Posts

Showing posts from June, 2011

AĞ GÖYƏRÇİN KİMİ...

Image
Xeyal qurmaq ne qeder asandi... Gozunu yumursan ve hemin anda olmaq istediyin yerdesen.. wagirdsense telebesen, telebesense ixtisasin uzre mutexessis, belke valideynsen, ya ag gelinlikdesen, ya da xeyalinda ag infiniti surursen, ne bilim ve saire.. ve saire.. ne coxdu xeyallar.. arzular.. Gozunu acdigin zamansa xeyallardan tam ferqli bir dunya, real heyatin seninle oynadigi surpriz oyunlar, olmaq istediyinden ferqli oluwuna bes ne demeli!? Bezen arzularina, xeyallarina o qeder inanirsan ki, reallawmagini o qeder isteyirsen ki ozunu oldugundan ferqli prizmada, mehz gormek istediyin yerde olduguna inandirirsan.. bes neticeler? onlardami insanlarin isteyine uygun reqs edir? onlarin ritmi axi insanin caldigi ile eyni olmadi hec vaxt.. Amma belke de her wey cox sade idi.. Xeyal qurmaqdan da sade.. Bir hedef idi secilmiwdi. Meqsedli idi, eziyyetli idi, belke de zamani idi.. O zaman ki onu daha bir zamana calawdirmaqla omurden bir ili bir gun kimi kecirmek ucun idi her wey. Belke de muveqqeti

MY AZERBAIJAN by the foreign

Image
IMTAHAN GÜNÜ YAXINLAŞDIQCA HƏYƏCAN DAHA DA YAXINLAŞIR RUHUMA....

SƏN MƏNİM İYUNUMDA...

Mənim sənli yayım.. Hər fəslimdə, ilimin hər aylarında həyatımdasan.. Məndəsən, mənimləsən.. Qışda hərarətinlə qızdırdığın əllərim, istilərdə sevginin gətirdiyi rahatlığın sərinliyi ilə həyata daha çox sarılır.. Daha çox sevgidən yapışır, bəlkə də iki, və səndən borc aldığım daha iki, dörd əllə yapışır.. bərk bərk.. Təki sən olasan.. Gözümü yumub açaraq başa vurmağı vəhçicəsinə arzuladığım o bir ilin gətirəcəyi bütün sevgi oyunlarına özümü hazır etmək.. Uzaqlaşmaq MƏNDƏN.. Yaxınlaşmaq SƏNƏ.. SƏN olmaq, ruhuna köçəmək və orada yuva qurmaq.. Sənsiz keçirdiyim yay fəsilləri.. Bu sonuncusumudu görəsən!? ..sənin ətrin çəkiləcək Bakıdan.. Yanvarda da, elə gələn ilin İyununda da.. bir ilə sığacaq bütün günlərdə külək sovurub aparacaq MƏN dadında SƏN ətrini... STOP!!! Replay - ...və səndən borc aldığım daha iki, dörd əllə yapışır.. bərk bərk.. Təki sən olasan.. Nələr düşünür beynim.. 21-cini yaşadığını fikirləşdikcə, öz 21-mə qayıdıram.. səninsə 19-nu.. Qaçaqmı keçmişə? İstərdinmi.. qeyri real

ÇƏRPƏLƏNG UÇURAN...

Image
"Sənin üçün min yol!"    Bu kitabı birinci dəfə bloggerlərdən birinin blogunda görmüşdüm. Maraqlı fikirlər yazmışdı kitab haqqında, digər bir saytda da isə yükləmək üçün əsərin elektron versiyasın yerləşdirilmişdi. Kitabı yüklədim amma heç vaxtım olmadı oxumağa.. (yüklədiyim digər elektron kitabları oxumadığım kimi) ..amma bu gün mənə nəhayət ki, təsir edən kitabın, mənim düşüncələrimi özünə cəlb edən əsərin şəxsi kitabxanamda olması məni sevindirir.. Olduqca maraqlı.. Olduqca dərin.. Olduqca sadə.. ÇƏRPƏLƏNG UÇURAN.. (The Kite Runner) P.S. Bu əsərin kinosu da maraqlıdı, əsəri oxuduqdan dərhal sonra mənim istəyimlə kinonu da tapdı mənimçün. Buna görə Ona xüsusi təşəkkür :)