ELNƏN SÜRÜN...

Bu gün əslində mənə neyçünsə fövqəltəbii, bir az qorxulu, ağır gəlirdi. Hətta 12.12.12 tarixində dünyanın dağılacağını iddia edən Dalay Lamanın dediklərinə zərrəcə inanmamışdım nə qədər ki bu gün məmləkətim üçün bir az qeyritəbii gün olacağını düşünmüşdüm. Amma... və əgər uzun uzadı qurulan cümlənin sonunda "amma" bağlayıcısı olursa deməli heç də hər şey insanın düşündüyü kimi olmur.. Gecədən məlum olan xəbərlərin şərhi ilə səhər durdum. Geyinib keçindim, sürməmi çəkdim çıxdım və..
..və həmişəki kimi avtobusun birini dolu olduğu üçün buraxmalı oldum
..və həmişəki kimi ikinci avtobusa basabasnan gücnən mindim
..və həmişəki kimi hamı deyinirdi
..və həmişəki kimi ATV-nin qabağında dərdli nənələr, xalalar, babalar, dayılar durub dərdlərini danışmağçun içəri keçməyi gözləyirdilər
..və hər şey həmişəki kimi idi. Heç nə dəyişməmişdi. Gözdədiyim fövqəltəbii hadisə baş verməmişdi.
..hətta prezident"imiz" belə həmkşəki idi . . . 
..və mən unutmuşdum məmlələtimdə yaşayanların bir qisminib necə "necə" olduğunu
Artıq mən də "əşşi mənə nə" deyim görəsən - düşünürəm.. mən elnən sürünmürəm, sürünənlərə baxıb gülümsünürən. Kim  eliyirsə çox zaman özü özünə eliyir.
Bu gecə isə mənim otağımda da hər şey öz qaydasındadı, yerindədi..
..təzə kitab almışam
..oranjivi fincanımda limonlu çayımı içib kitabımı vərəqləyirəm ki əsərə qaldığım yerdən davam eliyim :) mənim öz əsərimə qaldığım yerdən davam etməyim qədər normal bir şey yoxdu. Bəs bu məmləkətin "necələrinin" n öz həyatlarına heç nə olmamış kimi davam eləməylərinə necə?? Təvəqqe edirəm o zaman bir də heç nədən deyinməyəsiz.. onsuzda sizi eşitmirlər. Mən də eşitmirəm çünki küçədə qulaqlıqla gəzirəm sizdən biri olmayım deyə. . .;)


P.S. palaza bürünüb el-el sürünsək də əvvəl axır o "palaz"cırılacaq köhnəlib cırılacaq.. valla bak :) 

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)