Maybe MAY?

Bəlkə də may..

Nə üçün bu başlığı yazdığımı bilmirəm.

Hər ayın özünə xas yadda qalma adı, tərzi, əhvalı olur sanki. Bunu da bura hər ay üçün bir yazı yazmağa başladığımdan hiss etmişəm.

On bir ayın sultanı oldu May ayı. Sultan oldu, tac taxdı. Ramazanı özündə qonaq etdi, özünə əkiz etdi. Mən ibadətlərimin və inanclarımın, Allaha olan sevgimin yönünü bir zamandan sonra dəyişsəm də oruc tutmağı, Ramazanın bir çox əməllərini yerinə yetirməyi çox sevirəm. Şükür ki Allahım bu il də Ramazanda oruc tutub dua eləməyi, ruzisi ilə iftar açmağı bizə, mənə nəsib etdi. Mən isə Ramazan haqqında yox, may ayındakı fəaliyyətim haqqında danışmaq istəyirəm sözün açığı :)

Əvvəlki yazımda da yazdığım kimi may ayında bir köhnə kitab alıb oxuyub bitirdim. Sovet sovxoz kolxoz komsomol partiya kitabı olsa da, çox sadə yazılsa da, mövzu adi olsa da maraqlı idi, çünki məni uşaqlığıma qaytarmışdı kitab, "Səhər yeli".

Bakıdan kəndə gələn oğlan, ona vurulan qız, sonra daha kəndə ayağı dəyməyən oğlan, Bakıya imtahan verməyə gələn qız, təsadüfən qızla rastlaşan oğlan, imtahandan kəsilən qız, və onların sevgisi. Oğlan qızı aldadır, qızın uşağı doğulsa da qalmır, oğlan evli olur  o_O

Bir dəqiqə, elə bil "yeşilçam" kinosuna baxırıq axı :D

Nə isə, əsas məsələ odur ki, axırda qız başqası ilə qalır. Yəni yazıçı buna "nyamok" edir. Əvvəllər bu tip kitablar oxumağımın peşmançılığını çəkirdim. Amma indi yox. Sanki adam hərdən belə kitab oxumalıdır ki, beyin restart etsin.

May ayında aldığım ikinci kitab Elif Şafakın "Havvanın üç kızı" kitabıdır. O kitabı  ilk dəfə Amerikaya gedəndə Atatürk hava limanından almaq istəmişdim, amma o vaxtlar kitab oxuma performansım aşağı olduğu üçün almamışdım nəsə.  Xeyli əlimdə saxlayıb üzünə baxdığım da yadımdadır :) Kitabı yarı etmişəm artıq, haqqında bitirdiyim zaman danışaram. Elif Şafakın yazı üslubunu bəyənirəm. Keçmişlə müasir həyatı maraqlı sintez edir. Və onun əsərlərini oxuyanda hiss edirəm ki, kor təbbi yazmır, mütaliə edir axtarır, araşdırır. Amma bir məsələ var ki, onun kitablarını oxuyanda şovinist ruhum baş qaldırır həmişə, çünki ən azı bir dəfə olsun belə cümləsində "ermeni" sözü keçir. Hələ buna görə onun "Baba ve Piç" əsərini dəfələrlə əlimə alsam da oxuya bilməmişəm. Bəli, mənim də var belə xasiyyətlərim :) Ümumi götürəndə əsərləri əslində biz seçmirik, onları bizim ruh halımız seçir, və Leyla demiş hər bir əsər lazım olan anda bizim əlimizə özü gəlir çatır. Leyla kimdir? Salam Qədirzadə demiş, adı Leyladır onun :)

Başqa nələrəsə qalanda, may ayı əslində elə də aktiv ay olmadı mənim üçün çünki, iftardan sonra insan passivləşir elə bil, insan deyəndə mən özümü nəzərdə tuturam. Bəlkə də elə insan var ki heç passiv filan olmur. İçimdə çox gedib gəlirəm. İstəklərimlə yaşadığım həyat arasında uçurum demiyim, amma ən azı bir okean qədər fərq var.

Ümid edirəm iyun ayınada daha bir iki mövzü yazacağam. Çünki, əslində danışmaq istədiyim, toxunmaq istədiyim o qədər mövzular var ki....

İndi isə artıq iyundur, yayın digər ayı.

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)