NÖVBƏTİ DÖNGÜ İLİ 2024

12.. 24.. 36..

Hər 12 ildən bir təkrar olunan ilimi yola saldım 2024də. Növbəti döngümü bağladım. 

Zamanın su kimi axıb keçdiyini son illərdə elə 2024-cü ili də gözümüzün önündən işıq sürəti ilə ötdüyünü çox asanlıqla gördük, hiss etdik.. Sadəcə bir məsələ var ki, mən 2024 üçün heç bir xüsusi planlar, gözləntilər qoymamışdım. Su kimi axan ilin axarına düşüb, öz məcramda axdım. Zamanın məni hara və necə aparacağının xiffətini çəkmədim heç. 2024-cü ilə girəndə bərpa ilimdir demişdim. Elə özümübərpa ilə yavaş-yavaş dirçəldim mən də. Özümə qayıdan özgüvənimlə, inamımla, sevgimlə yoğruldum yavaş-yavaş. Özümü qınamağın daşını atdım, balalarımla çoxlu zaman keçirdim, yoldaşım, yuvam üçün daha çox şükr edib, insanları, insanlığı, baş verən və verməyən hər şeyi başa düşüb qəbul etmək üçün cəhd etdim..

21 şəhərə səyahət etdim, yeni insanlar tanıdım, yeni işə başladım. Özümü sevdim!

Həqiqətən də özümü bərpa etdim...

Kitablara  zaman çox ayıra bilmədim təəssüf ki, goodreads dəki challangedən geri qaldım və qazanmadım. Amma olduqca zövq aldığım kitablar oxudum. Sayları az olsa da, təsirləri olduqca uzun çəkdi. 

Blogumla bağlı olan planlarımı da yerinə yetirə bilmədim. İstədiyim qədər yazılar yazmadım, yaza bilmədim. İndi düşünürəm ki, elə yazmadıqca da insanın yazma həvəsi və potensialı da yumuşalır axı. 

Daha nələr etidm? Sərbəst şəkildə sükan arxasına keçdim, iki dəfə beynəlxalq tədbirdə çıxış etdim, çoxlu kofe içdim, özümlə zaman keçirdim, şəkillər çəkdim, evimi bəzəyib yuvama rəng qatdım, ilin sonu yeni xobbi qazandım, ördək bişirməyi öyrəndim, güllərimə qulluq edib onaları böyütdüm,balalarımla çoxlu zaman keçirdim, dənizdən zövq aldım uşaqlığımdakı kimi, ilin sonuna yaxın ayağımı gipslik etdim və zədəli ayağımla səyahət etdim 😀

Bəlkə də çətin oldu, bəlkə də asan oldu bilmirəm, o baxımdan dəqiq bir söz deyə bilmirəm amma mən sevdim 2024-ü mənim üçün mənbə oldu, ilham mənbəsi deyir ChatGPT amma inspiration nədirsə bax mənim üçün elə il oldu. Doğrudur boş boş şeylərə də boş boş vaxt sərf etdiyim oldu. Amma elə həyatın mənası da o deyil? Hər gününü ağıllı ağıllı keçirmək mümkün deyil, içindən gəldiyi kimi yaşayacaqsan. Ürəyinin dediyi kimi edəcəksən hər şeyi, belə yaşamaq daha rahat deyilmi? Məcburiyyətdən kənar. 


2025 mənim üzümə gülür elə bil. Yenə xoş xəbərlər gələcək bilirəm, həyatımın növbəti ən xoşbəxt dönəminə giririəm. Həm də şüurlu şəkildə. Və bunun üçün özümü hazır və xoşbəxt hiss edirəm. 

Niyyət edirəm blogum arxiv bloglar siyahısına girməsin, ən azı ayda 1 yazı yazım. Çünki buranı çox sevirəm. Özüm ola bildiyim tək yerdir, heç dəyişməyən və həmişə eyni qalan yerim. 


...inid isə zaman yaşamaq zamanıdır
..zaman sevmək zamanıdır
..zaman gəzmək, əylənmək zamanıdır
..zaman irəli getmək zamanıdır
..zaman səsi çıxarmaq zamanıdır
..hərəkət zamanıdır
..tanınmaq, tanıtmaq zamanıdır
..reallaşdırmaq zamanıdır
..ilhmalanmaq, ilham olmaq zamanıdır
..güzgünü özünə tutumaq zamanıdır..


2025 özüm üçün edəcəyim Yeniliklər ilidir. Hərəkət ilidir. Mübarəkdir!




Comments

Popular posts from this blog

XATİRƏLƏR... XATİRƏLƏR... :)

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

ONUN SEVGİ MƏKTUBLARI