KEÇMİŞDƏN BORC ALINMIŞ GÜLÜŞ...

İlk dəfə necə, nə zaman güldüyümü nəinki mən, heç kəs xatırlamır.. Amma ilk ağladığım günün dəqiq tarixini belə bilirəm, təkcə mən yox elə hamı. Həyatın "qanunu" deyək. Hərçənd ki, bu qanunu pozan və doğularkən ağlamayan körpələr də var. Düşünürəm ki, onları həyatı görəsən fərqli olur?
Lakin insalar özləri böyüdükcə ağlamağı unudur, yadırğayır ..və "ağlaya bilimrəm" ifadəsi. Yəqin ki çox adama yad deyil. Ya da tam əksi.. Bəzənsə güluşləri oğurlanır... Bircə təbəssümə həsrət.. Süni olmayan, ilıq təbəssümə.. həyat oğurlayır üzündən gülüşünü, ya da gözlərindən. Elə ən pisi də gözlərdən oğurlanan gülüş deyilmi!? Üzdə yalançı gülüşə nə var ki.. Gələcəyə qaçmıram heç.. Artıq orda nə baş verəcək, nə olacaq mənə maraqlı gəlmir.. bəlkə də keçmişlərdə ona görə "keçən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim" deyilib.. Keçmişdən borc aldığım gülüşü nümayiş etməkdənsə, keçmiş günlərimi təkrar yaşamaq nə gözəl olardi.. İnsan həqiqətən, həqiqətən, və bir daha həqiqətən itirdiklərini - nə olur olsun, illər, həyat, insan - yalnız onları itirdikdən, ya da bir gün itirəcəyini bildikdən sonra qiymət verir.. nə qədərki keçmişinizə borc üçün müraciət etməməsiniz bu gününzü gələcək üçün zəmin yaradın, inanın ki, sizə o qədər lazım olacaq ki. . .

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)