GƏMİ KİMİ YORĞUNAM...


Gecəni söndür, yataq,
Gəmi kimi yorğunam.
Mətbəxdə damcılayan suyun səsini söndür,
Küçədə gec qalmış avtobusu söndür.
Damda vəhşi göyərçini yatdığı,
Ac pişiyi onun üstünə atıldığı yerdə söndür...
Kandardakı ayaqqabıları,
Rəfdəki kitabları, kitablardakı qəhrəmanları,
Qəhrəmanlıqları söndür.
Ayaqlarını, sinəni söndür,
Özünü söndür, yataq,
Gəmi kimi yorğunam.

Aqşin Yenisey

Bu şeiri ilk dəfə oxuyanda özümə gələ bilməmişdim.. Yorğunluğun bu dərəcədə gözəl ifadəsi... Bəlkə də həmin anda çox yorğun olmağımla əlaqədar idi, həm də fiziki yox, zehni, mənəvi yorğunluqdu mənimki... Nələrdənsə bezmək, nələrisə rədd etmək, nələrisə həyata keçirmək, qərarlar vermək, qərarlardan geri çəkilmək.. Birdi, ikidi beyəm.. İnsan nə qədər özünü itirib təzədən tapar.. Bu axtarışlar özü nə qədər yorucu, incidicidi.. İndinin indisində də azca yorulan kimi dilimin altında ancaq bu sözü mızıldanıram .."Gecəni söndür yataq, gəmi kimi yorğunam.." - Hərçənd gecə mənimçün hec sönmür, yerinə yalnız gəmi kimi yorğunluq qalır...

Comments

  1. Yorğunluq buna deyirlər deyəsən...

    Elə bil düşünmək heçnə vermir,
    Dünən güldüylərivə bu gün təəccüblü baxırsan.
    Biganəlik ağuşuna alır səni,
    Yorğunluq buna deyirlər deyəsən.

    Sevgi rəqsiylə vəsf edə bilmir,
    Dostluq cəlbedici görsənmir saçaqlı paltarıyla.
    Ölüm hücuma keçir atəşkəsiylə,
    Yorğunluq buna deyirlər deyəsən.

    Hamı bir qab içində, hamı eyni geyimdə,
    Hamı arxa plana atılır var güclə.
    Harda olduqları da, maraq kəsb etmir,
    Yorğunluq buna deyirlər deyəsən

    buda mənim şeirimdi qiymətləndirərsən :)

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)