İLİN SON YAZISI - 7 -

Bəli...

Nəhayət ki, şəxsən mənim üçün sürprizlərlə dolu olan 2016-cı ilin də son saatlatını yaşayırıq. Bakıda, doğma şəhərimdə artıq çoxdan yeni il qarşılanıb, və bütün sevdiklərim 1 yanvar 2017-ci il tarixində şirin yuxudadırlar. :) 

Mənsə 2016-cı ilin hesabatını verirəm öz özlüyümdə...

Bəlkə də çox insanlar üçün son iki il elə də uğurlu və xoş keçmir. Amma bir zamanlar mənim azalanım olan həyat şkalası indi tərsinə artan sıra ilə gedir, ona görə inciməyin məndən. Müharibələr, krizislər bilmirəm nələr olsa da mənim gözümdə eynəklərim var. Həyatın və dünyanın bu qədər çətin olduğu bir dövrdə tanrı mənə ilin əvvəli körpə gözləntisini, sonunda isə gülüşünü bəxş etdi.

mənsə bu il...
..kitablarımdan uzaq qaldım, bətnimdə bir kitab dolusu möcüzə hiss etdim
..ailəmdən uzaq qaldım, öz balaca ailəmi tamamladım
..ölkəmdən uzaq qaldım, qürbət ölkənin necə doğma ola biləcəyini öyrəndim

2016 mənə ANA adını qazandırdı.
2016 mənə həyatın başqa üzünü göstərdi
2016 mənə öyrətdi, öyrətdi, öyrətdi...


Bu ilin mənə bəxş etdiyi sakitlik və harmoniyanı uzun zaman idi ki hiss etmirdim. İtirmşdim. Yenidən tapdım. 
Bu il heç zaman buraxmadığım qədər kitab yarımçıq buraxdım.
Bu il heç zaman baxmadığım qədər kinolara baxdım
..və bolluca düşündüm, düşündüm, düşündüm

Bu ilimin son cümləmi isə Nazim Hikmətlə bitirmək istəyirəm:

Herhal irelidedir yaşanacak günlerin en güzelleri...  


 :)

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)