Posts

Showing posts from 2026

Cızma-qara :)

Image
"Pencəyinin sol cibi" Gözləyirəm bir gün yenə sən yanıma gələsən Gəlib mənə bilmədiyim xəbərləri verəsən. Danışasan tək qaldığın o qaranlıq günlərdən Balışında əzik-büzük qoyduğun o izlərdən. Danışasan gecələri neçə ulduz saymısan, Gündüzlərsə işlərinlə necə başın qatmısan. Danışasan sən tək-tənha haraları gəzmisən Xatirəli küçələrdən qaçıb necə keçmisən.. Danışasan bu günlərdə neçə kitab almısan Neçəsini oxumusan, neçə cümlə cızmısan. Susmayasan, danışasan qardaşından, bacından Mənə tanış olmayan təzə iş yoldaşından. Pencəyinin sol cibində gətirdiyin kitabı Ara-bir yoxlayasan bilə-bilə ordadı Utanasan uzatmağa, bu necə uzaqlıqdı.. Ürəyində öz özünə gileylənib küsəsən Yaranan məsafənin səbəblərin gəzəsən. Bu necə bir uzaqlıq, nə cür bir məsafədir Kitab vermək beləmi məharət tələb edir!? Birdən dolxsunasan, udqunasan, susasan.. Xatirələr əlindən axı hara qaçasan!? Sevgi etrafımız deyildi quru sözlər Aldığımız hər kitab olac...

İKİ NƏFƏRLİK FƏSİL...

Qorxularımla baş etmək üçün özümdən xəyali bir mən yaratdım. O mənə xarakter yüklədim və sonra marionet kimi oynatdım. Ona iş yeri, ev yuva tikdim, həyat yolu çizdim, keçmiş yazdım, gələcək qurdum. Və ad qoydum. Özü, daxili mən olan, amma həyatı mən olmayan marionet... Sonra onu oynatmağa başladım hər gün. Barmaqlarım iplərdə gəzişdikcə, öyrəşdim ona. Onun üçün düşündüyüm yalan həyatı özüm yaşamağa başladım. Onun yediklərini yedim, onun getdiyi yerlərə getdim, onun kimi oldum, ona çevrildim. Danışdığım yalanlara özüm inandıqca, öz həyatımdakı əksikliklər daha qabarıq üzə çıxmağa başladı və qaçış da oradan başladı.. Qarşıda duran məsuliyyətləri hiss etməmək üçün, gizlənmək üçün ruhuna büründüyüm marionet məni xoşbəxt etsə də mənə pis təsir etməyə başladı.. İpləri bir bir qırmaq üçün qayçını əlimə götürdüm Qoy bu yaz iki nəfərlik fəsil ilə yadımda qalsın, daxilini tamamilə göstərə bilən mən olmayan marionetin və daxilini hamıdan gizlədən və mən olan mənim fəslim kimi! Konu kahve değil.. ...

YENİ BAŞLANĞICLARA - 2026 -

Image
Növbəti, 16- cı yeni il yazım ilə yenidən buradayam.. Yeni nəsillərin, zedlərin, alfa və betaların çox köhnə və dəbsiz görə biləcəyi blog yazımla özümü özüm kimi hiss etdiyim yerdə. Olsun ildə bəlkə də 5-dən artıq yazı yazmıram. Amma nəfəs alan və tarixləri, illəri yenilənən blog varsa deməli yaşayır.. Deməli yaşayıram... 2025-ci ilim bir göz qırpımında keçdi sanki. Hesabat vermək istəmirəm, amma "ən"lərimi yazmaq keçir ürəyimdən :) ..ən xoşbəxt olduğum gün - yoldaşımla 10 il sonra ABŞ vizamızı almağımız oldu. ..ən çox arzu etdiyim yerə səyahət - yoldaşım və balalarımla Maltaya, Pasitanoya etdiyimiz səfər idi. ..ən çox huzurlu, daxili rahatlıqla dolu olan gün - Nyu-yorkda hündür mərtəbədən yağan leysan yağışa baxa-baxa, "over the rainbow" mahnısına qulaq asıb, südlü isti çayımı içib, içimdəki əvəzsiz və şükran dolu hisslərimi yazdığım anlar idi, unutmuram o hissləri. ..ən çox nostalji və xoş kədər yaşadığım anlar - yenidən  ABŞ-da Tacomanın tanış küçələrində gəzmək,...