Posts

Showing posts from January, 2012

BU ŞƏHƏR...

Image
Bu şəhərdə yağmur gec-gec gəldiyindən sevilən qonaqdır... Bu şəhərdə sevdalar ayrılığa çevrildiyindən insanlar tənhadır.. Bu şəhərdə kişilər çətirsiz gəzər... "göydən nə yağır yağsın".. Bu şəhərdə yağmura, yuyulası günahı çox olanlar düşər.. Bu şəhərdə gözdən kənar küçələr öz divarlarına, uşaqlarına qısılıb toz ağlayarlar... Bu şəhərdə ilğım olmaz.. Bu şəhədə ehtiyacın olan yoxdursa, lazım olmayanın bərəkətliliyi tutar.. Bu şəhərdə qəzet köşklərində ən bəxtsiz insanlar işləyər... ...hər kəs içməsə də, kim varsa sərxoşdu. ...iç dünyaların qapısı unudulub. ...nə olur olsun səni anlayacaq birinin olmaması sonda səni sevindirər ...qəndi çayından dadlıysa, içməyə dəyərmi, amma içməlisən Bu şəhər əyin-başını bəyənər... Bu şəhər yollarında yüyürməyinə fikir belə verməz... Bu şəhər dağların sıldırımlı baxışlarını unutmamışsa, qapılarına şükür etməli... Bu şəhər alıb aparar səni yeyib-içməyə, doymasan belə masadan tez kənarlaşarsan... Bu şəhər səni incitməyə baş

ONUN SEVGİ MƏKTUBLARI

Image
"Onun sevgi məktubları" Qənirə Paşayevanın epistolyar janrda yazdığı romandır.. Düzdü o qədər də güclü yazı deyil.. Amma əsərdə tanınmış insanların maraqlı sevgi hekayələri, o cümlədən, məşhurların əsərlərindən götürülmüş sitatları, aforizmləri, şeirlər və s. yer alıb. Kitab ilk səhifəsindən son səhifəsinə kimi sevgidən bəhs edir... Sevgi, sevgi, sevgi.. və qarşılıqsız... Özüm isə əsərdən yadda qalan cümlələri deyil, məhşurların dediklərini seçib yazdım.. ***** Ə g ə r ölüm ayağında birc ə k ə lm ə dem ə y ə zamanım olsa, “s ə ni sevir ə m” dey ə rdim v ə birc ə an da düşünm ə zdim ki, axı s ə n onsuzda bunu bilirs ə n. Q.Q.Markes *** İlk m ə h ə bb ə t inqilab kimidi: sakitc ə sürüb ged ə n h ə yat bir anda darmadağın olur. İ.S.Turgenev *** Rüzgar at ə ş üçün n ə ys ə , ayrılıq da m ə h ə bb ə t üçün odur. Kiçik bir eşqi, sevgini

GƏMİ KİMİ YORĞUNAM...

Gecəni söndür, yataq, Gəmi kimi yorğunam. Mətbəxdə damcılayan suyun səsini söndür, Küçədə gec qalmış avtobusu söndür. Damda vəhşi göyərçini yatdığı, Ac pişiyi onun üstünə atıldığı yerdə söndür... Kandardakı ayaqqabıları, Rəfdəki kitabları, kitablardakı qəhrəmanları, Qəhrəmanlıqları söndür. Ayaqlarını, sinəni söndür, Özünü söndür, yataq, Gəmi kimi yorğunam. Aq ş in Yenisey Bu şeiri ilk dəfə oxuyanda özümə gələ bilməmişdim.. Yorğunluğun bu dərəcədə gözəl ifadəsi... Bəlkə də həmin anda çox yorğun olmağımla əlaqədar idi, həm də fiziki yox, zehni, mənəvi yorğunluqdu mənimki... Nələrdənsə bezmək, nələrisə rədd etmək, nələrisə həyata keçirmək, qərarlar vermək, qərarlardan geri çəkilmək.. Birdi, ikidi beyəm.. İnsan nə qədər özünü itirib təzədən tapar.. Bu axtarışlar özü nə qədər yorucu, incidicidi.. İndinin indisində də azca yorulan kimi dilimin altında ancaq bu sözü mızıldanıram .."Gecəni söndür yataq, gəmi kimi yorğunam.." - Hərçənd gecə mənimçün

BU DA 24... =)

Image
İllərin necə ötdüyünü soruşsaz inanın ki, hec cür cavab tapa bilmərəm.. Bu necə sürət, bu necə qaçış!? Saya bilmirəm artıq.. Artıq ikinci 12 illik, və mənim dünyaya gəldiyim ilin ikinci tsikli.Yaş üstünə yaş gəlir amma sən hələ də özünü hansısa müəyyən bir yaşda hiss edirsən... Saçında ilk ağ tel.. Üzüdə, alnında ilk qırış.. Qəlbdəki xoş narahatlıqların üstündən görünməz "hissizlik" pərdəsi çəkib onları hiss etməmək.. Əşşi nə bilim nə böyüklüyündə siyahı.... Bilmirəm nə üçünsə məhz bu yaş mənə artıq "böyümüsən" siqnalını verir.. Bəs içimdəki o balaca qızcığaz? Odamı böyüdü!? Yox məncə, yox... o heç vaxt böyüməyəcəy deyəsən.. O həmişə 19 yaşında qalacağ :) Nə üçün məhz 19 olduğunu da bilmirəm düzü.. Keçdi 23... Gəldi 24.. 2+4=6 deməli mənim 6 yaşım var.. Deməli mən bu il hələ məktəbin birinci sinfinə gedəcəyəm.. Sadəcə bü məktəb həyat məktəbi olacaq.. Və elə ona görə də həyat mənə böyüdüyümə dair xəbərdarlıq verirmiş... :) maraqlıdı... Adətən insan tort ü

"ÖLMÜŞ" KİTABLAR...

Image
Hərdən özümə acığım tutur... İllərimi boş-boşuna xərcləyib, mənasız, kolkozdan, sovxozdan danışan kitbalara sərf eləmişəm, və buna görə özüm-özümü çox qınıyıram. Dünya ədəbiyyatıyla 3 il əvvəl yaxından tanış olmağa başlasam da, bu il, yox :) keçən il, yəni 2011-də onu dərk etdim, dərk etdikcə vuruldum və daha çox oxumağa başladım.. Xarici yazıçılarda olan mətnaltı ifadələr, əsərlərdəki fikir zənginliyi, ağır çəki, məna tamlığı, bəsit sözlərdən qaçan cümlələr bir kitabı oxuyub qutaran kimi digərinə keçməyə vadar edir insanı, özünə çəkir.. Kitabları təkcə alıb kitab rəfinə düzmək, onlara baxdıqca özündənrazılaşmaq, özünü göstərmək, ya da nə bilim, özünü "ağıllı" hiss etdirmək deyil məqsədim... Hər kitabın içində azı 10 cümləni 2 dəfə oxuyub mənasına dalmaq, dərk etməyə çalışıram.. Düşünürəm.. və yazıçının həmin ankı fikirlərini, o əsəri yazarkən nə hiss etdiklərini hiss eləmək istəyirəm.. Yazıçıların əksəriyyətinin məndən neçə-neçə çox illər öncə yaşayarkən indiki dövrə ai

DARIXMAQ... - RƏDD OL ARTIQ!

Heç n ə ed ə bilmir ə m! Ə limd ə n heç bir şey g ə lmir sözün ə sil m ə nasında.. Y ə ni yaşamağa m ə cbur olmadığının yaşatdırılması kimi bir şey... Darıxıram.. T ə kc ə "O" m ə hvumu üçün yox h ə m d ə ... H ə r şey üçün.. Yadımda qalmayan körp ə liyim d ə daxil, d ə c ə l uşaqlığımdan tutmuş, özümü "müasir" hesab el ə diyim yeniyetm ə liyimd ə n keçmiş, h ə l ə d ə başa düşm ə diyim g ə ncliyimin ilk ill ə ri üçün darıxıram.. M ə n dey ə s ə n el ə "m ə n" üçün d ə darıxıram.. Sakitlik üçün.. İlk h ə y ə canlarım üçün.. H ə rd ə n özüm ə sual verir ə m ki, bel ə mi tez qocaldım? Özümü 19 yaşında hiss edir ə m halbuki.. İll ə rd ə n d ə 2009.. Darixmaqların ə leyhin ə heç bir d ə rman tapmamışam.. Heç bir çar ə d ə fikirl ə şmir ə m.. "G ə l ə c ə k daha maraqlıdır" frazası m ə n ə gör ə deyil.. Dey ə s ə n heç ist ə diyim h ə yatı yaşamıram da. B ə lk ə də  bu ya anlıq hissdir, ya da "darıxmaq" sindromunun t ə siri

QONŞU BLOGLAR.. və ya MƏNİM AZAD ZONAM :)

Başqalarının bloglarına baxmağı sevirəm.. Yox bu "lyubabitstvo" deyil. :) Sadəcə insnaların fikirlərini, yaşam tərzlərini müşahidə eləmək maraqlıdı.. Çünki bu cəmiyyətdə nə qədər insan varsa, o qədər də insan fikirləri, fərqli psixologiyaları var. Hərdən realist, hərdən pessimist, hərdən dövlət əleyhinə, hərdən incə ruhlu bloggerləri tanıyırsan.. Tanımaq təkcə danışmaq, görüşmək demək deyil onsuzda, onların fikirlərini oxuduqca təsəvvüründə onların necə olduğunu, necə düşündüklərini və s. yaradırsan.. Mənim "FREE ZONE" haqqında isə çox az qismin xəbəri var (söhbət yaxınlardan gedir). Heç özümdə bilmirəm nəyə görə... İstəmirəm bəlkə də.. Hərdən Kafka kimi mən də fikirlərimi tökdüyüm yazılarımı gizlətmək istiyirəm.. Heç kəs görməsin, heç kəs bilməsin.. Amma sonra özümdən asılı olmayaraq bir də baxıram ki, kütlə içinə çıxarmışam.. Əslində mənə insanların fikirləri maraqlı deyil, yəni  heroqlifləri onların fikirlərini öyrənmək üçün düzmürəm ard-arda.. Hərdən özümdə

TEOMAN - "O"

Image
Bir dəfə blogların birində bloggerlərdən biri yazmışdı ki, Teomanın mahnılarındakı qadınları sevirəm.. Maraqlı cümlə idi, diqqətimi çəkmişdi.. Düzdü, mən "O" qadınları sevə bilmərəm.. Amma.. Amma düşünürəm ki, görəsən onların hansısa mən ola bilərəm.. İki gündü ancaq və ancaq bu mahnıya qulaq asıram... Bilmirəm.. Bilmirəm görəsən mahnıdakı "O" mənəm, yoxsa o... Bəlkə də heç birimiz... "Beni üzdüyü zamanlarda bile yokluğunu hiss etmek beni korkuturdu...."

KEÇMİŞDƏN BORC ALINMIŞ GÜLÜŞ...

İlk dəfə necə, nə zaman güldüyümü nəinki mən, heç kəs xatırlamır.. Amma ilk ağladığım günün dəqiq tarixini belə bilirəm, təkcə mən yox elə hamı. Həyatın "qanunu" deyək. Hərçənd ki, bu qanunu pozan və doğularkən ağlamayan körpələr də var. Düşünürəm ki, onları həyatı görəsən fərqli olur? Lakin insalar özləri böyüdükcə ağlamağı unudur, yadırğayır ..və "ağlaya bilimrəm" ifadəsi. Yəqin ki çox adama yad deyil. Ya da tam əksi.. Bəzənsə güluşləri oğurlanır... Bircə təbəssümə həsrət.. Süni olmayan, ilıq təbəssümə.. həyat oğurlayır üzündən gülüşünü, ya da gözlərindən. Elə ən pisi də gözlərdən oğurlanan gülüş deyilmi!? Üzdə yalançı gülüşə nə var ki.. Gələcəyə qaçmıram heç.. Artıq orda nə baş verəcək, nə olacaq mənə maraqlı gəlmir.. bəlkə də keçmişlərdə ona görə "keçən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim" deyilib.. Keçmişdən borc aldığım gülüşü nümayiş etməkdənsə, keçmiş günlərimi təkrar yaşamaq nə gözəl olardi.. İnsan həqiqətən, həqiqətən, və