Posts

Showing posts with the label Qış nağılı...

İNFİNİTE ∞ 35 ∞

Image
Mən sehri yaşayıram.  Mən möcüzəni görürəm.  Bunu mənə heç kəs göstərmir, sadəcə  öyrətdilər öyrəndim.   Çünki mən sehrin özüyəm.  Mən kainatın bir parçasıyam və kainat özü ən böyük möcüzədir. ..mən itirəm içimin dumanında ..mən boğuluram göz yaşlarımın okeanında ..mən susuram sözlərimin çoxluğunda ..mən qaçıram daxilimin anlaşılmazlığında ..mən tutunuram ürəyimin sirrində ..mən gizlənirəm gülüşümün süniliyində ..mən kiməm?  ..mən sonsuzluğam ๑ ..mən  kainatam ๑ ..mən səbəbəm ๑  Vəsiləyəm mən..  yaş isə 35 deyil 8 dir. 8 isə sonsuzdur.. ..sonsuz sevgi ..sonsuz rahatlıq ..sonsuz huzur ..sonsuz inam ..sonsuz sehr ..sonsuz möcüzə ..sonsuz başlanğıclar ..sonsuz qərarlılıq ..sonsuz hisslər ..sonsuz özünüqəbul ..sonsuz günahlandırmama  ∞  "Həyatını dəyişmək öz əlindədir. Bunun üçün sadəcə tək bircə şeyi, nə istədiyini bilməlisən və buna inanmalısan. O zaman həyatının altının üstünə çevrildiyini, və altının üstündən daha gözəl olduğunu görəcəksən. Bu isə sehrin özüdür.. Unutma! Hər kəs g

İLİN SON YAZISI *13*

Image
2022.. Öyrədən il, öyrəndiyim il. İnsan gənc ikən düşünür ki, müəyyən yaşdan sonra öyrənmək artıq ikinci plana keçir. Lakin, elə məhz yaş ilərilədikcə görürsən ki, əslində öyrənməli olduqların, həyat məktəbi dedikləri məhz yaşın artdıqca sənə öyrədir. Öyrənmək istəməyib dirənirsənsə həqiqətən də "sinifdə qalırsan". Döngüyə girirsən və yaşadığın o istəmədiyin hadisələri yenidən yaşayırsan, həyatına çəkirsən bu və ya digər şəkildə, digər hadisələrdə. Ona görə də dərs çıxarmağı, həyatı dərk edib, qəbul etməyi bacarmalısan, öyrənməlisən. Mənə  isə 2022 çox şeyi öyrətdi. Əvvəli çox asan idi, səlis idi, rahatlıq və huzurla dolu idi. O rahatlıq ki, mən son 5 ildir hər yerdə axtarırdım onu. Nəhayət tapdığımı düşündüyüm anda hər şey tərsinə çevrildi. Qlobus kimi dünyam tərsinə çevrildi. İlin sonunda həzm edə bilmədiyim, bəlkə də həzm etmək istəmədiklərimlə məni xeyli çətinə saldı və sanki sinifdə qoymaq istədi. Çaşdım. Duruxdum. Üsyan etdim. Narazılıq etdim. Hər şey birdən necə bu qəd

İlin son yazısı.. - 12 -

Image
 İli ilə calayıb 2022-ci ili qarşılayırıq.. Dünya olaraq çoxumuzun duyğuları isə donub və 2020-ci ilin mart ayında qalıb, o günlərdə ki, yad insanlarla yaxın olmaq, xəstələri ziyarət etmək, toy və hüzür yerlərinə, insanların çıx toplaşdıqları məkanlara rahat getmək adi hal idi. Amma indi beynimizdə özümüzə "görəsən?" sualını vermədən olmur. Əlbəttə, axı böyük hadisələr insan həyatına təsir etmədən yan keçə bilmir. 2021-ci ilə baş verənlərin, hiss etdiklərimin hamısını tək-tək sadalamaq istəmirəm. Amma mənim üçün fiziki, mənəvi, daxili böyük bir təmizlənmə ili oldu. Bu təmizlik mənim həyatımda və ətrafımda yer açdı. Yenilikləri qəbul etməyə hazıram, və tam hazır olana qədər də bu yolda getməyə razıyam :) Balaca balalarım bir yaş da böyüdü, oğlum beş, qızım isə bir yaşını qeyd etdi. Mənim sevimli kitablarıma gələndə, ötən təcrübəmdən də məlum olduğu kimi evimizdən körpə nəfəsi gələndə mənim kitablarım qısa müddətlik öz rəflərinə çəkilirlər. Əslində bu il 8 kitab oxumağı planlas

33-cü kadr

 Gün gəlib çatdı və mən anamın məni dünyaya gətirdiyi yaşa doldum :)  O qədər uzun zamandır susuram ki, ürəy evimdə, yəni burada ona görə nədən, necə yazacağımı bilmirəm düzü... ..amma bir onu bilirəm ki, 33 yaşımı artıq iki övlad, bir ağ noğul oğul, bir tıqtıqxanım qız anası olaraq qeyd edirəm 😊 Ürəyimin, ruhumun sakitliyi evimin işığını aydın edir şükürlər olsun ❤ Bu bir il ərzində o qədər çox şeylər yaşamışam ki, onları tək tək yazmaq belə məni incidir. Çətin keçdi bu ilimiz, dünya olaraq çətin keçdi və hələ də davam edir... ..amma bitəcək, şair demiş "güzel günler göreceğiz". Bu mütləqdir! Bu ilki devizim: "HƏYATI OLDUĞU KİMİ QƏBU ET. ÖZÜNÜ HƏYATIN AXIŞINA BURAXMAĞI BACAR. SƏNİN OLAN ONSUZDA MÜTLƏQ SƏNƏ GƏLƏCƏK. HİSS ET! ŞÜKR ET! İNAN!" * bu il doğum günüm 3 saatlıq icazəli sərt karantin rejiminə təsadüf etdi * hədiyyələrimin hamısı məni bəzədi  * bu il ailəmlə, bacılarımla birgə evimdə qarşıladım yeni yaşımı * tortumun şamını üflədim :) * və ən nəhayət bu il p

29-CU GÜN

Bu il fevral ayı bizə hər dörd ildən bir özünü göstərən 29cu günü ilə gəlimşdi və gəldiyi kimi də getdi.. 2020-ci ilin cəmi iki ayını geridə qoymuşuq, amma bu ikicə ayda o qədər hadisələr baş verib ki, bu balaca dünyamızda. Müharbələr, xəstəliklər, viruslar, münaqişələr, qəzalar, anomaliyalar... hamısı da ayrı-ayrılıqda geniş mövzulardı halbuki. Nə qədər bu gündəmdən uzaq düşmək istəsə də insan, özünü istər istəməz bu qlobal müzakirələrin içində tapır və əriyib itir. Mart ayı isə müjdə ayıdır mənim üçün. Yuxarıda sadaladıqlarımın əksini isbat edən bir şey.. Xoş xəbərlərim və həyəcanlı gözləntilərim var.. Daşın içindən gül çıxa bilirsə, bu iyrəncliklərin də içindən xoş nəsə çıxmalı idi. O isə artıq məndədi, mənimlədi.. Qeyd etdiyim kimi fevral dünyəvi problemlər, siyasi məsələlərlə fikrimizi dağıtdı. Mənsə vaxt tapdıqca kitablarımın içində axtardım cavablarımı. Fevral ayı boyunca iki kitab bitirə bildim və bircə kitab aldım: Nejat İşlər - "Ben hep senin yanındayım"

2020 və İLK KİTAB SİYAHIM

Yeni ilin ilk ayını geridə qoyub köhnəltdik ili :) 2020 necə gəldi, yanvar ayı necə keçdi heç özüm də bilmirəm. Tək bildiyim tarixlərin sürətlə yer dəyişdiyidir. Kenan Doğulu demiş "Tutamıyorum zamanı.." Həyatıma müxtəlif maraqlar daxil olur və müəyyən müddətdən sonra onlardan yorulur və uzaqlaşıram. Tək bircə həvəsdən başqa, kitab həvəsim. Bu həvəsin mənə kimdən, hardan necə gəlib keçdiyini bilmirəm, amma oxumaqla sakitləşdiyimə, özümü tapdığıma, öz dünyamda olduğuma, özümə aid olduğuma əmin oluram. Əslində təkcə oxumaqla deyil, eyni zamanda kitab almaqla da xoşbəxt olan insanlar kateqoriyasındanam. Bu çox gözəl bir hissdir mənim üçün, və heç bir hisslə əvəz edə bilməmişəm bu günə kimi. Keçən il özümə söz verdiyim hər ay ən azı bir kitab alıb, ən azı bir kitab oxumaq prinsipimi bu il də tuturam. Və tutumağa davam edəcəyəm. İndi isə keçim kitablarıma. :) 2020-ci ildə ilk bitirdiyim kitab Harper Linin "Bülbülü öldürmək" əsəri oldu. Maraqlı tərzdə yazılan,

#32

Image
Bəzi günlər var ki onlar haqqında uzun uzadı yazmaq istəsəm də yaza bilmirəm. İçimdə saxlamaq istəyirəm o günümün bütün detallarını. Bu ilki doğum günüm qarşıladığım yeni il qədər qəribə, maraqlı, hər iki hissin qarışığı ilə birlikdə gəldi keçdi :) Düşünəndə həm üzüm gülür, həm də içimdə incikliklər baş qaldırır. Amma maraqlısı budur ki, artıq hər ad günümün verdiyi mesajları oxumağı bacarıram. Və bu ilin verdiyi mesaj məni o qədər rahatlatdı ki. Qəribə və anlaşılmaz sakitçilik.. Nə üçün olduğunu isə çox gözəl bilirəm. Fərqində olmaq, hisslərin ən gözəlidir :) Bu ilki devizim: "ÖZÜNÜ HEÇ NƏYƏ MƏCBUR ETMƏ, İÇİNDƏN NECƏ GƏLİRSƏ İNSANLARA ELƏ DƏ DAVRAN." * ilk doğum günüm oldu ki şam üfürmədim * bu il də papa məni təbrik etmədi * 3 il sonra qar gördüm, oğlum isə ömrü həyatında ilk dəfə qara toxundu ) * bu il doğum günümün soundtracki yoxdur.

ÖTƏN 2019-CU İLİN KİTABLARI

Image
Bu yazımda 2019-cu ildə oxuduğum və aldığım, eyni zamanda mənə hədiyyə olunan kitablardan danışmaq istəyirəm. Deyə bilərəm ki, ötən 3 ilimə baxanda 2019-cu ildə kitab oxuma və alma vərdişimi yenidən bərpa etməyim göz qabağındadır. Düzü, bu məni xeyli sevindirdi. Belə ki, oxuduğum kitabların sayını 19 kitabla daha da artırdım və kitabxanama 19 yeni kitab əlavə etdim. yeni kitablardan üçü isə hədiyyədir. Hədiyyəlik olan iki kitabı kitabxanamda olan Sartırın "Ürəkbulanma" əsəri ilə barter etdim, digər bir kitabı isə bizim məhşur dj Fateh öz instagram hesabında keçirdiyi kiçik bir yarışma ilə məni qaliblərdən biri elan etdi və kitabı mənə hədiyyə etdi. :)  İndi isə oxuduğum kitabların siyahısına keçmək istəyirəm: İvan Turgenyev "Atalar və oğullar"- bu 2018-ci ildə yarım saxladığım kitab idi, oxuyub bitirdikdən sonra çox bəyənmişdim. İki fərqli oğul və iki fərqli ata. Etel Lilian Voyniç "Ovod" - Bu əsəri hələ o zamanlar anam çox tə

Live your life...

Image
Donmuşam.. Donduğumu hiss edirəm, ev isti olduqca, mənim ruhum ruhsuzlaşır sanki və donuqlaşır. Özümü, necə deyim, rəngsiz şəkil kimi hiss edirəm bəzən, hər yerim ağ-qara rəngdə, amma ürəyim qırmızı rənglə rənglənmiş... Bəzi hadisələrin yanından keçəndə və ya müşahidə edəndə rənglənirəm amma uzaqlaşan kimi yenidən ağ qara rəngə çevrilirəm.. və ya hansısa əşyaya toxunanda, ya da kimləsə danışanda və ya bir musiqiyə qulaq asanda, şəhərin hansısa küçəsindən keçəndə qızınıram elə bil, rəngim insan rənginə çevrilir. Qısa an kəsiyində. Amma sonra yenidən rəngsiz biri, rəngsizləşən mən... Söhbət heç də bədbəxt, ümidsiz, arzusuz, gələcəyə inamsız olmaqdan getmir. Məsələ burasındadır ki, yetəri qədər ümidli, arzularla dolu və gələcəyə o qədər inamlıyam ki.. Amma hardasa bir yerdə sıxıldığımı, özüm olmaqdan, olduğum kimi olmaqdan çıxdığımı hiss edirəm. Donuram... Ev isti olduqca, mənim ruhum donur. Mənim rənglərim solur. Amma qayıda bilməzmi heç nə əvvəlki rənginə? ..rəngsazım gələ bi

HƏR AY BİR AZ..

Image
Bəzən insan bir ay ərzində nə elədiyini düşünür. Nəinki bir ay, başımızı balışa qoyanda gecələr belə bu hesabatı öz özümüzə veririk. Mən isə son illərimə baxsam elə də vau deyə biləcəyim şeylər etməmişəm, bu bir kənara hətta əvvəllər özüm üçün rutin halına saldığım vərdişləri belə yadırğamışam. Hər gün eyni şablon şeyləri yaşamış, öz həyatıma xüsusi diqqət ayırmamışam. Səbəbini desəm əslində günahkar özüm, özümün təmbəlliyim və ya dəyişimi doğru qəbul edə bilməməyim olub ona görə də susmağı üstün tuturam niyəsini düşünəndə. Susuram deyəndə iç səsim bilir sadəcə yazmaq istəmirəm.. Amma istədiyim başqa şeydir, məsələn istəyirəm yanvarın bu sonuncu gecəsi 31 günə sığışdıra bildiklərimdən danışım bir az. Bu ay mənim üçün o qədər sakit və harmoniya içində keçib ki, hər şeydən əvvəl bunun üçün şükr edir və minnətdarlıq duyuram. Yeni il və ad günüm haqqında uzun uzadı yazmışam :) ondan sonra isə yeni başlanğıclar etmişəm. İndi isə günlərimi vərəqləyərək yenidən yanvarın əvvəlinə qayıdır

HƏYATIN 31 ANI...

Image
Yaşımın üstünə yaş gəldikcə düşündüklərimizi, hiss etdiklərimizi yaşadığımıza daha çox inanmağa başlayıram. Bura kvant fizikası, atom enerji məsələləri də daxildir amma mən o tərəflərini bilmirəm, o qədər dərinlikləri ilə maraqlanmamışam. Sadəcə, ürəyimizdəkindən, beynimizdəkindən, şüuraltımızdan, ümumiyyətlə bütün var qüvvə ilə, ən xırda hisslərimizlə hiss etdiklərimizdən gedir söhbət.. Elə bu zaman da düşünürəm bu təsadüf olur, yoxsa onu öz düşüncəmizlə həyatımıza çağırmış oluruq? Bəli, rəsmi surətdə bu gün 30lara vəsiqə qazandım mən. Qadının ən gözəl ili hesab olunurmuş 30lar. Keçən ilim daxili aləmimlə çətin idi, bu ilim keçən ilki bütün çətinliklərimi vurub yıxacaq, əminəm buna. İndi isə günümdən 31 anı paylaşmaq istəyirəm :) o anlar ki, illər sonra mənə xatırladacaq bu günümü.. 1. hər zaman saat 9da yatan, bu gün isə sanki doğum günüm olduğunu hiss etdiyi üçün 12dən sonra yatan oğlum 2. məni düz 00:00 da birinci təbrik edən əzizciyəzim Mələk 3. səhər öz əllər

YENƏ YENİDƏN..

Image
Yenidən blogumda yaza biləcəyim mövzular tapmağıma çox sevinirəm. Deməli, bunun üçün nələrdənsə başlamaq, nəyinsə ucundan tutmaq lazım imiş. Yazılarıma qayıtmazdan əvvəl yarım qoyduğum kitablarımı bitirməyi özümə söz vermişdim əslində. Və ona görə də başladım oktyabrda yarım qoyduğum Hakan Mengüçün "Ben ney'im" kitabından, keçdim yayda yarımladığım Maksim Qorkinin "Uşaqlıq" romanına. Sonra da əlimə İvan Turgenevin "Atalar və oğullar" kitabını götürdüm və yeni ilimə o kitabla daxil oldum. Bundan əlavə, 2018də uşaq pedaqogikası ilə bağlı Adem Güneşin də iki ayrı kitabını oxumuşam. • Hakan Mengüçün kitabı sırf özünü inkişaf, motivasiyaya sufi tərəfdən yanaşmadan bəhs edən özünüdərk kitabı idi və nə yalan deyim ki müsbət təsirlərini hiss etdim. Bu o deməkdir ki, insan istər istəməz zaman zaman bu tip kitablara müraciət etməyə ehtiyac duyur, yaşı nə olur olsun. • Maksim Qorkini qeyd etdiyim kimi, yayda əlimə almışdım. Amma yarım qalmışdı nəs

İLİN SON YAZISI - 9 -

Image
 Nə az nə çox artıq 9cu ilin son yazısını yazıram :) bu o deməkdir ki, 9 il böyümüşəm, 9 ilə saysız şeylər - hadisələr, insanlar sığdırmışam, 9 ilə kim bilir neçə dəfə dəyişmişəm özümdən çıxıb, özümə qayıtmışam. 2018-ci ilim o qədər monoton keçib ki, sıra ilə düzüləsi, sadalanası bir şey tapmıram. Bir onu bilirəm ki, daxili çəkişmələrlə dolu olub. İçimdə özümlə, hisslərimlə çox mübarizələr apamışam. Ilimin ən gözəl günlərini isə balamla keçirmişəm. Bu da o deməkdir ki, nə qədər daxilim üçün çətin il olsa da, hər səhərimi oğlumun gülüşü ilə açdığım üçün xoşbəxt olmuşam. Yeni ilimdən isə çox şey gözləyirəm. Və inanıram ki olacaq! Deyirlər ki, yeni ili necə qarşılayırsansa elə də davam edir. Mənsə tam ürəyimcə qarşıladım. Həyat yoldaşımla və balaca oğlumla. Nə gözəldir, elə deyilmi!? ❤ ❤

SON PİLLƏ VƏ YENİ BAŞLANĞICA SEVGİLƏRLƏ - 29

Image
                                                                        .... yazımı çox sevdiyim bacılarıma həsr edirəm ..29 yaş Zaman gəldi çatdı və mən də yeni yaşımın verdiklərini, aldıqlarını, qaytardıqlarını, öyrətdirklərini, unutdurduqlarını yazmaq üçün gəldim. 29 sanki çılğın gəncliyin son pilləsi kimi gəlir mənə. 30 yaş daha olğun, daha müdrikləşmişdir sanki, 20lərə bənzəməz. Sanki həyat 20nin son pilləsi ilə yeni həyatımın başlanğıcını bilərəkdən kəsişdirdi ki mənə bunu qəbul etmək çətin olmasın. Sözsüz və qəti şəkildə deyə bilərəm ki, indiki həyatım, qayğılarım o qədər fərqli və gözəldir ki... Amma, amma.. keçmişimi də az düşünmürəm şəkillərə baxıb zamanı vərəqlədikdə... nə isə, mətləbdən çox uzaqlaşmayım mən. Bu gün əslində fərqli bir şey yazmaq istəyirəm, təkcə bu yaşımın deyil, 20lərin mənə öyrətdiklərindən -sevgidən, ələxsusda sevilməkdən. Və buna görə də bir az keçmiş illərə uşaqlığıma qayıdacağam. Təkcə yazımda yox, gözümü yumacağam və düşünərək, hiss ed

İLİN SON YAZISI - 7 -

Bəli... Nəhayət ki, şəxsən mənim üçün sürprizlərlə dolu olan 2016-cı ilin də son saatlatını yaşayırıq. Bakıda, doğma şəhərimdə artıq çoxdan yeni il qarşılanıb, və bütün sevdiklərim 1 yanvar 2017-ci il tarixində şirin yuxudadırlar. :)  Mənsə 2016-cı ilin hesabatını verirəm öz özlüyümdə... Bəlkə də çox insanlar üçün son iki il elə də uğurlu və xoş keçmir. Amma bir zamanlar mənim azalanım olan həyat şkalası indi tərsinə artan sıra ilə gedir, ona görə inciməyin məndən. Müharibələr, krizislər bilmirəm nələr olsa da mənim gözümdə eynəklərim var. Həyatın və dünyanın bu qədər çətin olduğu bir dövrdə tanrı mənə ilin əvvəli körpə gözləntisini, sonunda isə gülüşünü bəxş etdi. mənsə bu il... ..kitablarımdan uzaq qaldım, bətnimdə bir kitab dolusu möcüzə hiss etdim ..ailəmdən uzaq qaldım, öz balaca ailəmi tamamladım ..ölkəmdən uzaq qaldım, qürbət ölkənin necə doğma ola biləcəyini öyrəndim 2016 mənə ANA adını qazandırdı. 2016 mənə həyatın başqa üzünü göstərdi 2016 mənə

MƏTBƏXDƏN: GÖBƏLƏK ŞORBASI

Bu gün yenə mətbəxdən yazmaq istəyirəm, çünki son zamanlar ən sevdiyim məşğuliyyətlərdən biri də heç vaxt bişirmədiyim reseptləri mətbəxdə sınamaqdır. Mənim atam əsl qurmandır, ən sevdiyi yeməklər isə milli mətbəximizdəndir. Ona görə də yeni dadları ona sevdirmək elə də asan bir şey deyil :) Mən də həmişə onun üçün bacardığım qədər anamdan öyrənidiyim yeməkləri bişirmişəm. Ailə qurduqdan sonra isə yeməkləri qaynanam bişirdiyi üçün mənim mətbəxlə görüşüm həftədə bir, ən çoxu iki dəfə olub. Yoldaşım isə yeni dadlara açıq insandır, ona görə də burada eksperimentlər eləməkdən çəkinmirəm. Hətta onunla mətbəxə girib yeni, heç zaman yemədiyimiz dəniz məhsullarını belə birlikdə bişirib əylənirik :) Düzdü bu gün paylaşacağım respti yoldaşım sevməsə də mənim ən çox sevdiyim supdu. Bakıda olanda bacımla nahar fasiləsində sırf göbələk supu yemək üçün görüşüb Cafe city-ə tez tez gedərdik. Neçə gün idi ki könlümə düşən göbələk supunu nə qədər araşdırsam da burdakı restoranların heç birində tapa

BİR AZCA MƏTBƏXDƏN :)

Image
Xaricdə yaşayarkən bir müddətdən sonra insanın ağız dadı dəlicəsinə nəsə axtarmağa başlayır. Sonra başa düşürsən ki, bu öyrəşdiyin yeməklərin, ədviyyatların, çörəyin dadı və s.-dir. Əlimdən gəldiyincə öz milli mətbəximizin dadlı yeməklərini bişirirəm. Baha da olsa, daima mətbəxdə əlimizin altında olan sarıkök, sumaq kimi ədvaları tapıb yeməklərə əlavə edir və hardasa öyrəşdiyimiz dadı ala bilirəm. Burada olarkən çox şeyləri özüm hazırlamağı öyrənmişəm. Məsələn, çörək bişirməyi, qatıq qoymağı, kəsmik, qatılaşdırılmış süd (sqişonka) düzəltməyi, ev üsülü şaurma eləməyi və s. İnternetdə nələr yoxdur ki indi, möcüzədir. :)  Bir ara anamın mətbəxindən bişirdiyim yeməkləri paylaşmağa başlamışdım. Amma sonra nəsə paylaşmadım. Kədərlənirdim çünki.. İndi isə burada yavaş yavaş öyrəndiyim, əvvəl  nə üçün alınmadığı, səhvimin nə olduğu, nə etdim ki alındı kimi xırda məsələləri yaza yaza öyrəndiyim mətbəx yeniliklərini öz praktikamla yazmaq istəyirəm. Həm unudanda xatırlayım, həm də ki, yeni

...AMMA ONLAR SİYASƏTƏ QARIŞDI

Image
Bundan əvvəlki yazımda türk gəncliyi ilə azərbaycanlı gənclər arasındakı fərqə diqqət çəkmək istəmişdim. Onların siyasətə, sosial məsələlərə, hökümətə olan coşğun münasibəti ilə, bizim (elə içi mən və ətrafım qarışıq) olan passiv, lüzumsuz münasibətimizdən yazmağa çalışmışdım. O yazını yazmağımdan 3-4 gün keçəməmiş Aprel hadisələrindən sonra mayda keçiriləcək gül bayramına qarşı çıxmaq üçün iki gəncimiz Qiyas İbrahim və Bayram Məmmədovun 28 mayda Heydər Əliyevin heykəlinin üzərinə "Qul bayramınız mübarək" şüarını yazması aranı əməlii başı vəlvələyə saldı. Təbii ki, başqa bir şey gözləyə bilməzdik. Hər iki gənc dərxal xəbs edildilər. Qiyasın artıq məhkəməsi başa çatıb və narko bizneslə əlaqədar 10 il həbs kəsilib :) burda deyirlər tragikomediya. Bu yaxınlarda Bayramın məhkəməsi gözlənilir. Yəqin ki onun da aqibəti eyniylə Qiyasdan fərqli olmayacaq.Noyabrın 4-ü keçirilən məhkəməyə hazırlıq icasında Bayramın dediyi sözlər isə məhz qorxmaz gəncliyin bariz nümunəsidir. Bel

MARSEL PRUSTUN SUALLARI...

Adi bir məqalənin və ya cümlənin içində keçən, mənə tanış olmayan fərqi yoxdur klassik dövrün və ya müasir dünya ədəbiyyatının yazıçılarından hər dəfə yenisini tanımaq, haqqındakı məlumatları araşdırmaq maraqlı bir işdir. Ən azından dünya görüşün artır, oxumalı olduğun və ya oxunulması vacib olmayan kitablar siyahına əlavələr olunur. Bu gün isə Marsel Prustu tanıdım. Haqqında heç də standart olmayan informasiyalar əldə etdim və özünün ən məhşur əsərlərindən olan 4800 səhifəlik "İtirilmiş zamanın axtarışında" əsərini heç zaman oxumayacağıma özlüyümdə qərar verdim :)  İndi yazacağım sualları hardan tapdığıma gəldikdə isə, mənim bir gözləri iri, üzü sevincli müəllimə dostum var, onda gördüm. Müəllimənin özünün 14 yaşında qarşısına çıxan bu sualları, Marsel Prust 13 yaşında olarkən bir dostunun doğum günündə ona hədiyyə kimi veribmiş. Suallarla tanış olduqda isə elə bizim 12-16 yaş arasında həvəslə yazdığımız "xatirələr dəftərini" xatırladım düzü. Sualları bura

DISAPPOINTMENT...

Image
Bəzən illərə, aylara tökərik öz əsəbimizi, yolunda getməyən bütün işlərimizi, uğursuzluğumuzu, itkilərimizi. Bir sözlə həyat yolumuzun neqativlərini.. O zaman mənə demişdi ki bir dost, aylardan çıxma hayfını bunu zamanla anlayacaqsan. Deyilənlər doğru çıxır.. Əgər 5il əvvəl bu günlərdə həm iş, həm ailə, həm şəxsi həyatında uğur cızığını çəkirsənsə, il olur ki həmin tarixdə üzü aşağı istiqamət sonra yenidən yuxarı yenidən aşağı.. Cəbr fənnindən keçdiyimiz funksiyalar kimi. Bir cızığ mənfiyə, bir cızığ müsbətə.. İnsan ruhu incədirsə onu adi sözlə də incidə bilərlər. İnsanın qəlbi kövrəkdirsə bir baxışla belə ağlada bilərlər. Nə olar, etməyin belə... Hər il birmənalı şəkildə nələrsə öyrənirəm. Bir-birindən fərqli duyğulardan baş çıxarıram. Necə davranmaq lazım gəldiyini ayırd edirəm. Bəzən hisslərimə güvənirəm, bəzən məntiqimə. Yeni il çox gözlətmədi ilk imtahanını.. Deyəsən dünən bir imtahan daha verdim. Həyat imtahanı. Keçb keçmədiyim müəyyən müddətdən sonra bilinəcək. Ağır baza