ONUN SEVGİ MƏKTUBLARI
"Onun sevgi məktubları" Qənirə Paşayevanın epistolyar janrda yazdığı romandır.. Düzdü o qədər də güclü yazı deyil.. Amma əsərdə tanınmış insanların maraqlı sevgi hekayələri, o cümlədən, məşhurların əsərlərindən götürülmüş sitatları, aforizmləri, şeirlər və s. yer alıb. Kitab ilk səhifəsindən son səhifəsinə kimi sevgidən bəhs edir... Sevgi, sevgi, sevgi.. və qarşılıqsız...
Özüm isə əsərdən yadda qalan cümlələri deyil, məhşurların dediklərini seçib yazdım..
*****
Əgər ölüm ayağında bircə kəlmə deməyə zamanım olsa, “səni sevirəm” deyərdim və bircə an da düşünməzdim ki, axı sən onsuzda bunu bilirsən.
Q.Q.Markes
***
İlk
məhəbbət inqilab kimidi: sakitcə sürüb gedən həyat bir anda darmadağın olur.
İ.S.Turgenev
***
Rüzgar
atəş üçün nəysə, ayrılıq da məhəbbət üçün odur. Kiçik bir eşqi, sevgini
öldürür, böyük bir eşqi, sevgini daha da güçləndirirmiş.
öldürür, böyük bir eşqi, sevgini daha da güçləndirirmiş.
Hz.
Mövlana
***
Sevmək – gözəl birində sevgi aramaq deyil, bilmədiyin bir zamanın gözlənməyən bir anında bir başqasında
“özünü” tapmaqdı..
F.Dostoyevski
***
İnsan
sevməyə başladımı, yaşamağa başlar.
Madame
De Scudery
***
Məhəbbət cənnətin dilindən bizə qalan tək andır.
Bulor
***
Gönlüm
Dilime Darqın, Dilim Gönlüme..
Gönlüm
Duyğularını Anlatmadığı için Kızarken Dilime..
Dilim
anlatmayacağı şeyleri Düşündüyü İçin Kızıyor Gönlüme..
Hz.
Mövlana
***
Sevgini
anlada bilmək üçün yer üzündə var olan dillərdən başqa bir dil gərək.
Eugene
Delacroix
***
Bir
insana vazgeçilməz olduğunu hiss etdirdiyinizdə, ilk vaz keçəcəyi adam siz olursunuz..
Ziqmund
Freyd
***
Nə qədər sevirsən sev, amma sevgini əsla bildirmə. Çünki sevdiyin adam
sevildiyi qədər üzəcək səni.
Paul
Auster
***
Quşa
uçma, balığa üzmə demək kimidi, səni sevirəm deyənə dost qalaq söyləmək.
Paul
Auster
***
Sevgidən bezmək mümkün deyil. Hər şeydən bezmək olar. Amma sevgidən... olmaz.
Duclos
***
Bəli sevgilim. Qapına gəldim və “mən” olmaqdan vaz keçdim. Təki sən “kimsən” de... Sən kim olmağımı istəyirsənsə “o” olmağa gəldim.
Viktor
Hügo
***
Sevgi
çılğınlıq deyilsə, sevgi deyil.
BARCA
***
Sevgiyə ağılla qalib gəlmək mümkün deyilmiş..
Qançarov
***
Eşq
ramedilməz qüvvədi. Onu idarə etmək istəyəndə məhv oluruq. Həbs etmək istəsək, onun əsrinə çevrilirik. Onu anlamağa çalışanda isə ağlımızı itiririk.
Paulo
Coelho
***
Fırtınanın
şiddəti nə olursa olsun, qağayı sevdiyi dənizdən əsla vaz keçməz.
Alfred
Capus
***
İndi
məni
uçurumdan atsan, düşənə qədər ağlımdakı tək şey kürəyimə dəyən ələərin olardı.
Ahmet
Altan
***
Sevdiyini
başqasıyla xoşbəxt olduğunu görməkdən acı bir şey varsa, bu da sevdiyinin səninlə bədbəxt olduğunu görməkdi.
Q.Q.Markes
***
Acı
çəkməyənlər başqalarının acı çəkə biləcəyini ağıllarına da gətirməzlər.
Samuel
Jahnson
***
Sevgi
- ən təhlükəli ruh xəstəliyidi..
Əflatun
***
Şimdi
sen uzattığın elini tutmayan ele mi dargınsın,
Yoksa
tutmayacak bir ele uzattığın için, kendine mi kızgınsın?
Hz.
Mövlana
***
Çünki
ayrılmanın da vahşi bir tadı var
Çünki
ayrılık da sevdaya dahil
Çünki
ayrılanlar haala sevgili...
Atilla
İlhan
***
Sevgi
dünyanın ən şirin sevinci ilə ən dərin ağrısından yaradılıb.
Bailey
***
Məğlub olduğun tək savaş, uğrunda savaşmaqdan
vaz keçdiyindir.
Che
Guevara
***
O
qədər asan olduğunu deyisənsə, gəl bir az da sən yaşa sənsizliyimi.
Atilla
İlhan
***
Qaçılması
mümkün olmayan şey ölüm deyil, sevgidir..
Q.Q.Markes
***
..çünki
insanın əli hər yerdən üzüləndə mütləq getməyə bir yeri olmalıdı, mütləq..
Dosoyevski
– “Cinayət və cəza”
***
Sevgi
məktubu
yazmaq axmaqlıqdı, sevgi kağıza tökülə biləcək bir şey deyil, amma sevdiyin
adamla aranda bu qorxunc Atlantik Okeanı varsa, başqa neyləyə bilərsən axı!?
Simona
de Bouvar
***
Aşiq
olmağı yadırğayacaq qədər yaşlandığımı düşünürdüm, işləyərək, məndən xoşu gələn insanlara qarşılıq verərək, ölənə qədər belə yaşayacağımı düşünürdüm. Amma
sonra hər şey dəyişdi. Sən bilirsən...
Simona
de Bouvar
***
Yazarkən ağlıma gələni yazmağıma fikir vermə. Mənə maraqlı olan təkcə odu ki, sənə məktub yazıram. Səni öpə bilmək kimi bir şeydi bu. Fiziki
bir şey. Sənə məktub yazanda, sənə olan sevgimi barmaqlarımda hiss eləyirəm. Insanın birisinə olan sevgisini sadəcə beynində deyil, bədəninin hər hansı bir hissəsində hiss etməsi möcüzəli bir şeydi. Yazmaq öpüşmək qədər gözəl deyil, hətta bir az yavan, yalnız və hüzünlüdür, amma heç nə etməməkdən yaxşıdı..
Simona
de Bouvar
***
..səni o qədər çox sevirəm ki, nə olar məni daha az sevməyə başlama!
Simona
de Bouvar
***
Bilirsənmi, artıq yalnızlığı belə çox sevirəm. Sırf onun əsəridir deyə..
Oğuz
Atay – “Tutunamayanlar”
***
Bir
insanı hamı incidə bilər. Amma onu ancaq sevdiyi insan ağrıdar.
Can
Yücel
***
Sevgi
həyatdır
deyirik, amma ümidsiz, inancsız sevgi ölümdən betərdi.
Albert
Hubbart
***
Kifayət qədər dürüstsünüzsə, həddən artıq aşiqsinizsə və gerçəkdən sevirsinizsə, deməli hazırsınız. Bədbəxt ola bilərsiniz.
Can
Dündar
***
Bir
qəlbin
içində nələr olduğunu heç vaxt bilmək olmur. Onu qırmamışdan əvvəl yaxşı fikirləş. Bəlkə də içindəki sənsən.
William
Butler
***
Bir
fincan qəhvə
və Şopenin möhtəşəm sonatası.
Fikirlərim darmadağın.
Gözlərim yol çəkir üzü cəhənnəmə doğru.
İçimdə vəhşi bir ağrı
Səni sürüyürük.
Mən onu lənətləyirəm, o məni,
hər ikimiz səni.
Birlikdə çürüyürük.
Not
üstündə düşünürəm,
düşüncələrim qalxır, enir:
...sol,
lya, si...
Başımdan
çıxır yoxluğunun tüstüsü.
Yoxluğunun
dadını çıxarırıq:
bir
fincan qəhvə,
bir
yığın xatirə
Şopen
və mən.
Səndən danışırıq, Səndən...
***
Üşümək varsa, bu istinin yoxluğudu,
qaranlıq varsa, işığın yoxluğu,. Əgər hər yer qaranlıqdırsa və sən üşüyürsənsə, deməli, bu O-nun yoxluğudur.
Aziz
Nesin
***
Özlədim.. Söyləyəcəklərim bu qədər qısa və dərin.
Cemal
Süreyya
***
Öncə sevdiyiniz tərk edər sizi, sonra yuxunuz. Sonra nə sevdiyiniz geri gələr, nə də yuxunuz.
Cemal
Sürəyya
***
Şüşə qırıqları kimidi bəzən kəlmələr – ağzına dolar insanın.
Sussan ağrıdar, danışsan qanadar.
Cemal
Sürəyya
***
Heç
kimi ittiham eləmə, ittiham olunacaq biri varsa – o da sənsən. Çünki o sənə kiçik bir ümid verdi, sən isə ona hər şeyini verdin.
Cemal
Sürəyya
***
Deyirlər ki, eşq iki nəfərlikdi. Yalandı! Eşq bilərək edilən dəlilikdir. Bir də deyirlər ki, həyat müştərəkdir. Bu da yalandı, çünki eşq
acısı həmişə birnəfərlik olur.
Cemal
Sürəyya
***
Qəlb sınsa da sevər - deyənlərdən, sən heç sınıq qabdan su içdinmi?
– deyə soruşdular. Mənim də onlara cavabım: Sən qab sınıqdı deyə, sudan vaz keçdinmi?
Pucca
***
Kaş
yalnızlığım kimi yanımda olaydın. Kaş yalnızlığımla paylaşdığımı səninlə paylaşa biləydim. Kaş adın yalnızlıq
olaydı... və mən həmişə yalnız qalaydım.
Yılmaz
Odabaşı
***
İnsanlar
göstərdiyiniz səbəblərə, səmimiliyinizə, ağrılarınızın böyüklüyünə ancaq siz öləndə inanarlar...
AdamFawer
***
İnsan
bir bağışlayanda, bir də yalnız qalanda yorulur. Amma insanı ən çox yoran şey olmayacağını
bildiyi halda xəyal qurmaqdı.
Çingiz
Aytmatov
***
Bəlkə də axtardığını məndə tapmaya bilərsən, amma unutma ki, məndə tapdığını da heç kimdə tapa bilməyəcəksən.
Viktor
Hügo
***
Qəlbin məntiqə sığmayan bambaşqa bir məntiqi var.
Qəlbin özünə aid səbəbləri var ki, ağıl bunları heç
vaxt anlaya bilməz...
Blaise
Pascal
***
Səninlə olmanın ən gözəl tərəfi bilirsənmi nədi? Əlin əlimə dəymədən ovuclarımı tərlədən istini ta içimdə hiss eləmək.
Can
Yücel
***
Bir
qadının əlindən xəyallarını almaq bir qaplanın yanından balasını almaq qədər təhlükəlidir.
Aldous
Huxley
***
Qadını
ayağa qaldıran, onu uçurumun dibinə qədər yuvarlanmaqdan qoruyaraq həyata yenidən qayıtmasına kömək edə biləcək tək şey – sevgidir.
F.Dostoyevski
***
Sənin üçün bir narahatçılığı
yoxdursa, qəlbində bir az da qalım. Çox yer tutmaram və heç səsim çıxmaz, söz verirəm. Yetər ki, ürək döyüntülərini bir az da duya bilim..
Özgür
Gümüşsoy
***
Nə üstün zəka, nə xəyal gücü, nə də ikisi bir yerdə dahi olmaq üçün yetməz. Sevgi, sevgi, sevgi..
Dahiliyin ancaq budur.
Motsart
***
Sevginin
tarixçəsi köhnəsi, amma o özü həmişə təptəzədi.
Henrix
Heyne
***
Şillənin nə olduğunu hamı bilir, amma
sevginin nə olduğunu hələ ki, heç kim deməyib..
Henrix
Heyne
***
Gün
gəlir və insan anlayır ki, yaşadığı hər şey yalandı. Geriyə vaz keçə bilmədiyi bir sevgi və barışmadığı yalnızlıq
qalır...
Çingiz
Aytmatov
***
Həyatımda biri yoxdu, birində həyatım var deyə bilməkdi sevmək..
Can
Dündar
***
Sevgi
qəribə bir yanğıdı. Yaşamaq üçün
böyüməlidi. O yanğına hər şeyini atmalısan: zamanını, qürurunu, istedadını..
Cemil
Meriç
***
Hüzün,
həsrət, həyata olan bu bağlılığım necə olur ki, məni dəli eləmir? Çox tənhayam, dilsizlərin tənhalığına oxşayır yalnızlığım,
buna görə də boşboğazlığımı bağışlayın, qulaq asacaq birini tapan kimi boşaltdım
içimi...
Frans
Kafka
***
Hər gecə onu o qədər düşünürəm ki, saat keçmək bilmir. Kim saatı soruşsa,
cavabım belə olur: “O”na doğru.
Cemal
Süreyya
***
Bütün
dünya üçün sən bir adam ola bilərsən, amma bəziləri üçün sən bir dünyasan?
Q.Q,Markes
***
Dağlar
yıxılmasın deyə ah çəkmirəm. Özüm yıxılıram, dünyanı yıxmıram.
Aziz
Nesin
***
Bir
kağıza sənsizlik yazdım. Yenə də xoşuma gəldi. Çünki sənsizlik kəlməsi belə “sən”lə başlayır.
Cemal
Süreyya
***
Mən indi səndən ötrü yanarkən, kim bilir sən harda üşüyürsən..?
Ceyhun
Yılmaz
***
Sevgi
səhərə qədər oyaq qalmaq deyil, hər səhər oyananda yaşamaqdan əvvəl onu ağlına gətirməkdir.
Can
Yücel
***
Milena,
ünvanı bir az daha oxunaqlı yazmanızı xahiş edirəm. Mənə yazılanlar zərfə girdimi, yarıbayarı mənim sayılır artıq, sizin
olmaqdan çıxır.
Frans
Kafka – “Milenaya məktublar”
***
Məktubu göndərdim.. indi nə cavab gözləməliyəm?
Yox..
İndi sən əzab çəkməlisən. Ağla nə qədər ki bacarırsan, əzab çək, iztirab çək, çünki dünyada sevgiyə görə əzab çəkə bilmək qədər gözəl şey yoxdur..
Q.Q.Markes
***
Yatağına
yatınca, ürəyinin səsi səni yatmağa qoymursa, deməli, tənhasan..
Aziz
Nesin
***
Olmadı...
Sənsiz
oyanmamaq üçün bu gecə də yata bilmədim..
Ceyhun
Yılmaz
***
Bircə istəyim var səndən, onun qoxusunu al gətir, onun saçlarını al gətir, hətta mümkünsə, onu al gəti mənə, külək!
Cemal
Süreyya
***
Özümü
tək
qoymamaq üçün bütün gecə güzgünün qarşısında oturdum.
Cesare
Pavese
***
Bəzən sadəcə onun səndə buraxdığı izlərin həsrətini çəkirsən. Hər mahnıda başqa bir xatirə gizlənir elə bil: istəsən də silə bilməzsən..
Turqut
Uyar
***
Bu
aralar elə hey əllərim üşüyür. Həkim qansızlıq deyir, mən sənsizlik deyirəm
Edip
Cansever
***
Siz
mənə axmaq xəyalların arxasınca qaçmayan
bir qəlb göstərin, mən də sizə xoşbəxt bir insan göstərim.
Anton
Çexov
***
Deyirlər ki, bəsdi, onu ağlından çıxart
artıq. Siz də ağlınızla deyil, ürəyinizlə sevsəydiniz, məni anlayardınız..
Cemal
Süreyya
***
Əsl sevgi onunla birlikdə olanda bütövləşmək deyil, onun yoxluğunda yarım
qala bilməkdi.
Hegel
***
Sevgi
– dəlilikdir!
Şekspir
Şekspir
***
..sevgini
bir məqsəd kimi görürük, o nəyinsə sonuna yetişmək üçün vasitə deyil.
Halil
Cibran
***
Sən məndə, mən səndə yaşayırıq, bunu sən də bilirsən, mən də...
Halil
Cibran
***
Sənə yazmaqdan belə utanıram, çünki yazarkən ifrat dərəcədə azad oluram
May
Ziyade
***
Sevilmədiyini bildiyin halda sevmək çətin olur. Ürəyini güllələrdən betər ümidlə doldurduqdan sonra xəyallarını əlinə alıb vurulmadan savaşman gərəkdir.
Gertaba
***
İçiniz
köz kimi yandığı halda susmaq acıların ən betəridir.
F.Garcia
Lorca
***
Hanına
ağlamalıyam? Həyatımı məhv edib, məni bir anda sildiyinəmi, elədiklərinə baxmayaraq, səni silə bilməməyiməmi?
Oruç
Oruoba
***
Elin..
Elin deymiş bu mektuba.
Teşekkür
ederim: bana yazmamışsın ama
Aşık
olduğum elin. O aşka susamışım.
Hakkım
var o elin yazdığı mektubu açmaya.
..inkar
etme beni, kendini, ya da bizi.
Yaz
bana, gizli düşüncələrini öğreneyim.
Kıskanmaya
gücün varsa,
Tek
rakibin, öptüğüm mektupları kıskan..
Heloise
***
Sevgi
kəlməsinin bir mənası da sarmaşıqdır. Sarmaşıq
bir ağaca necə sarılıb, onu dünyadan qoparar və sardığı ağacı bir müddət sonra qurudarsa, sevgi də sardığı, tutduğu adamı çevrəsindən qoparar, sonra onu ağac kimi
qurudar..
Isgəndər Pala
***
Ulduzlara
necə baxırsansa, bundan sonra sənə də elə baxacağam.. Hələ bir düşün bunu..
F.Von
Steine
***
Əslində sənə deyəcək heç şeyim yoxdur, sevgilim,
amma bu heç bir şeyin sənin əllərində olması da gözəldi.
Goethe
***
Sevginin
ən qəddar tərəfi ağzından çıxmağa cəsarət etməyən sözlərin ürəkdə fırtınalar qoparmağıdır.
Louis
Aragon
***
Nə bir xəstə sabahı gözlər, nə təzə məzar ölünü, nə də şeytan bir günahı, mən Səni gözlədiyim qədər...
Necip
Fazıl Kısakürek
***
Qapıları
bağla sənə böyük bir sirr açacağam. Ölmək sevməkdən asandı. Yaşama dözə bilməməyimin səbəbo budu sevgilim..
Louis
Aragon
***
Sevib
itirmək heç sevməməkdən yaxşıdır..
Seneca
***
İnsanı
ağrıdan şey əslində yalnız qalmağı deyil, sevdiyinin qoxusunun başqasının üzərinə hopmuş olma ehtimalıdı. Həsrətini çəkdiyiniz bədənin qoxusu başqa vücudlara
hopduğu zaman yanar əslində canınız.
Louis
Aragon
***
Xəritələrə baxdım – heç birində evin yoxdu. Ensiklopediyalara
baxdım, heç birində şəklin yoxdu. Lüğətlətə baxdım, adın yoxdu. Güzgüdə özümə baxdım, səni gördüm. Məndən başqa yerin yoxdu.
Aziz
Nesin
***
Mükəmmək sevgi insanın onu bədbəxt edəcək birini sevməsidir!
Kierkegaard
***
Acı
çəkmək ölməkdən daha çox cəsarət istər
Napoleon
***
Bir
gün gəlir, dünyanın bir yerində illərlə sənin xəbərin olmayan birinə bütün həyatını danışmaq istəyirsən.
Murathan
Mungan
***
Sənə ən çox indi ehtiyacım var. İndi
gəl . Həyat da olsan gəl, ölüm də olsan gəl! Səni hər tapdığım yerdə itirməkdən yoruldum.
Ümit
Yaşar Oğuzcan
***
Məni anlamalısan. Çünki mən kitab deyiləm, çünki mən öldükdən sonra heç kim məni oxuya bilməz. Yaşayarkən anlaşılmağa məcburam.
Oğuz
Atay
***
Ayağımın
deyil, ürəyimin apardığı yerlərə getməkdən yoruldum. Susdum, dilimdəkiləri deyil, ürəyimdəkiləri söyləməməkdən..
Maksim
Qorki
***
Sən sevdiyin üçün heç vaxt
utanma. Utanacaq biri varsa, o da sevildiyini bildiyi halda sevməyi bacarmayanlardı..
Anton
Çexov
***
Mənim olsaydı, sənə zaman hədiyyə edərdim. Əlimdə deyil. Ancaq indi sənə nəhəng boşluq gətirirəm qucağımda. İçində saf sözcüklər və dağılmış bir mən olan. Zamanlı zamansız.
Tamamən sənin. İstədiyin kimi doldur. Sevdiyin qədər anla, anladığın qədər sahib ol!
Küçük İskender
Küçük İskender
***
Sevgi
bir dəfə ayaqlar altına atıldıqdan sonra bir daha doğrula bilməyəcək qədər zərif çiçəkdi.
George
SAND
***
Həsrətin tarifi yoxdu, kim nə demişsə səbəb çarəsizlik olub. Yanımda ikən belə, səndən doya bilmirəmsə necə izah oluna bilər ki sənsizlik?!
Sunay
Akın
***
Günün
birində hamımız əbədi susacağıq. Buna görə də sevdiklərinizə indi “Səni sevirəm” deməkdən çəkinməyin
Q.Q.Markes
***
Dünyada
sevgiyə və həsrətə açıq ürək qədər dəyərli olan heç nə yoxdur.
Goethe
***
Heç
bir şey xoşbəxt etmir insanı: nə yazdığı romanlar, nə gəzdiyi şəhərlər.. bir tək sevgidən başqa
Orxan
Pamuk – “Qar”
bu kitabı axtarıram, amma proqramçıların dili ilə desək free versiyasını :)
ReplyDelete