BU DA 24... =)


İllərin necə ötdüyünü soruşsaz inanın ki, hec cür cavab tapa bilmərəm.. Bu necə sürət, bu necə qaçış!? Saya bilmirəm artıq.. Artıq ikinci 12 illik, və mənim dünyaya gəldiyim ilin ikinci tsikli.Yaş üstünə yaş gəlir amma sən hələ də özünü hansısa müəyyən bir yaşda hiss edirsən... Saçında ilk ağ tel.. Üzüdə, alnında ilk qırış.. Qəlbdəki xoş narahatlıqların üstündən görünməz "hissizlik" pərdəsi çəkib onları hiss etməmək.. Əşşi nə bilim nə böyüklüyündə siyahı....
Bilmirəm nə üçünsə məhz bu yaş mənə artıq "böyümüsən" siqnalını verir.. Bəs içimdəki o balaca qızcığaz? Odamı böyüdü!? Yox məncə, yox... o heç vaxt böyüməyəcəy deyəsən.. O həmişə 19 yaşında qalacağ :) Nə üçün məhz 19 olduğunu da bilmirəm düzü..
Keçdi 23... Gəldi 24.. 2+4=6 deməli mənim 6 yaşım var.. Deməli mən bu il hələ məktəbin birinci sinfinə gedəcəyəm.. Sadəcə bü məktəb həyat məktəbi olacaq.. Və elə ona görə də həyat mənə böyüdüyümə dair xəbərdarlıq verirmiş... :) maraqlıdı...
Adətən insan tort üstündəki şamları söndürəndə nəsə arzu tutur.. Amma mən yenə də həmişə olduğu kimi tutmadım :) ..çünki bütün arzuların reallaşmasına şamın sönüb sönməməsi ilə deyil, inamla nail oluruq.. Mən isə bu il inanıram! Bir şeyə yox, elə çox şeyə.. Bəlkə də, arzuladığım hər şeyə :)

AD GÜNÜM MÜBARƏK - Artıq Böyük Qız Oldummm =)

P.S. Bu il ailə üzvlərim mənə çox qəribə və çox çox ürəyimcə olan hədiyyələr verdilər. Hamısı bir biri ilə əlaqəli, amma hamısı bir birindən fərqli. Belə ki:
Papa pul verdi, müəyyən məbləğ.. Əli yüngüldü papanın, həmişə ondan pul alanda üstünə pul gəlir. =)
Mama cehizlik alıb.. Mənimlə bağlı xoş arzuları var bu il üçün bilirəm. Nə deyirəm təki reallaşsın ;)
Böyük bacım fotoaparat alıb.. Çoxdandır ki, almaq istədiyim amma maddi büdcəmi bir yerə toplaya bilmədiyim arzumu reallaşdırıb. Bundan sonra blogumda öz çəkdiyim şəkilləri də paylaşa biləcəyəm :)
İkinci bacım kitab alıb.. Kitabları çox sevdiyimi bildiyi üçün mənə ən gözəl hədiyyələrdən birini eliyib. Artıq kitabın 136-cı səhifəsindəyəm :*
Balaca bacım isə mənə qlobus alıb.. Həmişə mağazların vitrinlərində qlobus görəndə, "Gərəy bir gün özümə qlobus alım" sözünü az işlətməmişəm, və budu.. Mənim qlobusum ..lap "Həm ziyarət, həm ticarət" k/f-dəki qlobus yadıma düşdü :D

pul+cehiz+fotoaparat+kitab+qlobus=yeni həyat məktəbin getmək üçün 6 yaşlı bi "şagirdə" başqa nə lazımdı ki!? :p ))))

P.P.S. Şəkildəki tort mənim 24 yaşımın tortudu :)

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)