ƏZİZ OLASAN...
Əziz olasan...
Əslində necə gözəl sözdür deyilmi? Əzizlənmək, əziz olmaq, dəyərlisi olmaq mənasında.. elə deyilmi? Hər zaman əziz olasan... Bu arzunun mənasını sanki indi hiss etdim.. Və yazmaq istədim....
Bu gün isə nə az nə çox düz 37 yaşımı qeyd etdim. Müqayisələr qaçınılmazdır. Özümü daha böyümüş hiss edirəm sanki. Mənəvi olaraq içinə dönmüş və planları olan bir qadın... Artıq qızcığaz deyiləm, olmaq da istəmirəm artıq... Dünyaya baxışım, həyatı dərk etməyim insanlarla münasibətim dəyişib və dəyişməyə davam edir. 23 yaşımda olmazlarım olar, olar dediklərim tamamilə istəklərimin siyahısından çıxıb.
Öncəliklərim özümə, ailəmə və ən sevdiklərimədir. Qoy az adam üçün əziz olum bəlkə də, amma məni öznüə əziz bilənlərin yanında hər zaman olum.
Comments
Post a Comment