- 17.03.2013 - 21.03.2013 - Baku - Sharjah - Dubai -


Bu yenə mənəm.. 


Hər dəfə səfərlərdə görüşərik yazan walklady :)  .. Və növbəti səfərim dünyanın ən zəngin, ən dəbdəbəli ölkələrindən biri olan Birləşmiş Ərəb Əmirliyinə oldu. Deyə bilərəm ki, gördüklərim qarşısında sözün əsl mənasında ağzım açıq qalmışdı.

İndi isə təfərrüatıyla :)

Başqa ölkəyə ikinci tək səfərim idi. İlk dəfə Brüsseldə dünyayla təkbətək qalmışdım.. Və bu növbəti səfər.

Getdiyim şəhərlə, yəni Şarja ilə Bakı arasında saat fərqi olmadığı üçün saata uyğunlaşma prosesi baş vermədi. Təyyarədən qum səharalarına baxdıqca içimdən qəribə hisslər keçirdi. Mən.. Tək.. və sarı səhralar. Və Bakıdakı 13-14 dərəcə istidən 31-33 dərəcəyə düşmək.. ilıq meh.. necə deyərlər nigh breeze :) nə bilim. Başqa hisslər idi..

Şarja BƏƏ-nin kiçik şəhərlərindən biridir və Dubayın təxminən tıxacsız 20, tıxacla 40 dəqiqə uzaqlığındadır. Bakı-Sumaqayıt misalı. Əmirlikdə olduğum 5 gün ərzində də elə kiçik, səliqə səhmanlı, ətrafda çay, çayın yaratdığı göllər olan sahillərlə dolu yeni qurulan bu şəhərdə qaldım. Getməzdən əvvəl atam Şarjada uzun illər əvvəl olduğunu, şəhərin çox adi, sadə, sarı qumlu olduğunu bildiri. Amma gördüklərim yeni inkişafa başlayan, hündür binalarla dolu şəhər oldu. Qum ama doğurdan sarıdı, öyrəşmədiyimiz tərzdə :) Bir də binaların hündürlüyü heç ürək sıxmırdı Bakıdakı kimi. İnsan başqa şəhərə gedərkən istər istəməz öz şəhəri ilə müqayisə eliyir, həm yaxşı, həm pis tərəfləri. Hərçənd ki, müqayisənin hər növü qüsurludu. 

Əmirlikdə son gün isə Dubayı görmək qismətim oldu. 

Dubay.. bizimkilər tərəfindən adı olduqca ədəbsiz zarafatların əsas obyekti olan o möhtəşəm şəhər. Bilmirəm, bəlkə də mən şişirdirəm. Bəlkə də olduğum 4 saat ərzində yalnız ən gözəllərini mənə göstərdilər. Amma yenə də təəssürat yüksəkdi. Gedib görmək mütləq lazımdı. Mən şəxsən ordakı gözəllikdən eyforiyada idim :)

özümə söz vermişəm ki, gedəcəyim hər ölkənin hava limanından özümə kitab alım və Dubay hava limanından da birini aldım :) 


Heç DARIXMADIM orda..
Heç özümü TƏK hiss eləmədim..

Çünki Bakıdakı hisslərimi tərk edib getməmişdim və onları özümlə daşımışdım çamadanımda.

Getdiyim tarixlər Novruz bayramına təsadüf eləmişdi. Bu isə məni hər şeydən çox sevindirmişdi, çünki bayramları, ələxsus da Novruzu heç sevmirəm artıq.

..bu da növbəti səfərim

Səfərlərdə görüşərik :)

FOTOLAR







End of session :)


Şarjadan Dubaya yerüstü və maşinistsiz elektron metro iləəə








"Балет на льду" (Buz üstündə balet) yarışması Dubayın ən böyük ticarət mərkəzlərindən biri olan Dubai Mallda məhz bu buz sahəsində keçirilib


Hilton Şarja ;)




Burj Khalifa






Its meeee :)














Free time - book and tea :)






I am an amateur photographer =)


Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)