Posts

Showing posts from June, 2019

UZUN İNCƏ BİR YOLDAYDIQ - 13-19 iyun -

Image
Səyahət etmək hər zaman maraqlıdır. Dəfələrlə haqqında eşitdiyin şəhərləri gəzmək, o ölkə barəsində, əhalisi, ab-havası, adət-ənənəsi, tək kəlmə ilə hər şeyi haqqında sənə çox şey deyir. Ona görə boş yerə çox oxuyan yox, çox gəzən bilər deməyiblər. Ümumiyyətlə, insanın təsəvvüründə canlandırdıqlarını öz gözləri ilə görməsi və bunun necə təəssürat yaradacağını əvvəlcədən müəyyən etmək olmur.  Bu dəfə bizim səfərimiz isə uzun oldu Bakı-Tibilisi-Batumi-Trabzon və eyni marşurutla geri qayıdış. Maşınla çıxdığımız kiçik səyahət mənə çox şeydən, ölkələrarası mədəniyyət fərqindən, müşahidə etdiyim yüzlərlə xırda hadislərdən və daha nələrdən nələrdən danışdı. Əslində o qədər çox təəssüratım var ki. İndi isə həm xatirimdən çıxmasın, aylar illər sonra yenidən xatırlamağım üçün gün-gün səyahətim haqqında yazmaq istəyirəm. WARNING: Yazının uzun olma ehtimalı var :D Hər şey mənim balaca balımın vizasını almaqla başladı. Türkiyəyə getmək üçün ona viza aldıq və qayıdan başı Azərbaycana dax

Elif Şafakın Tanrı axtarışı

O qədər olur ki məndə bir kitabı almaq istəyirəm, amma nə üçünsə heç cür o kitabı almaq qismət olmur. Mağazada kitab rəfindən götürüb baxıb qoyuram yerinə təzədən. Bəzən pulum olmur almıram, bəzən pulum olsa da almaq istəmirəm. Sanki zamanı gəlmir. Mən keçən yazımda da yazmışdım ki, kitabları biz seçmirik. Onlar lazımı vaxtda özləri gəlib tapır bizi, elə bil ruh halımız özləri cəzb edir kitabı bizə. Elif Şafakın "Havvanın üç kızı" kitabı da o kitablara aiddir. Ramazan ayının axır həftəsində aldım kitabı. Əsərdə qəhrəman təkcə özünü axtarmır, həm də bütün kitab boyunca Tanrını da axtarır və bu mənim indiki ruhum və düşüncələrimlə o qədər üst-üstə düşürdü ki. Bir tərəfdən də oruc tutub bu ibadətimi yerinə yetirirdim deyə, içimdə nələrisə oynatdı elə bil kitab. Nə qatı dindar olmaq, nə inanclı olmaq, tutqu ilə dinə bağlanmaq, nə də ateist olub Allahı inkar etmək var bu bədəndə, bu ruhda. Adət və ənənə olaraq islam koloriti altında böyüdüyümüz üçün qanımıza işləyən müsəlman v

Maybe MAY?

Image
Bəlkə də may.. Nə üçün bu başlığı yazdığımı bilmirəm. Hər ayın özünə xas yadda qalma adı, tərzi, əhvalı olur sanki. Bunu da bura hər ay üçün bir yazı yazmağa başladığımdan hiss etmişəm. On bir ayın sultanı oldu May ayı. Sultan oldu, tac taxdı. Ramazanı özündə qonaq etdi, özünə əkiz etdi. Mən ibadətlərimin və inanclarımın, Allaha olan sevgimin yönünü bir zamandan sonra dəyişsəm də oruc tutmağı, Ramazanın bir çox əməllərini yerinə yetirməyi çox sevirəm. Şükür ki Allahım bu il də Ramazanda oruc tutub dua eləməyi, ruzisi ilə iftar açmağı bizə, mənə nəsib etdi. Mən isə Ramazan haqqında yox, may ayındakı fəaliyyətim haqqında danışmaq istəyirəm sözün açığı :) Əvvəlki yazımda da yazdığım kimi may ayında bir köhnə kitab alıb oxuyub bitirdim. Sovet sovxoz kolxoz komsomol partiya kitabı olsa da, çox sadə yazılsa da, mövzu adi olsa da maraqlı idi, çünki məni uşaqlığıma qaytarmışdı kitab, "Səhər yeli". Bakıdan kəndə gələn oğlan, ona vurulan qız, sonra daha kəndə ayağı dəyməyən