Posts

BƏLKƏ YENƏ QAYIDAQ?

Image
Başlığı yazandan sonra əslində nə qədər poetik olduğunu hiss etdim, yaxşı bir şeir başlığı ya qafiyəsi olardı əslində deyilmi? :)  Amma mənim əsas qayıtmaq, qaytarmaq istədiyim blogda hər ay yeni bir post yazmaq vərdişimi bərpa etməkdir.  Necə maraqlı idi oxuduqlarımı, yazdıqlarımı, gəzdiklərimi, çəkdiklərimi paylaşmaq?! Ürəyimin bir hissəsində qalan və qaranlıqdan heç yerə çıxa bilməyən sözləri nəhayətində işığa qərq etmək, yazılara tökmək.. Qaldıqca qalır çünki, unudulduqca unudulur, paslanır, kəsəri, itiliyi zəifləyir sözlərin, fikirlərin..  Misal üçün bəzən özüm də vəcdə gəlirəm ki, keçən il düz 21 şəhərə səfərim olub, müxtəlif qitələrə, ölkələrə..  ...gəl ki, heç birinin adı belə keçmir burada.  O qədər görümşəm, götürmüşəm, müqayisə edib nəticəyə gəlmişəm.  ...gəl ki, hamısı öz içimdə, öz düşüncələrimdə.  Və budur, yazılara tökülməyən hər fikrim axar su kimi axıb gedib. Axı yazdıqca insan düşünür, və eyni zamanda yazılar əks etdirir özündə yaşamı...

ƏZİZ OLASAN...

Image
 Əziz olasan... Əslində necə gözəl sözdür deyilmi? Əzizlənmək, əziz olmaq, dəyərlisi olmaq mənasında.. elə deyilmi? Hər zaman əziz olasan... Bu arzunun mənasını sanki indi hiss etdim.. Və yazmaq istədim.... Əziz oldum mən də bu il, doğum günümü əzizlərimlə qeyd edib əzizləndim. Əlbəttə ki, xoşbəxtəm. Xoşbəxt olmağı seçmək də seçməməkdə öz əlimizdədir. Bunu isə böyüdükcə, və əslində həyatımızın məhz bizim seçimlərimizdən ibarət olduğunu tam anlamıyla dərk etdikdən sonra buna inanıram. Və mən də əziz olmağı seçdim. İlk dəfə 14 il əvvəl blogumda ilk ad günüm üçün yazanda 23 yaşım olurdu. Bu gün isə nə az nə çox düz 37 yaşımı qeyd etdim. Müqayisələr qaçınılmazdır. Özümü daha böyümüş hiss edirəm sanki. Mənəvi olaraq içinə dönmüş və planları olan bir qadın... Artıq qızcığaz deyiləm, olmaq da istəmirəm artıq... Dünyaya baxışım, həyatı dərk etməyim insanlarla münasibətim dəyişib və dəyişməyə davam edir. 23 yaşımda olmazlarım olar, olar dediklərim tamamilə istəklərimin siyahısından çıxıb....

NÖVBƏTİ DÖNGÜ İLİ 2024

Image
12.. 24.. 36.. Hər 12 ildən bir təkrar olunan ilimi yola saldım 2024də. Növbəti döngümü bağladım.  Zamanın su kimi axıb keçdiyini son illərdə elə 2024-cü ili də gözümüzün önündən işıq sürəti ilə ötdüyünü çox asanlıqla gördük, hiss etdik.. Sadəcə bir məsələ var ki, mən 2024 üçün heç bir xüsusi planlar, gözləntilər qoymamışdım. Su kimi axan ilin axarına düşüb, öz məcramda axdım. Zamanın məni hara və necə aparacağının xiffətini çəkmədim heç. 2024-cü ilə girəndə bərpa ilimdir demişdim. Elə özümübərpa ilə yavaş-yavaş dirçəldim mən də. Özümə qayıdan özgüvənimlə, inamımla, sevgimlə yoğruldum yavaş-yavaş. Özümü qınamağın daşını atdım, balalarımla çoxlu zaman keçirdim, yoldaşım, yuvam üçün daha çox şükr edib, insanları, insanlığı, baş verən və verməyən hər şeyi başa düşüb qəbul etmək üçün cəhd etdim.. 21 şəhərə səyahət etdim, yeni insanlar tanıdım, yeni işə başladım. Özümü sevdim! Həqiqətən də özümü bərpa etdim... Kitablara  zaman çox ayıra bilmədim təəssüf ki, goodreads dəki challange...

SƏYAHƏTLƏR VƏ O KİTAB...

Image
Bərpa ilimdir demişdim bu il üçün ilin əvvəlində... Səyahətlərlə bərpa etdim özümü mən də. Bu il sanki, kainat da mənim bu istəyimə səs verdi. İlin ilk yarısında, ilk 6 ayında 10-a yaxın şəhəri gəzdim. Bu gəzintilər təkcə gəzinti olmadı, karyerama da, özümü inkişafa da, özümü təsdiq və inama da işıq tutdu. Həm də necə işıq.. Ən gurundan :)  Mart idi...  Belçikanın Brüssel şəhərinə ilin ilk səfərini etdim. Öyrəndim, gəzdim və içimdə özüməinamın ilkin qığılcımları sezildi. Sanki içimdə gizlənmiş bir yerlərdə "mən də varam və burdayam" deyib başlarını dirçəldirdilər.. Bu inamın cücərtiləri ilə Niderlandın Haaqa, Rotterdam, Amsterdam şəhərlərini gəzdim, sonda isə Türkiyənin İzmirinə baş çəkib doğma Bakıma qayıtdım. Amma bilirdim yayda məni hələ iki səfər gözləyir.. May idi... Keçən il vidalaşıb, "görəsən bir də nə vaxtsa buralara gələ biləcəyəm?" dediyim və çox sevdiyim Estoniyanın Tallin şəhərinə yenidən səfər etdim. Bu dəfə bütün dadını duydum Tallinin. Keçən ilin ağr...

29 FEVRAL

Image
Dörd ildən bir olan, dörd ildən bir həyatımıza gəlib gedən ekstra 24 saat, əlavə bir gün.. Hələ uşaq idim, məktəbli idim bu günün varlığı məni fərqli düşündürüb, fərqli hiss etdirəndə. Həmişəki kimi də necə və niyə sualını verərkən, və buna cavab axtararkən tapırdım özümü. O zamanlar resurslar bu qədər çox olmazdı, valideynlərimizdən, dərsliklərimizdən, əgər bizim kimi kiminsə bəxti gətirirdisə evindəki o qırmızı üzlü ensiklopediyalardan suallarımıza cavab tapardıq qismən. Limitli, kasad, yalnız bir və ya iki dildə. İndi isə əlimizi klavyaturada gəzdirərək ingilis, rus, türk və doğma dilimizdə minlərlə məlumatlar, məqalələr, resurslara çata bilirik. Bəlkə də ona görədir ki, çox şeyin sehri qalmayıb.. Yaşımın neçə olmağından asılı olmayaraq 29 fevral mənə həmişə qeyri adi hisslər bəxş edir. Həm də doğulduğum ilin təqviminə də 12 ildən bir mütləq düşür bu tarix. Bəlkə mövzudan kənar olacaq, amma mən uşaqlıqdan özümü heç vaxt hamı kimi hiss etməmişəm. Düşünürəm ki, elə bu fərqli hiss etmə...

KİTABLARLA DANIŞDIQLARIM...

Image
 2023-cü ilimin məndəki və həyatımdakı qısa icmalından sonra ənənəyə uyğun olaraq ötən ildə oxuduğum kitablar barədə danışmaq istədim. Bu il artıq dördüncü il olacaq ki, Goodreads də "reading challange" edirəm özüm üçün. Məsələn, bir il 5 ədəd kitabı oxuyacağamı hədəfləyirəm, amma 8 kitabla ili bitirirəm. Növbəti il hədəfimi 8 kitab edirəm və 10 kitab oxuyuram, daha sonrakı ilə isə 10 kitabı hədəfləyərək girirəm. Belə belə keçmiş illərimlə yarışaraq kitab oxuma vərdişimi yenidən bərpa edirəm. Bəli, bu ilki hədəfim isə 10 kitabdır. Bəlkə də köhnə kitabqurdu üçün 10 kitab çox azdır, amma ailə-məişət həyatım, balalar bəzən insanın maraqlarının ləng irəliləməsinə səbəb olur. Mən isə düşünürəm ki, əsas odur ki, irəliləyiş, hərəkət var. Bu axı ətalətdən dəfələrlə yaxşıdır. 2023-cü ilimin ən gözəl kəşflərindən biri isə Storytel online kitabxana oldu. Bəli, mən də əsərləri kitabdan oxumağı sevirəm. Bəli, mən də kitabı qoxlamağı, ona toxunmağı, qeydlər etməyi, qulağını qatlamağı sevir...

İKİ MİN İYİRMİ ÜÇƏ HÖRMƏTLƏ...

Image
Gözlərimi yumub 2023-cü ili düşünəndə ilk 40 günü həyatımın olmaq istədiyim yerində və niyyətlərimin ard-arda olaraq necə həyata keçdiyinin şahidi idim. Nə qədər özümə inamlı, nə qədər özümdən razı, gələcəyə planlar qurub 2023-cü ilimi daha da rəngləndircəyimə əmin şəkildə başlamışdım. Özümü inkişaf, özümü tanıma, yeni iş təklifi, rəssamlıq dərslərim.. Söz vermişdim özümə, 2023-cü il yeni başlanğıclar ili olacaqdı. İlk dəfələr ili olacaqdı.. çox şey edəcəkdim ilk dəfə, məsələn ilk dəfə xaşın ətinin dadına baxacaqdım ki baxmışdım da :), ilk dəfə hamama getmişdim, ilk dəfə rəsm dərnəyinə yazılmışdım və hələ uzun bir siyahım da var idi indi unutduğum. Amma nə oldu? ..40 gün sonra həyatımın altı üstünə gəldi. ..qorxdum çox qorxdum. İlk dəfələr ili oldu 2023, doğrudur. Amma hərəkət və planlar üçün yox, daxili aləmimin bərpası və yenidən yaranmaq üçün. Mən aylarla susdum, aylarla gizləndim, aylarla öz içimdən çıxmadım. Aylarla bu dünyada yaşamadım, sadəcə nəfəs aldım. Gizləndim... Gizləndim....

I'M TIRED OF MYSELF...

Image
 Heç özünüzə sual vermisiniz ki, bu axtarışlar nə zaman bitəcək? Bu özünə dönüş, bu özünü axtarış, səhvlərdən çıxarılan dərslər? Nə zaman son tapacaq yalançı gülüşlərin, özün olmayan sifətin arxasında gizlənmələr? Yaxşı olmadığın halda "yaxşıyam" cavabların, etmək istəmədiyin, özünü məcbur hiss etdiyin hadisələr qarşısında səsini çıxarmayıb hər birinə razılıq verməyin... Nə zaman bitəcək? Nə zaman özünü özün kimi göstərəcəksən ətrafındakılara? Nə zaman əsl mənin baş qaldıracaq içindən, utanmadan, çəkinmədən, qorxmadan? Axı nə zaman səsini çıxaracaq ruhun? Nə zaman deyəcək "heey mən burdayam, gör məni, dinlə məni.."?  Nə zaman iki həyatın birləşib tək olacaq, daxilindəki dünyanla yaşadığın real həyatın nə zaman bir birindən üz çevirməyəcək və hərəsi bir tərəfə çəkişdirməyəcək səni? Heç bunları düşünmüsüz?...  Heç özününzə sual vemisiniz ki nə üçün bu qədər yorğunsuz? Nə üçün bu qədər həyatdan qopmuş və hər kəsin dediyi ilə razılaşacaq qədər cılızlaşmısınız öz gözünüz...

İNFİNİTE ∞ 35 ∞

Image
Mən sehri yaşayıram.  Mən möcüzəni görürəm.  Bunu mənə heç kəs göstərmir, sadəcə  öyrətdilər öyrəndim.   Çünki mən sehrin özüyəm.  Mən kainatın bir parçasıyam və kainat özü ən böyük möcüzədir. ..mən itirəm içimin dumanında ..mən boğuluram göz yaşlarımın okeanında ..mən susuram sözlərimin çoxluğunda ..mən qaçıram daxilimin anlaşılmazlığında ..mən tutunuram ürəyimin sirrində ..mən gizlənirəm gülüşümün süniliyində ..mən kiməm?  ..mən sonsuzluğam ๑ ..mən  kainatam ๑ ..mən səbəbəm ๑  Vəsiləyəm mən..  yaş isə 35 deyil 8 dir. 8 isə sonsuzdur.. ..sonsuz sevgi ..sonsuz rahatlıq ..sonsuz huzur ..sonsuz inam ..sonsuz sehr ..sonsuz möcüzə ..sonsuz başlanğıclar ..sonsuz qərarlılıq ..sonsuz hisslər ..sonsuz özünüqəbul ..sonsuz günahlandırmama  ∞  "Həyatını dəyişmək öz əlindədir. Bunun üçün sadəcə tək bircə şeyi, nə istədiyini bilməlisən və buna inanmalısan. O zaman həyatının altının üstünə çevrildiyini, və altının üstündən daha gözəl ol...

İLİN SON YAZISI *13*

Image
2022.. Öyrədən il, öyrəndiyim il. İnsan gənc ikən düşünür ki, müəyyən yaşdan sonra öyrənmək artıq ikinci plana keçir. Lakin, elə məhz yaş ilərilədikcə görürsən ki, əslində öyrənməli olduqların, həyat məktəbi dedikləri məhz yaşın artdıqca sənə öyrədir. Öyrənmək istəməyib dirənirsənsə həqiqətən də "sinifdə qalırsan". Döngüyə girirsən və yaşadığın o istəmədiyin hadisələri yenidən yaşayırsan, həyatına çəkirsən bu və ya digər şəkildə, digər hadisələrdə. Ona görə də dərs çıxarmağı, həyatı dərk edib, qəbul etməyi bacarmalısan, öyrənməlisən. Mənə  isə 2022 çox şeyi öyrətdi. Əvvəli çox asan idi, səlis idi, rahatlıq və huzurla dolu idi. O rahatlıq ki, mən son 5 ildir hər yerdə axtarırdım onu. Nəhayət tapdığımı düşündüyüm anda hər şey tərsinə çevrildi. Qlobus kimi dünyam tərsinə çevrildi. İlin sonunda həzm edə bilmədiyim, bəlkə də həzm etmək istəmədiklərimlə məni xeyli çətinə saldı və sanki sinifdə qoymaq istədi. Çaşdım. Duruxdum. Üsyan etdim. Narazılıq etdim. Hər şey birdən necə bu qəd...