İNDİGO...

Soyuqdu..
Təkcə saatların irəli çəkildiyi, 
hava praqnozunun soyuq olacağı xəbərdarlığını verdiyi bu gecənin yağışına görə yox..
Təkcə adyalım nazik olduğu üçün də üşümür ayaqlarım.
Soyuqdu amma..
İndigo rəngli nazik adyala bürünüb üşüyür xatirələrim..
Görüşlərim,
Öpüşlərim,
Nəfəsim üşüyür..
Yoxsan.
Əlimi uzatsam tutacağını bilirəm,
Uzatmaram.
Donar yenə əllərim.
Sevginin qəzəbi bürüyər gözlərini
Baxışların dondurar bəlkə də gələcəyimi..
Sənsizlik ağır deyil
Xatirələr ağır gəlir
İndigo rəngli adyala bürünüb üşüyür 
ağır xatirələrim..
Yersiz cümlələr qururam,
Bilirsən, yenə yuxularım ərşə çəkilib.
Bəlkə də ondandır.
Ya da qulaqcıqdan ürəyimə axan "İndigo" rəngli musiqidir
və eyni tonda adyala bürünüb üzür sənli xatirələrim..
Bitməsin istəyirəm bu notlar..
Bu "yersiz" adı qoyduğum,
Özüm kimi yetim,
Sənsiz cümlələr..
Utanıram, gəl, cümlələrimi yerinə qoy deməyə.
Və..
Və indigo rəngli adyala bürünüb utanır xatirələrim..
Getmə..
Yorğunam, gözüm yumulur.
Getmə,
Sənsizliyin adı yox, özü yorur..
Ya da, ya da özün bilərsən.. 
Sadəcə qaytar saflığımı.
Nəfəsimin istiliyini,
Görüşlərimi,
Öpüşlərimi.
Sonra da götür apar özünlə indigo rəngli adyala bürünmüş üşüyən xatirələrimi...


P.S. bu, fikirlə yox yuxuyla yazdığım və nə üçün yazdığımı bilmədiyim cızma qaranı dayanmadan dinlədiyim "İndigo guitar"a borcluyam.. bir də bürünüb yatdığım indigo rəngli adyalıma :) 
..və bir də. . .

Comments

  1. İllər sonra bu yazıya qayıtmaq və unutduğum bu musiqini dinləmək, əslində yazını kimin üçün, nə üçün və hətta hansı hisslərlə yazdığımı xatırlamaq. və eyni zamanda o evdən, o yerdən, olduğum mövqedən nə qədər uzaqda olduğumu hiss eləmək və bunun fərqində olmaq gözəl duyğudur. Yaşadığım heç bir şey üçün peşman olmadığımı anlamaq, və hər gündən, hər hadisədən dərs çıxarmağım, həyatıma rəng qatmağım.. həm də indigo rəngi. :)

    Xatirələr üçün təşəkkürlər :)

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)