BİR OKTYABR QƏDƏR...

Bu gün səhər gözümü açdım və telefonumu əlimə aldım. Sosial şəbəkələrdə hamının bir-birinə, özünə yeni ayda arzularını , istəklərini oxumağa başladım. 
Vəziyyətim bu trolldan fərqli deyildi.


Mən də sakitcə girdim bloguma və elə eyni sakitlikdə də oktyabr haqqında "dərin" düşüncələrimi, hisslərimi yazmağa başladım. Amma təəssüf ki, kiçik bir diqqətsizliyim ucbatından yazdığım o post itdi və indi yazacağım sətirlər də təbi ki, tamam başqa bir səpkidə alındı..

..keçirəm əsas məsələyə
Oktyabra.. 

o oktyabra ki bir zamanlar aylarımın şahı, indi nifrətimin mərkəzidir..
o oktyabr ki dünyamı əlimdən alıb, məni, düşüncələrimi, bütün yaradılışımı, hisslərimi, daha nələri tanımdığım, bilmədiyim bir dünyaya atıb. O dünyaya ki, onu heç vaxt isdəməzdim.. O dünyaya ki, ora mən isdəmədim.. Məcburi atıldım..
o oktyabr ki, günüdə 31/13 dəfə hər səhər durub bu ayda nəfəs aldığım hər günün ağırlığını hiss edəcəyəm..
o oktyabr ki hər kəsin ömrünü bir nəsnə ilə doldurub, dolduracaq.. boşaldıb, boşaldacaq..

o oktaybr ki ..
..kiməsə sevgi vəd edir
..kiməsə ailə
..kiməsə həyat
..övlad
..iş, dərs
..ayrılıq
..sözlər
..vədlər. . .
nələr... nələr..
kiməsə sevgi dolu..
kiməsə həsrət dolu..
kiməsə kitab dolu 
..bəziləri xoşbəxtliyinin pik anını yaşayacaq
..bəziləri kədərindən nalələr qoparacaq. . .
..beləcə fəslin növbəti oktyabrı keçib gedəcək. 

Mənəsə ömrümün sonunadək qəddar olacaq. . . !

Bir də dünən gecə saat hələ 00:00 olmamış, tarix 01.10.2013-çü göstərməmiş bacımın fb-da yazdığı o status .. 


BİR OKTYABR QƏDƏR ÇƏTİRSİZ...
Ş.Xəlil


Comments

  1. Ayların heç bir günahı olmadığını iller öyredir adama...

    ReplyDelete
    Replies
    1. bəlkə də günahı olmadığını bir vaxt öyrədəcək, bilmirəm..
      amma həmişə qəddar olacaq.

      Delete

Post a Comment

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)