DARIXMAQ... - RƏDD OL ARTIQ!
Heç nə edə bilmirəm! Əlimdən heç bir şey gəlmir sözün əsil mənasında.. Yəni yaşamağa məcbur
olmadığının yaşatdırılması kimi bir şey... Darıxıram.. Təkcə "O"
məhvumu üçün yox
həm də... Hər şey üçün..
Yadımda qalmayan körpəliyim
də daxil, dəcəl uşaqlığımdan
tutmuş, özümü "müasir" hesab elədiyim yeniyetməliyimdən keçmiş, hələ də başa düşmədiyim gəncliyimin ilk
illəri üçün
darıxıram.. Mən
deyəsən elə "mən" üçün də darıxıram..
Sakitlik üçün.. İlk həyəcanlarım üçün..
Hərdən özümə sual verirəm ki, beləmi tez
qocaldım?
Özümü 19 yaşında hiss edirəm halbuki.. İllərdən də 2009.. Darixmaqların əleyhinə heç bir dərman tapmamışam.. Heç bir çarə də fikirləşmirəm.. "Gələcək daha maraqlıdır" frazası mənə görə deyil.. Deyəsən heç istədiyim həyatı yaşamıram da. Bəlkə də bu ya anlıq hissdir, ya da "darıxmaq" sindromunun təsirindəndi..
Özümü 19 yaşında hiss edirəm halbuki.. İllərdən də 2009.. Darixmaqların əleyhinə heç bir dərman tapmamışam.. Heç bir çarə də fikirləşmirəm.. "Gələcək daha maraqlıdır" frazası mənə görə deyil.. Deyəsən heç istədiyim həyatı yaşamıram da. Bəlkə də bu ya anlıq hissdir, ya da "darıxmaq" sindromunun təsirindəndi..
Ən çox Zərdabi küçəsində nənəmgilin evi üçün, bir də Novxanıda dənizə yaxın bibi gilin bağı üçün darıxıram... İndi o evdən nə əsər var nə
əlamət, nə də ki, o bağ həminki bağdı.. Nənəgilin evindəki otaqların hərəsinin bir rəngi var idi mənim üçün.. Nənəmin qonağ
otağı sarı, yataq otağı yaşıl, dayımgilin otağı da mavi rəngdə idi :) Bir də
xüsusi iyi var idi evin... Uşaqlığımın ən qayğısız günləri orda keçib.. Elə bil
heç ailə problemləri, söz söhbətlər bizə aid olmazdı.. Uşaqcasına oynayardıq
dayım oğlanları ilə.. Hələ "kammenıy karyer"ə açılan balkonu (indi
orda nə qədər "navastroyka"lar tikilib) demirəm.. Səhərlər camaatın
başına şpilka atar, ikinci mərtəbədən aşağı tüpürərdik. Qışda soyuq olsa da evə
girməzdik.. Burnumuz soyuqdan buz kəsərdi amma biz axşamlar sarı işıqlara baxıb
bir birimizə qapaz vurardıq :) Bütöv aya baxardıq, ayın üzündəki ləkəni
müzakirə edərdik.. Adımı boş yerə "oğlangrərəy" qoymamışdı nənəm...
Rəhmətlik nənəm mənim.. Bağdan bəs nə danışım!? ..uşaqlığımın ən şıltaq vaxtları. Yetişməmiş "klubnikları" yeməyim, kollardakı ilbizləri vedrələrə yığıb bağdan qırağda iri daşın ustundə öldürməyimiz, hasarın qabağındakı su kanalı, bağın başındakı tut ağacı, qışqırbağır günü günorta çağı iki addımlıq olan dənizə getməyimiz.. İndi nə o su kanalı var, nə klubnika kolları var, nə də bağın başındakı tut ağacı... Ətrafda da hər tərəf 2-3 mərtəbəli mülklər (!) Darıxıram o günlər üçün.. Çox darıxıram..
Yeniyetməliyimin
ilk illərində nənəm rəhmətə getdi.. Sevmirəm yeniyetməlik illərimi.. Amma yenə
də darıxıram o illər üçün.. Sevmədiyim üçün.. Çətin günləri məhz o illərdə başa
düşüb gördüyüm üçün.. darıxıram. Maddı sıxıntı çəkib nifrət etdiyim
yeniyetməliyim.. Vallah darıxıram :) Məktəbdə sinif nümayəndəsi olduğum,
"padruqa"larımla küsüb-barışdığım, oğlanlarla dostluq etdiyim o
illər.. Həm o illərin dostluğu indiki qız-oğlan "dostluqlarından" çox
fərqlənirdi.. Mühit daha tərbiyəli idi o dövrlərdə.. Daha rahat idi yaşamaq
sanki, maddi çətinliyə tüpürərək böyük məmnuniyyətlə qayıdardım yeniyətməlik
illərimə və yaşayardım köhnə modanın dəb olduğu o dövrdə... Darixıram.. Çox
darıxıram..
Sonra 18 yaş..
Bu gənclikmi? Xəyalpərəstlikmi? Özümü axtarışın, özümü dərk etmə(mə)nin
başlanğıcı.. Özümün özümə məəttəl qaldığım yaxın keçmiş illər.. Darıxıram o kök
halım üçün.. :) Bəlkə də həyatımda heç vaxt unutmayacağım və ömrümün ən
maraqlı, ən azad, ən.. ən.. ən.. ən yaxşıları düzə biləcəyim o 4 il.. Səhvlər,
doğrular, vacib qərarlar, lüzumsuz depresiyalar... indi gülürəm ..ilk həyəcan
da o illərə təsadüf edir, nə xoş... :) Məktəb illərimdəki
"padruaqlarımdan" fərqli olaraq dost anlayışını yaxından dərk etmək
də elə bu illərin bəhrəsidir.. Ayrı-ayrı həyatları yaşayan üç eyni
"can" - belə diyərdim mən bizim dostluğumuza.. Elmlər akademiyasından
Baksovetə (o vaxtlar İçərişəhər metrosunun adı hələ deyişməmişdi), ordan da
Nizamı metrosuna piyada düşməyimiz, bir həftə hər gün evdən Kitabxana adı ilə çıxmağımız və yalan olmasın deyə 15 dəqiqəlik kitabxanaya baş çəkib şəhər
sərgüzəştlərimiz.. Subay sağlıq.. Böyümüşük, üç eyni "can"ın
üçü də böyüyüb.. darıxıram.. vallah darıxıram.. hamısı üçün, bütün hisslərim,
duyğularım, fikirlərim, düşüncələrim, xəyallarım, ümidlərim, arzularım üçün
darıxıram.. kiçik istəklərim üçün darıxıram.. imtahan həyəcanı üçün,
müəllimlərin qeyri obyektivliyini, rektorumuzun pulgirliyini şikayət etməyimçün
darıxıram.. sevmədiyim qrup yoldaşlarım, tanımadığım patok yoldaşlarım,
41-45-ci illərin veteranı olan, medalları sinəsində düzülən dekanımız, xadimə
Nərgiz xala üçün ..hamı üçün, hər şey üçün darıxıram....
Valideynlərimin
cavan üzlər, qara saçları üçün, bacılarımla bir yerdə oturub qəşş eliyib
güldüyümüz o günlər üçün.. Bacılarımın subay vaxtları üçün darıxıram... Bütün keçmiş həyatım üçün burnumun ucu göynəyir :(
..və
nəhayətində hər şeydən və hamıdan bir qırağa.. bütün bu darıxmaq hisslərinin
bir bir cücərməsinə səbəb olan, keçmişimdən indiyədək həmişə mənimlə varmış
kimi olan, bu günsə məndən məsafələrcə uzaqda olan Onunçün darıxıram... O hər
şeyə səbəb, heç nədə günahı olmayan.. O haqqında yazmağı sevmədiyim tək
məhfum.. Amma bütün darıxmaq
hisslərimin mərkəzi.. Darıxıram.. çox darıxıram...
Bütün hüceyrələrimə qədər yaşayıram darıxmaq hissini.. Heç kimə
küsmədən, incimədən, hesab aparmadan, nifrət eləmədən... Özümə lənət
oxuya-oxuya darıxıram, özümçün.. Hər səhər - rədd ol artıq ey darıxmaq! deyib
bağırıram səssizcə.. (səsli bağırmaq olmaz) ..gecələr amma yalvarıram ona, tərk
elə diyirəm gizlicə..
O isə mənə acıq tək nəfərçün darıxdığım duyğurarımı daha çox
çoxaldır keçmişi qoyur ortaya, kozer... Mən daraldıqca içdən-içdən, lənət olası
darıxmaq genəlir arta-arta..... Və beləcə bu günüm də keçmiş olub, darıxacağım
günlərdən birinə çevrilir.. 23-ün son 5 günü :)
Comments
Post a Comment