UZUN İNCƏ BİR YOLDAYDIQ - 13-19 iyun -

Səyahət etmək hər zaman maraqlıdır. Dəfələrlə haqqında eşitdiyin şəhərləri gəzmək, o ölkə barəsində, əhalisi, ab-havası, adət-ənənəsi, tək kəlmə ilə hər şeyi haqqında sənə çox şey deyir. Ona görə boş yerə çox oxuyan yox, çox gəzən bilər deməyiblər. Ümumiyyətlə, insanın təsəvvüründə canlandırdıqlarını öz gözləri ilə görməsi və bunun necə təəssürat yaradacağını əvvəlcədən müəyyən etmək olmur.  Bu dəfə bizim səfərimiz isə uzun oldu Bakı-Tibilisi-Batumi-Trabzon və eyni marşurutla geri qayıdış. Maşınla çıxdığımız kiçik səyahət mənə çox şeydən, ölkələrarası mədəniyyət fərqindən, müşahidə etdiyim yüzlərlə xırda hadislərdən və daha nələrdən nələrdən danışdı. Əslində o qədər çox təəssüratım var ki. İndi isə həm xatirimdən çıxmasın, aylar illər sonra yenidən xatırlamağım üçün gün-gün səyahətim haqqında yazmaq istəyirəm. WARNING: Yazının uzun olma ehtimalı var :D


Hər şey mənim balaca balımın vizasını almaqla başladı. Türkiyəyə getmək üçün ona viza aldıq və qayıdan başı Azərbaycana daxıl olması üçün vizaya müraciət edik. Və yola çıxdıq. Maşın ilə ilk dəfə idi ki belə uzun səyahətə çıxırıdım. Bakı-Ələt-Qazax yolunun cansıxıcı sarı düzənliklərindən keçdikdən sonra  Qırmızı köpüyə çatdıq və orada sərhdi keçərək Tibilisi istiqamətinə yönləndik. Biz Tibilisiyə çatanda günortadan bir az keçmişdi. Otel rezervasiyamız yox idi və harada qalacağımız barədə məlumatsız idik. Amma bizim İçəri şəhərimiz olan Qədim Tibilisidə (Old Tibilisi) çox maraqlı, çox qəşəng bir otel taparaq, orada yerləşdik. Frida Kahlonun şəkilləri olan, maraqlı dizaynı ilə fərqlənən otelin şəkillərini təəssüf ki çəkə bilmədim, amma siz bura klik edərək baxa bilərsiniz -ChekPoint . Axşamüstü oteldə azca istirahətdən sonra Tiblisinin kanatına və dağüstü parka getdik. Bir az otraksionlara baxdıq, bir az şəhərin gözəlliyini seyr etdik, uşaqları əyləndirməyə çalışdıq. Mikamın yaşı az olduğu üçün bəzi yerlərə buraxılmadı və isterikasını dinləmək məcburiyyətində qaldıq. Həm yaddaşımıza həkk etdik gözəllikləri, həm də xatirlərimizdə qalması üçün şəkillər çəkdik bolluca. Parkın özündə xaçapurilər və xinkalilərdənyedik bolluca, kompotlardan nataktarilərdən içdik və yenidən otelə qayıtdıq axşam. 

Hamı yatdı cırtdan oyaq :D Özümü yatmamağa məcbur edərək otelin terasına çıxdım və şəhərin də mənimlə birgə yatmadığını gördüm. Və terasdan görünən bu qəşəng pişik portretinin şəklini çəkdim :)  Səhər isə bir az Tibilisinin özünü gəzdik. Batumiyə gedəcəyimiz üçün şəhəri ürəyimcə gəzə bilmədim. Ümumiyyətlə buna heç gəzmək də demirlər deyəsən. Amma yenə də şəhər haqqında ümumi təsəvvürüm canlandı. Və Tibilisinin təbiiliyi, yaşıllığı, süni heç bir şeyinin olmamağı ürəyimi isitdi. Necə gözəlsən Tibilisi... Hər şeydən öncə ağacların çoxluğu insanın ürəyini açır. Dəfələrlə çox adamdan bu şəhəri sevmədiyini, sanki Bakının 90-cı illəri olduğunu, maraqsız, müasir olmadığını eşitmişəm. Amma bu şəhərin ruhu var, tarixi var, qəribəliyi var. Oxunmuş maraqlı kitab kimidir. Mən süni olmayan hər bir şeyi sevirəm onsuzda..
Şəkillərin çoxunu isə həyat yoldaşımın fonunda çəkmişəm ^^)

Kürün Tibilisyə düşən hissəsi çox maraqlı mənzərə verirdi şəhərə


Tibilisidə səhər yeməyinə çoxdandır yemək istədiyim acaruni xaçapurisini sifariş etdim və bəhbəhlə yedim (yeriniz məlum).
Və Batumiyə yola çıxdıq. Tibilisi-Batumi yolu elə də super maraqlı deyildi. Amma əgər yol yoldaşların maraqlıdırsa maraqsız yol da insana əyləncəli gələ bilər. Ona görə bir də baxdıq ki artıq Batumidəyik. Batumiyə qarşı ilk təəsüratım Tibilisyə olduğu qədər gözəl olmadı. Nəsə Tibilisini daha çox sevmişdim. Gec gəldiyimiz üçün axşam yeməyini yeyib otağımızı qalxdıq. Çünki səhər bizi Trabzona səyahət gözləyirdi. Həm də qərara aldıq ki Batumini qayıdan başı gəzərik. Və səhərin ilk şəfəqləri ilə Türkiyəyə yola çıxdıq. Yeni sərhədi keçdik, pasport kontrol filan. Və Qara dənizin əsrarəngiz sahilləri.. Bu şəkili elə sərhədə ilk girişdə çəkdim. Suyu o qədər təmiz idi ki dənizin. Ləpələr hər önə arxaya getdikcə sanki daşlardan qəribə musiqi səsi gəlirdi. Trabzon istiqamətində bütün yol boyunca Qara dənizin sahili bizimlə birgə gəldi. Yolları çox gözəl, səliqəli rahat. Mənzərəsinə isə söz ola bilməzdi. Türkiyənin yolarında diqqətimi çəkən ən yaddaqalan şey piadalar üçün üst keçid körpülərinə Türk şəhidlərinin adlarının verilməsi idi. Bəli, əsl vətənpərvərlik budur, vətənşüvənlik yox..


Trabzona çatdıqdan sonra yığışıb Uzun gölə yola düşdük. O Uzungöl ki nə uzun göl.. Mənzərəsi göz oxşadıqca insanı valeh edir. Mən sonuncu dəfə təbiətin gözəlliyi qarşısında ABŞ-da Mount Rainerdə heyrətlənmişdim. Və budur, Toros dağları, yol boyunca bol sulu çaylar və ətəyində Uzun göl. O qədər gözəl idi ki insanın şəkil çəkməyə həvəsi gəlmirdi. Elə deyirsən ki, durum bu gözəlliyə baxım. Gölün ətrafı tamamilə turstik zonalaşıb. Hər şey turistlər üçün düşünülüb. Evlərinin başında da hərə balaca bir çayxana açıb. Yuxarı qalxdıqca qiymətlər bir az ucuzlaşırdı, amma gölün ətrafı çox baha idi. Ərəblər isə Bakıdakından 3 qat daha çox idi orada. Biz yerli yeməklər axtarsaq da, restoran sahibləri buradakı yeməklərin çoxsunun "araplara hitaben" hazırlandığını dedi və ümidlərimizi puça çıxardı. Biz də dönərdən filandan (türkiyədəki dönərləri sevmirəm) alıb elə qarnımızı yalandan doyuzdurduq. Uzungöl ətrafında hava nisbətən sərin olur. Və ən maraqlı məqamlardan biri də evlərin çoxsunun damında günəş enerjisinin istifadəsinin göstəricisi olan alternativ enerji qurğuları var idi. Uzungöl çox gözəl idi, dağların ətəyində, yamyaşıl...





 Növbəti günün planı isə artıq hazır idi - əvvəlcə Sumela Monastır. Rizeyə getməyi planlasaq da çox yorğun olacağımız hiss etdik və Batumiyə qayıtmağın daha yaxşı olacağına qərar verdik. Qayıdanda ərəblərin əlindən piştaxtada qalan 3-5 geyimdən bircəsini alıb otelə qayıtdıq :)

Sumela Monastrı dağın düz başında yerləşir. Hər zaman monastrları çox uzaq yerlərdə tikirlər sanki, insanlardan ətrafdan uzaqda. Hal-hazırda təmir işləri getdiyi üçün bizə sadəcə eyvandan çox kiçik bir hissəsinə baxmağa icazə verildi. Əsas şəkillərə burdan baxmaq olar məsələn - Sumela Monastrı .
Monastr çox yüksəkdə olduğu üçün mənzərə qarşısında insan səssiz qalmaq istəyir. Qucağımda körpə ilə nə qədər yolu piyada çıxıb özümü həlak etsəm də :D buna dəydini düşünürəm.






Monastrdan sonra yolumuzu birbaşa Batumiyə çevirmədik, Boztəpədə nahar etdib balık-ekmek yedik və bütün Trabzon sanki ayağımızın altında idi. Qarşıda yenə sərhəd keçmək, yol getmək, Batumini yenidən keşf etmək var idi. Çamadanlar hazır, mən isə artıq bir az nasaz idim :)
Monastrın günəşi və dağın təpəsindəki "skvaznyakı" mənim səhhətimi korlayacaqdı şəhərə gələndə mən amma hələ onu bilmirdim orda :D 

Qara dənizin sahili ilə uzanan yol bizi qarşıladığı kimi yola saldı. Çox sevdim Trabzonu, Rizeyə getmə imkanımız, yəni fiziki canımız olmadığı üçün bir az heyfisləndim amma yenə də bu yerlərə qayıtmaq üçün gözəl səbəb olmadımı?

Batumiyə çatıb çamadanları otelə qoyduq və Batuminin məhşur Botanika bağına getdik. Həm meyvə ağacları, həm də digər ağaclarla sıx olan Botanika bağı dağın təpəsində dənizə geniş mənzərə açırdı. Düzü hava isti olduğu üçün axıra qədər getmədik, yarıdan qayıtdıq amma ki elə gördüklərimiz də bizə bəs edirdi əslində.



Botanika bağında ziyarətçilər dağa piada qalxmaq istəmirdilərsə kiçik qatarlarla yola çıxırdılar. Mika da bu qatarları görən kimi üstlərinə cumurdu. Bir qatar da kənarda saxlayan kimi qaçdı oturmaq istəyəndə dedim ki, Mika olmaz oturmaq. Dedim birdən nəsə söz deyərlər. Kişi qayıtdı ki otur, otur. Dedim Azərbaycanlısız deyəsən. Kişi gülə gülə Lenkoranlıyam deyib düşdü Mikayıl da ürəyi istəyən qədər qatarın rulunu ora bura fırladib biib biib elədi. :)
Qatar yoluna baxmağı isə nə üçünsə hər zaman çox sevmişəm. Sanki bir zamanlar, çox sevdiyim birisini qatarla yola salmışam və hələ də onun yolunu gözləyirəmmiş kimi...
Və botanika bağından sonra artıq passiv istirahətimizə start verdik.. Qara dənizdə çimib daşlı sahillərində özümüzü günə verdik. dənizin dibi də çox daşlı olduğu üçün bir az çətin idi gəzmək, amma suyu dumduru və çox gözəl idi. Mikayıl imkan vermədiyi üçün doyunca çimə bilmədim, amma necə deyərlər "qurtumu öldürdüm". :D Axşam yeməyindən sonra isə Batumini bir az gəməyi qərara aldıq. Məhşur Əli və Nino heykəlini gömədən gedə bilməzdik. 10 dəqiqə onların birləşib ayrılmalarını seyr etdik, gün batımına baxdıq və bulvarın kənarı ilə xeyli gəzdik. Növbəti gün artıq sonuncu günümüz olacaqdı Gürcüstanda.










                                                       
Gecə mənim üçün çətin keçdi, hərarətim 36.6 olmaq əvəzinə 35.4-ə düşmüşdü və özümü çox pis hiss edirdim. Demək olar ki gecəni yatmadım. Otelin eyvanından dənizə baxdım, kitab oxumaq istədim ki o da mümkün olmadı, eyvanın işığı söndü öz özünə bəxtimdən :) Xeyli vaxtdan sonra günəşin ilk işqlarını özüm qarşıladım və salamladım. ondan sonra isə sübhün şirin yuxusu gəldi və mən də yuxuya getdim...


Səhər açıldıq da isə yolumuz Tibilisiyə, səhərisi gün isə birbaşa Bakıya idi. Amma və lakin Tibilisiyə gedən yolda Martvili kanyonlarına gedəcəkdik. O gözəllik ki meşə, dağ və çayın tamam başqa üzü olacaqdı. Martivili kanyonu bol sulu şəlalələrin qarşısını kəsərək dağların arasında çox gözəl mənzərədir. Qayıqla üzüb o gözəllik qarşısında yenə yenidən heyrətləndim. Artıq şərh vermədən sadəcə şəkilləri paylaşmaq istəyirəm.






Bu gedəcəyimiz sonuncu yer idi və Martvilidən çıxıb birbaşa Tibilisiyə yollandıq. Artıq bir az yorulmuşduq. Evə istəyirdimmi sualına deyəsən yox cavabı vermək gəlir içimdən :) 
Tibilisiyə çatanda axşam idi artıq. Və otelə yerləşənəcən biz bir az ətrafı gəzdik. Gül pasajı çıxdı qabağımıza necə gözəl idi, sadə idi, heç bir göstərişi yox idi, adi taxtalardan özlərinə gül köşkləri düzəltmişdilər. Mən əminəm ki Bakıda elə sadə şeylərə icazə verməzdilər. Mütləq hər şey gösətərişli, cah cəlallı süni olmalıdır... çox təəssüf edirəm.
Səhər isə Tibilisi bizi şimşək və leysanla Bakıya yola saldı. Bir daha getmək istəyərdim oralara, daha başqa cür. Daha çox gəzmək istəyi ilə, şəhəri daha çox öyrənmək üçün. 


Çox sevdim səni Tibilisi. İnsanların kobud olsa da özün qəribə bir abu havadasan. Bakı qədər süniləşmədiyinə sevindim. Səndə gəziləsi, görüləsi, öyrəniləsi çox şeylər var. Ümumiyyətlə bu səyahətimdə getdiyim bütün yerləri çox bəyəndim. sevmədiyim, gərək getməzdik demədiyim bir yer olmadı. Qısa zaman ərzində çox yerləri sıxışdırdıq sanki günlərə. Ən çoxu da yolda keçdiyi üçün bəlkə uzun gəldi bizə.

Bu kiçik ailəmlə getdiyim ikinci xarici ölkə  səfərim oldu. Körpə ilə yola çıxmaq elə də asan deyil. Onun rahatlığı da narahatlığı da səfərə çox təsir edir. Və çox şeydən imtina etməli olur insan balacalara görə (ələxsus da analar). Amma əminəm ki uşağın inkişafına və dünya görüşünə çox çox müsbət təsir göstərir. Ona görə biz söz vermişik ki, hara getsək hər zaman balamızı da özümüzlə aparacağıq. Mən düşünürəm ki, uşaq nə qədər çox gəzirsə o qədər  özünü aparma davranışı daha çox formalaşır onda. Mikanın Azərbaycana girişi üçün isə vizanı bir dəfə kəsdilər. Biz də növbəti dəfə təcili viza ilə müraciət etdik, yoxsa ölkəyə daxil ola bilməyəcəkdik. ABŞ vətəndaşı oğlun varsa, gərək bir az bəzi məsələləri nəzərdə saxlayasan :)

Gürcüstan və Türkiyənin şərqinə olan səfərim haqqında bolluca yazdım ki illər sonra oxuyanda gözəl xatırlayım. Və həqiqətən də bir müddət sonra oxuduqda insanın dodağında təbəssüm oyanır mütləq. :) 


Səfərlərdə görüşərik...

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)