QONŞU BLOGLAR.. və ya MƏNİM AZAD ZONAM :)

Başqalarının bloglarına baxmağı sevirəm.. Yox bu "lyubabitstvo" deyil. :) Sadəcə insnaların fikirlərini, yaşam tərzlərini müşahidə eləmək maraqlıdı.. Çünki bu cəmiyyətdə nə qədər insan varsa, o qədər də insan fikirləri, fərqli psixologiyaları var. Hərdən realist, hərdən pessimist, hərdən dövlət əleyhinə, hərdən incə ruhlu bloggerləri tanıyırsan.. Tanımaq təkcə danışmaq, görüşmək demək deyil onsuzda, onların fikirlərini oxuduqca təsəvvüründə onların necə olduğunu, necə düşündüklərini və s. yaradırsan..
Mənim "FREE ZONE" haqqında isə çox az qismin xəbəri var (söhbət yaxınlardan gedir). Heç özümdə bilmirəm nəyə görə... İstəmirəm bəlkə də.. Hərdən Kafka kimi mən də fikirlərimi tökdüyüm yazılarımı gizlətmək istiyirəm.. Heç kəs görməsin, heç kəs bilməsin.. Amma sonra özümdən asılı olmayaraq bir də baxıram ki, kütlə içinə çıxarmışam.. Əslində mənə insanların fikirləri maraqlı deyil, yəni  heroqlifləri onların fikirlərini öyrənmək üçün düzmürəm ard-arda..

Hərdən özümdə nəyi necə bildiyimi bilmirəm.. Elə belə də diyirəm.. Bilmirəm =)

P.S. Miri Yusifin mahnısından bir misra yadıma düşdü elə belə mövzudan kənar - "Mən kiməm? Mən heç kiməm.."




Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)