SƏN MƏNİM İYUNUMDA...

Mənim sənli yayım.. Hər fəslimdə, ilimin hər aylarında həyatımdasan.. Məndəsən, mənimləsən.. Qışda hərarətinlə qızdırdığın əllərim, istilərdə sevginin gətirdiyi rahatlığın sərinliyi ilə həyata daha çox sarılır.. Daha çox sevgidən yapışır, bəlkə də iki, və səndən borc aldığım daha iki, dörd əllə yapışır.. bərk bərk.. Təki sən olasan.. Gözümü yumub açaraq başa vurmağı vəhçicəsinə arzuladığım o bir ilin gətirəcəyi bütün sevgi oyunlarına özümü hazır etmək.. Uzaqlaşmaq MƏNDƏN.. Yaxınlaşmaq SƏNƏ.. SƏN olmaq, ruhuna köçəmək və orada yuva qurmaq.. Sənsiz keçirdiyim yay fəsilləri.. Bu sonuncusumudu görəsən!? ..sənin ətrin çəkiləcək Bakıdan.. Yanvarda da, elə gələn ilin İyununda da.. bir ilə sığacaq bütün günlərdə külək sovurub aparacaq MƏN dadında SƏN ətrini...

STOP!!!

Replay - ...və səndən borc aldığım daha iki, dörd əllə yapışır.. bərk bərk.. Təki sən olasan.. Nələr düşünür beynim.. 21-cini yaşadığını fikirləşdikcə, öz 21-mə qayıdıram.. səninsə 19-nu.. Qaçaqmı keçmişə? İstərdinmi.. qeyri real.... Gələcəyə baxmaq.. Nəfəsimizi dərmədən arzuladığımız günlər.. Hisslər.. Daha nələr.. nələr.. Dinlə:

Gəl açaq qanad,
Gəl uçaq göyə,
Gəl qoşul mənə,
Gəl qoşul qaçaq...

Hisslərimi ifadə edə bilməyəcək qədər acizəm.. Səni sənə danışa bilməyəcək qədər cahiləm.. Səninlə olarkən sənsizlikdən diksinən qorxağam.. Dinlə:

Sən yaşa, Mən yazım
Mən yaşamasam da olar, Mən razı...

Tək cümlə, iki kəlmə YAZIRAM..

Səni sevirəm....

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)