Yanvar 2025

Neçə ildən sonra ilk dəfədir ki bir ay belə uzun keçdi.. Mən uşaq olanda həmişə bezəardim ayların uzun çəkməyindən indi isə sevinirəm. Zaman gec keçsin, gün bitməsin, balalarım bu qədər sürətlə böyüməsin, uzumdə qırışlar belə tez yaranmasın, ən xoş anlarım saniyə kimi ötüb keçməsin istəyirəm...

Yanvar mənim üçün hər zaman xüsusi ay olur, həm təqvim ilinin ilk ayıdır, həm də mənim doğum günüm bu aya təsadüf edir. Həyatımın bir çox hadisələrini də məhz yanvar ayında yaşamışam sanki. Yəni əslində doğum günüm xaric xüsusi əlamətdar hadisələr yoxdur, amma vacib anların şahididir sanki. Mənim üçün xüsusi bir dadı, ətri, hissiyatı var yanvarın... Hiss edirəm o ayı. Mənim ona ya da onun mənə aid olduğunu hiss edə bilirəm.

2 ay əvvəl qəribə şəkildə ayağımı möhkəm əzdikdən sonra nəhayət ki yavaş-yavaş gəzə bilirəm axsamadan. Əsas odur həyat yollarında axsamayaq əlbəttə ki :) Bu şükür düzəlir indi sanki.. Sözümün canı yanvar ayında işə çıxdım 2 aydan sonra. Ona görə də xeyli, xeyli işədim. Bir tərəfim işi istəsə də, digər tərəfimdə anaçdıq özünü göstərib balalarla qalmaq həvəsinə düşmüşdü. Amma iş həqiqətən insanı çox motivasiyada saxlayır. Hələ qadının mental sağlamlığı üçün iş çox vacib faktordur. Amma gəl ki, kapitalizmin qurbanı olub axşam 8ə kimi işləməyəsən, həyatın iş stolunun arxasında da axıb getməsin. 

Bir kitab bitirdim yanvar ayında Elif Şafak - "Kayıp ağaçlar adası" və yarım saxladığım "Kirpinin zəirliyi" kitabını qoydum tumbamın üstünə amma hələ başlamamışam. Elif Şafakın mövzusu maraqlı idi, əvvəli sehirli başlamışdı, amma sona doğru o gizli məqamların arxasında çox bəsit bir hekayənin dayandığı məni məyus etdi. Heyf mənim əziyyətimə Elşad, heyf!.... Yeni kitab almadım, amma gələn aydan hər ay ən azı bir dənə yeni kitab vərdişini də bərpa eləməyi düşünürəm.

Evimi bəzədim yanvar ayında, çox sevincliyəm. Yuvamı qurmağım məni həyata, istəklərimə hər daim bir addım daha yaxında olmağıma bir az da inandırır.

Yeni səyahət planları etdik yeni ilin ilk ayı. İlk səfərimiz hara olacaq... ?! 2024-ü Əbu-dabi ilə bağlamışdıq. 2025-i isə xəyallarımın ölkəsi ilə açacağıq... 

Yeni yaşımı qeyd etdim sevdiklərimlə...

Məni sakitləşdirib foksumu özümdə saxlayan yeni musiqi kəşf etdim..

Danışmaq üçün çox söhbətlərim var əslində, hamısından  bir az bir az paylaşacağam səninlə zamanı gəldikcə. 

İndi isə Yanvarı yola salaq 2026-da görüşərik. Sonuna 28 dəqiqə alıb :) 

Comments

Popular posts from this blog

XATİRƏLƏR... XATİRƏLƏR... :)

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

ONUN SEVGİ MƏKTUBLARI