UP..

Mənim kinolara, animasiyalara olan həvəsim kitaba olan qədər deyil. Kitabqurdu dostlarıma, onların kitabla bərabər kinoya olan həvəslərinə baxanda ruslar demiş "белое зависть" yaranır içimdə :) Amma özümü məcbur edə bilmərəm ki onlara bənzəyim. Fikrimcə insan olduğu kimi, hiss etdiyi kimi qalanda təbii olur. Ona görə mənə də onlara, kinoya olan maraqlarına həvəslə baxıb, zövq almaq qalır.

 Özüm isə bu dəfə personajlarını çox bəyəndiyim, 2009-cu ilin məhsulu olan "Up" animasiyasından danışmaq istəyirəm.
 <<< Bu şəkil keçənlərdə qarşıma çıxmışdı və ilk ağlıma gələn elə "Up" animasiyası olmuşdu. Və neçə müddətdir ki, baxmaq istədiyim filmə bu şəkil təkan oldu deyəsən. Nəhaytə ki, eynəyimi taxıb baxdım. :) 
Filmin ilk 10-15 dəqiqəsinə baxanda, əslində hisslərimi cilovlaya bilmirdim. Axı....
Bilmirəm nə üçünsə özümü Ellie-ə bənzətdim. Gələcəkdə mənim Carlımla mən də eyni həyat yaşayacağammış kimimə gəldi :) Amma bir məsələ var ki, bizim "Adventure book"-umuz
təkcə Bakı ilə əlaqəli olmayacaq. Ya da mənim Carlım biz qocalandan sonra, məni itirəndən sonra evimizi belinə alıb getməyəcək indidən siyahısını tutduğumuz o ölkələrə :) Çamadanımızı yığıb birlikdə gedəcəyik.. Kitabımızın vərəqlərinə birlikdə yapışdıracağıq şəkillərimizi.
Təkcə macəra həvəsimizin ortaq olması ilə deyil, bir çox başqa məsələlərdə də Elliedə özümü tapdım...

                                                      




Məncə ən fantastik və nağılvari kinolar, cizgi filmləri belə əsl həyatdan götürülür hər zaman. Ola bilər yalnızca bir səhnə, bir epizod.. Amma bu özü belə bəs edir. Bu cür sevgi dolu həyat axı təkcə cizgi filmlərində olmur. Əlimizdə deyilmi? İtki isə sadəcə qaçılmaz həqiqətdən başqa bir şey deyil. Və o zamanın gəlib çatmasına qədər "Adventure book"-a olduqca çox, maraqlı və birlikdə olan ən gözəl günlərin şəkillərini yerləşdirmək lazımdır. Kim bilir, bəlkə mənim də, bizim də bir gün elə bir kitabımız oldu. Ya balkə də artıq var? ;)

Filmdə mənə ən təsir edən isə Carlın evi sonuna kimi belində daşıması oldu. Yəni Ellie-nin yoxluğunu o hər zaman beləcə kürəyində daşıyacaq, ikisinin arzularını onun yoxluğunda belə varmış kimi reallaşdırmağa çalışacaq. Çox səhnələri mənə çox şeydən bəhs etdi. Sevdim bu animasiyanı da :)


Comments

  1. Tezliklə "Sərgüzəşt kitabınızın" şəkillərini İnstagramda görmək ümidi ilə :)

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)