ..və hər şey həmişəki kimi idi. Heç nə dəyişməmişdi. Gözdədiyim fövqəltəbii hadisə baş verməmişdi. ..hətta prezident"imiz" belə həmkşəki idi . . .  ..və mən unutmuşdum məmlələtimdə ya

ANAMIN MƏTBƏXİ :)

Image
Əvvəl axır bütün xanımlar yaxşı ya pis yemək bişirmək məcburiyyərtində qalırlar. Kimisi ailə həyatı qurur, kimisi tək yaşamaq məcburiyyətində qalır və s. və i. Mənim yemək bişirməyə başlamağımın səbəbi tamam fərqli olsa da artıq bir neçə müddətdir ki, bu işin öhdəsindən gəlməyi bacarıram. Adətən, evdə ana yeməyi necə bişirirsə qızlar da onun kimi bişirir.  Amma təbii ki, istisnaları unutmuruq. Çünki, bacarıqlı ananın tənbəl qızı və ya əksi də ola bilər :) Blogum adətən "kitabmeyilli" olsa da, bu bölməni açmağıma səbəb hər dəfə eyni yeməyi bacımdan soruşmağım unutmağım olur. Onunla whatsapp söhbətlərimin 88%-i yemək reseptləri ilə doludur. Hələ arada "mama belə bişirmirdi, sən düz bişirmirsən!" deməyi də unutmuram :) Düşündüm ki, hər halda burada özüm üçün kiçik bir kulinariya bölməsi yaratsam, həm bacımın başı sakit olar, həm də anamın o ləziz yeməklərindən mənim kimi cavan aşbazlar da istifadə edə bilər. Diqqətinizdə olsun ki, bu bölmə hər dəfə yenilənəcək :)

BİR OKTYABR QƏDƏR...

Image
Bu gün səhər gözümü açdım və telefonumu əlimə aldım. Sosial şəbəkələrdə hamının bir-birinə, özünə yeni ayda arzularını , istəklərini oxumağa başladım.  Vəziyyətim bu trolldan fərqli deyildi. Mən də sakitcə girdim bloguma və elə eyni sakitlikdə də oktyabr haqqında "dərin" düşüncələrimi, hisslərimi yazmağa başladım. Amma təəssüf ki, kiçik bir diqqətsizliyim ucbatından yazdığım o post itdi və indi yazacağım sətirlər də təbi ki, tamam başqa bir səpkidə alındı.. ..keçirəm əsas məsələyə Oktyabra..  o oktyabra ki bir zamanlar aylarımın şahı, indi nifrətimin mərkəzidir.. o oktyabr ki dünyamı əlimdən alıb, məni, düşüncələrimi, bütün yaradılışımı, hisslərimi, daha nələri tanımdığım, bilmədiyim bir dünyaya atıb. O dünyaya ki, onu heç vaxt isdəməzdim.. O dünyaya ki, ora mən isdəmədim.. Məcburi atıldım.. o oktyabr ki, günüdə 31/13 dəfə hər səhər durub bu ayda nəfəs aldığım hər günün ağırlığını hiss edəcəyəm.. o oktyabr ki hər kəsin ömrünü bir nəsnə ilə doldur

SUALA CAVAB AXTARILIR!

Suallarıma cavab axtarıram... 1. Nəyə  görə blogumda heç nə paylaşmıram ki? - Ona görə ki, vaxtım olmur. Ona görə ki, daha başqa və vacib işlərim var - deyirəm, amma bunlar hamısı bir bəhanədir. :) 2. Nəyə görə yazılarımdan uzaq düşmüşəm? - Ona görə ki, isdəmirəm içimdəkilərdən kiminsə xəbəri olsun. Ya da ki, ən bəsit halda yazı qabiliyyətimi itirmişəm :) 3. Nəyə görə bəs yazmaq isdədiklərimi belə yazmıram? - Ona görə ki, hamısı tənbəlliyin nəticəsidir. 4.  Nəyə görə...? - Elə ona görə ...  Axırda da "Bəxtiyar" k/f-dəki sözü dəyişib özümə uyğun variantda deyirəm - Vallah düzələcək. Söz verib, Ağabala! :)

GECƏYƏ İTHAFƏN...

Image

SON ÜÇ KİTAB

Image
Artıq əvvəlki kimi kitabı "su kimi içməyə" elə də vaxt tapmasam da əlimdən, çantamdan və balışımın altından kitabı əskik eləmirəm. Niall Griffitsin sonu maraqlı olsa da cansıxıcı olan əsərindən sonra elə bilirdim ki, kitab oxumağın daşını birdəfəlik atmışam :) Amma şükür ki elə bir şey yaşamadım. Bunun üçün əvvəlcə s*ktir et deyip terapi keçdim John C. Parkinin eyni adlı əsəri vasitəsi ilə. Kitabın psixoloji bir kitab olduğunu bildikdən sonra əldə etdim və hardasa nələrisə həqiqətən boş buraxmağı və nələrinsə ardınca getməyin lazım olduğunu başa düşdüm. Bəzi cümlələri dərk etmək, özümə aşılmaq üçün 2-3 dəfə oxuduğum da oldu. Əslində 100%-lik təsir edici kitab deməzdim amma, hansısa məqamlarda düşündürməyi bacardı.. Və mən düşünürəm ki, əgər kitabın ən azı bir cümləsi insanı düşündürürsə deməli o kitab vaxt itkisi deyil.. Terapini oxuyyb terapiya aldıqdan sonra sevimli kitablarıma geri dönə biləcəyimi düşündüm və ard arda 3 dənə əla kitab oxudum.. ..bir-birindən fərql

GECİKMİŞ POST :)

Image
9 may Qələbə günündə hamı bayramın canfəşanlığı evdə qalmağın ya harasa getməyin sevincini yaşayanda, mən çox nadirən əlimə aldığım tv pultu ilə kanalları çevirməyə başladım. Və bir cizgi filimi diqqətimi çəkdi mən də divanda yerimi rahatliyib oturdum :) Deməli cizicgi filminin əsas mahiyyəti ondan ibarət idi ki, ölüm üçün vasitələr satan bir mağaza sahiblərini oğlu ailə fərdlərindən - ata ana baci qardaşından fərqli olaraq gülərüz, həyata bağlı balaca bir uşaq olur. Atasının və anasınım hər dəfə intihar etmək üçün mağazaya gəlib vasitələt alan müştərilərini müxtəlif yollarla bu fikirdən daşındırmağa çalışır. Deməli, cizgi filmi insanda gələcəyə ümidlə baxmaq, gülərüz olmaq, insanları, həyatı sevmək kimi fikir aşılıyır. Yəni sözün qısası cizgi filmi mənə çox təsir elədi. Tvdən bir neçə şəkil çəkib AZAD ZONAMDA yerləşdirərək haqqında yazmağa qərara aldım. Amma təəssüf yarımçıq baxdığım üçün adını bilmədim. Lakin qeyd edim ki c/f fransiz məhsuludur. Bu gün bir ay keşməsinə baxmayaraq

MƏN HEÇ KİMƏM...

Image
Həvəsim olsa bir gün bu mahnıya nəsə yazacağam :)

BU GÜNÜN MÜŞAHİDƏSİ

Image
Mən yolda olanda ətrafı müşahidə eləməyi çox sevirəm. Müşahidəmin əsasını da diqqətli olmaq yox sırf müşahidə eləməy tutur. Elə ola bilərki başqalarının diqqətini çəkən hadisə mənim gözümdən tamamilə yayına bilər. Çünki həmin anda heç kəsin fikir vermədiyi məsələdə olacaq fikrim :) ..keçən bu günümə. Avtobusda oturub işə gedirdim. Playlistimdəki köhnə mahnılarımnan feyziyab olurdum[bir ara vaxt eliyib mütləq yeniləməliyəm playlistimi :) ]. Fikrim də başqa yerdə idi.. daha doğrusu "başqa insanın" yanında. Sözün qısası ATV kanalını keçəndə bina ilə üzbəüz mərmər daş yazılan obyektin qabağında 10-15 nəfərin yığılıb gülüb danışdığını gördüm. Nəzərimi cəlb elədi və bir az da diqqətnən baxanda  Arif Quliyevi əhatəyə aldıqlarını, onuynan bir yerdə güldüklərini gördüm. Qəribə oldum.. çünki məhz dünən kanalların birində Arif Quliyevin hönkür-hönkür ağlamağını və arxadan jurnalistin - bu qədər dərdin içində bu qədər insanı güldürməyi necə bacarır - kəlməsini xatırladım.. A

CIB XƏRCLİYİ

Image
Yaş nə yaş olur olsun həmişə atamın verdiyi cib xərcinin bərəkəti başqa olur.. Hələ tələbəlik illərindən həftəlik pul verməklə bizə əslində gəlir və xərcin nə olduğunu, pulu necə xərcləmək lazım olduğunu elə o vaxtdan öyrətdiyini indi başa düşürəm. Qəribəsi budu ki, mən özüm öz cibxərcimi qazanmağa başlayandan hətta hansısa ayı bədxərclik eliyib pulsuz qalsam belə ondan pul almağa utaniram. Amma onun "bərəkət pulu"ndan da yan keçə bilmirəm :) Yaş nə yaş olur olsun atam bizə cib xərci verəndə atamı həmişə öpürük..

NIALL GRIFFITS - "KÖTÜK"

Image
2013-cü ildə ilk aldığım kitab adına ilk dəfə rast gəldiyim Niall Griffitsin "Kötük" əsəri oldu. Qeyri adi üz qabığı və əsərin adı mənə maraqlı gəldiyi üçün almadan keçmədim. Həmdə axır vaxtlar idi dilimiz yeni tərcümə olunmuş kitab axtarırdım. Xeyli vaxt olar ki, bookshoplara əvvəlki kimi sıx-sıx getmirəm. Və bilirəm ki, bir neçə təzə tərcümə olunmuş kitablar artıq rəflərdə məni gözdüyür :) sözün qısası keçək əsərə.. Əsər İngiltərədə cərəyan edən hadisələrdən bəhs eliyir. Narkomaniya, tüfeyil həyat və bir qolunu qanqrenadan itirən o "birqollu".. Onun həyatı, həyata baxışı, əlillərin cəmiyyətdə yeri, narkomanların, alkaqolların cəmiyyətdə yeri və s. kimi mövzulara çox ustalıqla toxunulub. Eyni zamanda bəxtmi deyim, talemi deyim, lazımsız hədiyyənin lazımı zamanda təqdim olunmasımı deyim.. Əvvəli ürəysıxıcı olsada son 30-40 səhifəni maraqla oxudum. Əsərdə isə olduqca çox jarqon sözlərdən istifadə edilib. Söyüşlər, açıq ifadələr kitabın hər səhifəsində rast gəl

- 17.03.2013 - 21.03.2013 - Baku - Sharjah - Dubai -

Image
Bu yenə mənəm..  Hər dəfə səfərlərdə görüşərik yazan walklady :)  .. Və növbəti səfərim dünyanın ən zəngin, ən dəbdəbəli ölkələrindən biri olan Birləşmiş Ərəb Əmirliyinə oldu. Deyə bilərəm ki, gördüklərim qarşısında sözün əsl mənasında ağzım açıq qalmışdı. İndi isə təfərrüatıyla :) Başqa ölkəyə ikinci tək səfərim idi. İlk dəfə Brüsseldə  dünyayla təkbətək qalmışdım.. Və bu növbəti səfər. Getdiyim şəhərlə, yəni Şarja ilə Bakı arasında saat fərqi olmadığı üçün saata uyğunlaşma prosesi baş vermədi. Təyyarədən qum səharalarına baxdıqca içimdən qəribə hisslər keçirdi. Mən.. Tək.. və sarı səhralar. Və Bakıdakı 13-14 dərəcə istidən 31-33 dərəcəyə düşmək.. ilıq meh.. necə deyərlər nigh breeze :) nə bilim. Başqa hisslər idi.. Şarja BƏƏ-nin kiçik şəhərlərindən biridir və Dubayın təxminən tıxacsız 20, tıxacla 40 dəqiqə uzaqlığındadır. Bakı-Sumaqayıt misalı. Əmirlikdə olduğum 5 gün ərzində də elə kiçik, səliqə səhmanlı, ətrafda çay, çayın yaratdığı göllər olan sahillərlə dolu yeni

hərdən.. bəzən..

Sığal, qucaq, isti münasibət, səbəbsiz nazlama, danlama, başını qoyduğun dizlər, ürəy döyüntüsünü eşitmək uçun qulağını dayadığın sinə... və onların hamısı birdən qeybə çəkilir. Son zamanlar hərdən kiminsə gonbul qollarını möhkəm qucaqlamaq istiyirəm, sığallanmaq istiyirəm kiminsə incə əlləri tərəfinnən.. əsəbləşdirmək istiyirəm kimisə evi çirkli saxlamaqla (əlim gəlməsə də), və daha nələr...  ..kefim olmayanda bir sığalı, nəfəsi, varlığı bəs olanım... sığal çəkən tapılmır.. heç istəmirəm də.. bəzən gəlir o istək, hərdən.. elə belə... Müşviq deyib axı:  Ana olmaz bizə hər bir yavrum deyən gözəldən, Çünki onun xilqətində ayrıca bir füsun var...       

TƏZAD?

Hər səhər olduğu kimi bu gün də yemək bişirərkən mətbəxin pəncərəsindən arabir gəlib gedənlərə, xadimənin yeri süpürməyinə, işə tələsənlərə, maşın silənlərə baxırdım. Bir şey də diyim ki bu bədbəxtlikdimi ya nədimi bilmirəm bütün həyətlərdə mütləq bir "yaxşı olmayan", "adı çıxan" qadın olur. Bizim həyətimizdə də belə bir tumluğ var. Bu gün səhər o qadını da müşahidə elədim yaxşıca. Sözüm onun şəxsi həyatında deyil, qonşuların onun haqqında nə dediyi də məni heç maraqlandırmır. Bu gün gördüyüm başqa bir şey idi. Həmin qadın hündür dabanlı, lasinalı giyimi, qatı makiyajı ilə küçə pişiyinin qabağına yem tökürdü. Həqiqətən də pişik onun deyil. Yemi töküb maşınına minib getdi. Hiss olunurdu ki həmin an heç kəs vecinə deyil, diqqət cəlb etmək fikri də yoxdu. Sadəcə pişiyi bəsləyirdi həmin an o qədər.. kim bilir kənardan milyonlarla söz deyilən "pis" adı yapışdırılan "o" qadınların həmin o söz deyənlərin görmədiyi nə qədər bu cür xasiyətləri var. Kim

02.02.2013 - TABRiZ - BAKI 12.03.2013

Image
Haşiyədən kənar: Uzun müddət olar ki, azad zonamın azadlığı hisslərimin dustaqlığı altında qalıb. Ona görə də aylarla boş qalan səhifələrimi azdan çoxdan nələrləsə doldurmaq qərarına gəldim. Hər şeydən bir az, bir az.. Onsuzda nə blogumda boş qalan o günləri, nə də həyatımda yaranan o ölçüsüz boşluğu heç nə heç vaxt doldura bilməyəcək...  O TAYDAN GƏLƏN VAR.. Təbriz.. Bu şəhərin keçmişi haqqında uzun uzadı dəlillərlə filan danışmaq olar. Amma mən bunların hamısını bir linklə atdım vikipediyanın boynuna və bizim tarixlə 2013, Təbrizin tarixi ilə 1991 ci ilini yaşayan şəhər haqqında gördüklərimi, müşahidə etdiklərimi,, eşitdiklərimi yazmaq qərarına gəldim. Bir ay  içində Təbrizə iki səfərim oldu. Özlüyümdə "sağlamlıq səfəri" adlandırdığım bu səfərimdən həmişə olduğu kimi yenə də çox şey öyrənə, görüb götürə, ən əsası nəticə çıxara bildim.  Əvvəlcə onu deyim ki, bir vaxtlar 90-cı illərdə bizlərin həsrətlə baxdığı Təbrizə indi Təbriz həsrətlə baxır. İnkişafı, di

~ YÜZÜN DÖRDDƏ BİRİ ~

Image
axı mən hələ də sənin körpənəm. . . . SƏN de, doğum günüm mübarəkdirmi?

- AİD - Mənim şəhəriM - ORXAN ZEYNALLI -

Image
..soyuq Bakı havasında bəlkə bir isti kofe,  ya da bir şirin söhbət həyatı unutmaqcun..  mənə xoş sonluqla bitən maraqli bir kino ver,  sonluq sözü elə bəsdi sevgini soyutmaqcun..  tanışların sayı artır dostlar azaldıqca,  hərdən unuduram nədən daha çox zövq aldığımı.  və yenidən vuruluram bu şəhərə hava qaraldıqca,  sevinirəm anlıyanda hələ də bütöv qaldığımı. . .

HƏYAT DAVAM EDİR.. (?)

Image
..və mən bu gün iki dənə kitab aldım. . . =)