SİZ DƏ SAKİTLİK AXTARIRSIZ? :)

Keçən 2014-cü ildə həm yeni il, həm də doğum günü hədiyyəsi olaraq nə qədər kitab əldə edən mən, təsəvvür edirsiz bu il bircə kitab olsa belə hədiyyə almadım. Belə də iş olar? :D Bunu nəzərə alaraq, keçən həftənin işdən sonrakı işimin az olduğu bir günündə kitab mağazasına üz tutdum. İçim sakitlik istəyəndə gördüyüm ilk işlədən biri də Nizami muzeyindəki Akademkitabxanada kitabların içində eşələnməkdir. Ona görə də fikrimdə xüsusi bir kitabın olmamasına baxmayaraq, kitabların içində gəzişərək özüm üçün 2 kitab seçdim. Və beləliklə: Ceyn Ostin - Qurur və qərəz Makim Qorki - Uşaqlıq - 2015-ci ilimin ilk kitabları oldu. Görünən açıq kitab isə Remarkın türkcə oxuduğum "İnsanları sevmelisin" əsəridir və sən demə nə vaxtsa rus versiyasını da alıb kitabxanama qoymuşammış. Ümumiyyətlə Remarkın hansı kitabını görsəm alıram dil fərqi yoxdu. Sevirəm onu, nə edim axı? :) İçimi sakitləşdirmək, yorğunluğu çıxarmaq üçün digər metod, düzəltməyi yeni öyrəndiyim zəncəfil çayıdır...