Posts

Showing posts from October, 2014

1-13-31 ok t ya br

Image
Bəli..  sonunu həvəslə gözlədiyim, təqvimimdən məmnuniyyətlə çıxarmaq istədiyim, varlığını imtina eləsəm də yaşamağa məcbur olduğum "çətirsiz oktyabr"..  hər şeyin sonu olduğu kimi sənin də 2014 üçün sonun gəldi.. bir zamanlar ən xoş günlərimin boxçası olan oktyabr.. ..indi özüm yumaq olub, bükülüb gizlənirəm hər günündə. Səni necə yola salıram!? Bağışlayacaqsan amma heç vaxt məndən səni yola salmaq üçün yollarına qırmızı xalı sərəcəyimi gözləmə!  Sənə "çətirsiz" desəm də, anamın zoğalı rəngli çətiri var məndə.. Qızdırmayla mübarizə üçünsə zoğallı çayım. Gedə getdə belə mənə edəcəyini etdin sən! Amma sən gedəcəksən, Mən sağalacağam! İndi isə bəsdi incitdiyin ..di çıx get, nəfəs alım bir az :)

UP..

Image
Mənim kinolara, animasiyalara olan həvəsim kitaba olan qədər deyil. Kitabqurdu dostlarıma, onların kitabla bərabər kinoya olan həvəslərinə baxanda ruslar demiş "белое зависть" yaranır içimdə :) Amma özümü məcbur edə bilmərəm ki onlara bənzəyim. Fikrimcə insan olduğu kimi, hiss etdiyi kimi qalanda təbii olur. Ona görə mənə də onlara, kinoya olan maraqlarına həvəslə baxıb, zövq almaq qalır.  Özüm isə bu dəfə personajlarını çox bəyəndiyim, 2009-cu ilin məhsulu olan "Up" animasiyasından danışmaq istəyirəm.  <<< Bu şəkil keçənlərdə qarşıma çıxmışdı və ilk ağlıma gələn elə "Up" animasiyası olmuşdu. Və neçə müddətdir ki, baxmaq istədiyim filmə bu şəkil təkan oldu deyəsən. Nəhaytə ki, eynəyimi taxıb baxdım. :)  Filmin ilk 10-15 dəqiqəsinə baxanda, əslində hisslərimi cilovlaya bilmirdim. Axı.... Bilmirəm nə üçünsə özümü Ellie-ə bənzətdim. Gələcəkdə mənim Carlımla mən də eyni həyat yaşayacağammış kimimə gəldi :) Amma bir məsələ var ki, bizim &qu

İNDİGO...

Soyuqdu.. Təkcə saatların irəli çəkildiyi,  hava praqnozunun soyuq olacağı xəbərdarlığını verdiyi bu gecənin yağışına görə yox.. Təkcə adyalım nazik olduğu üçün də üşümür ayaqlarım. Soyuqdu amma.. İndigo rəngli nazik adyala bürünüb üşüyür xatirələrim.. Görüşlərim, Öpüşlərim, Nəfəsim üşüyür.. Yoxsan. Əlimi uzatsam tutacağını bilirəm, Uzatmaram. Donar yenə əllərim. Sevginin qəzəbi bürüyər gözlərini Baxışların dondurar bəlkə də gələcəyimi.. Sənsizlik ağır deyil Xatirələr ağır gəlir İndigo rəngli adyala bürünüb üşüyür  ağır xatirələrim.. Yersiz cümlələr qururam, Bilirsən, yenə yuxularım ərşə çəkilib. Bəlkə də ondandır. Ya da qulaqcıqdan ürəyimə axan "İndigo" rəngli musiqidir və eyni tonda adyala bürünüb üzür sənli xatirələrim.. Bitməsin istəyirəm bu notlar.. Bu "yersiz" adı qoyduğum, Özüm kimi yetim, Sənsiz cümlələr.. Utanıram, gəl, cümlələrimi yerinə qoy deməyə. Və.. Və indigo rəngli adyala bürünüb utanır xat

..deyiləm

..ağıllı deyiləm ..yalançı deyiləm ..savadsız deyiləm ..arxayın deyiləm ..sakit deyiləm ..kinli deyiləm ..unutqan deyiləm ..paxıl deyiləm ..yaltaq deyiləm ..davakar deyiləm ..zövqsüz deyiləm ..ikiüzlü deyiləm ..məlum deyiləm ..incə deyiləm ..sevgisiz deyiləm ..sosial deyiləm ..şirindil deyiləm ..adamayovuşan deyiləm ..rahat deyiləm ..razı deyiləm ..gözəl deyiləm ..XOŞ.... deyiləm ..deyiləm ..deyiləm! Əl çəkin! 

SƏNSİZLİYİN SİNONİMİ...

Image
Anama... Sənsizliyin nə olduğunu sətirlərə tökmək üçün mənə güc, çətin günlərin ard-arda düzüldüyü təqvim xatirələri və sənin mənə baxan bir cüt gözlərini əks etdirən şəklin bəsdi... Sənsizlik, Anasızlığın sinonimidi... Anasızlıq isə qapını açıb boş evə girmək, işıqları sənsiz bir bir yandırmaq, səhər tezdən yemək hazır eləmək, gedərkən qoyduqlarını axşam olduğu kimi qarşılamaqdır. Bunlar hamısı anasızlıqdır, Anasızlıq sənsizliyin sinonimidi.. Xəstə olanda özün-özünə əriştə kəsməkdi, Sığalsız, qucaqsız, adını sayıqladığım qızdırmalı günlərdi.. Sənsizlik səni yuxuda görən hər kəsə paxllıq Anasından danışan hər kəsə qibtə Sənə bənzəyən qadınlara heyranlıqdı... Sənsizlik oktyabra nifrət, Sənli keçən günlərin həsrətidir. Sənsizlik çətindir... Həyatdan qorxmaqdı sənsizlik İnadkar olmaq, güclü olmaq daha çox gülməkdir... -sız -siz şəkilçisinin daşıyıcısı olmaq Sənsizliyə bürünüb susmaqdı. Vağzalıdan diksinmək Adın keçən hər şeiri sənə həsr et

QARANLIQ...

Image

ARXİVLƏRİM(İZ)...

Image
Deməli bəzən olur ki, blogun arxivində, komputerimin arxivində, qeydiyyatda olduğum sosial şəbəkələrdəki profillərimin və səhifəmin arxivində, şəkillərimin arxivində, kravatımın altında gizlətdiyim özümçün düzəltdiyim keçmiş günlərimdən yadigar  bir-iki para əşyalarımı saxladığım qutu arxivimdə, dərsliklərimin arxivində, əl yazmalarımın, gündəliyimin arxivində gəzişirəm.. Maraqlı olur.

LOST IN SEA...

Image
Payız gəldi, qərib oldu dəniz...  

LOST IN TURKAN...

Image
with photos, without any words... when I lost in loneliness inside,  far from home...

AYAQÜSTÜ...

Image
İşə rahat gedirəm. Rahat dediyim oturduğum kimi, formamı dəyişmədən. Həmişə eyni oturacağda, sağ tərəfdə, pəncərənin yanında otururam və heç tərpənmirəm. Fikirlərdən ayılanda bir də baxıram ki, təzə bəy hamamını fırlanır avtobus və dayanacağa çatıram. İşdən rahat gəlmirəm.. pilləkənlərdən aşağı düşdükcə ürəyim sıxılır. Küçəyə çıxıb bir metrodan çıxan tələsik insanlara, bir də başımı qaldırıb səmadakı buludlara baxıram. Boğazımı qəhər incidir hər dəfəsində, uduram... Bu gün də, dünən hiss elədiyim boşluğu hiss elədim. Məni bu anda heç yerdə heç kəs gözləmir düşüncəsi. İflic kimiyəm. Bəlkə də elə deyil? Ruhum ağrıyır. Çarə nədi? Düşürəm kitab mağazasına. Çantam ağırlıq eliyir çiynimə. Hansı kitabı alacağımı hələ dəqiq bilmirəm. Yolboyu düşünmürəm də. Çatıram. Girirəm içəri. Girişdə məni siqnal səsi qarşılayır biubiu. Çantamdakı kitabda barkod qalıb gərəy çıxardım yoxsa bütün mağazalar biubiu ilə qarşılayacaq məni, çantamı axtaracaqlar. İçəri keçmirəm satıcıya baxıram. Oğlan əli ilə

XATİRƏLƏR ÜÇÜN TƏŞƏKKÜRLƏR... SESİLİA AHERN

Image
BAŞLAYANDA... Sentyabr gələndən təkcə müasir yazarların əsərlərini oxumuşam. Bura hər növ əsərlər daxildir, tutmuş dedektivindən qurtarmış Qarabağ müharibələrinə kimi. Və sentyabrın son, oktyabrın ilk kitabı olan "Xatirələr üçün təşəkkürlər".. Sesilia Ahernin "P.S. Mən səni sevirəm" əsərini yəqin ki hamımız tanıyırıq. Amma mən o əsəri oxumamışam və oxumayacağam da, çünki kinosuna baxmışam. Kinosuna da baxdığım əsərləri sonradan oxuya bilmirəm, məndə əksi alınır. Kitab oxu, sonra kinoya bax. Nə isə.. Sözüm onda deyil.. HİSSLƏRİMƏ TOXUNDU... "Xatirələr üçün təşəkkürlər"-i bir az ağır əsərlərə keçmək üçün keçid məqsədi ilə oxudum. Son zamanlar özümdən təzə xasiyyət çıxartmışam, kitabları oxuyub qurtarandan sonra ağlamaq :D gülməyin mənə.. Çünki yenə ağladım. Anama bənzəyirəm deyəsən gözüsululuqda yavaş-yavaş. Amma özümü qınamıram.. Oxuduğum son iki əsərdə də, qızlar analarını itirir...   Hələ bu əsərdə altını karandaşladığım, o qədər cümlələr

ÇƏTİRSİZ OKTYABR ©

Image
- Dünən gecə saat 00:00 göstərib sentyabr oktyabra keçid alanda ürəyim sıxıldı. Oktyabrı heç sevmirəm. Məlum.. mənə elə gəlir ki, son iki ildə ancaq məni incidib, ancaq mənnən alıb o ay. Yəni bir deşik olsa oktyabrda o deşiyə girib çıxmaram 1nən 31nə kimi. İşdə sənədləri yazanda oktyabrı qeyd eləməy, tlfnu açanda hər dəfə 1, 5, 17 october 2014 yazısını görməy ürəyimi incidir, qırılır elə bil nəsə. Məninən olsa bütün bu ayı mənə göstərən hər şeyi bir qırağa tullayıb heç xatırlamaram. Ya da nə bilim sentyabrdan noyabra birbaşa keçən bir kalendar hazırlıyaram, özümçün. Amma sonra adam kənardan baxanda görür ki, yox heç də elə deyil. Ağrıyan, incinən tək qanadlı qalan təkcə özün deyilsən. Bu gün sənin nə hiss elədiyini yaxşı başa düşürəm. Bəlkə tam bilmirəm amma 100% başa düşürəm... Həyatdan bir parça...