- Dünən gecə saat 00:00 göstərib sentyabr
oktyabra keçid alanda ürəyim sıxıldı. Oktyabrı heç sevmirəm. Məlum.. mənə elə
gəlir ki, son iki ildə ancaq məni incidib, ancaq mənnən alıb o ay. Yəni bir
deşik olsa oktyabrda o deşiyə girib çıxmaram 1nən 31nə kimi. İşdə sənədləri
yazanda oktyabrı qeyd eləməy, tlfnu açanda hər dəfə 1, 5, 17 october 2014
yazısını görməy ürəyimi incidir, qırılır elə bil nəsə. Məninən olsa bütün bu
ayı mənə göstərən hər şeyi bir qırağa tullayıb heç xatırlamaram. Ya da nə bilim
sentyabrdan noyabra birbaşa keçən bir kalendar hazırlıyaram, özümçün.
Amma sonra adam kənardan baxanda görür ki, yox
heç də elə deyil. Ağrıyan, incinən tək qanadlı qalan təkcə özün deyilsən. Bu
gün sənin nə hiss elədiyini yaxşı başa düşürəm. Bəlkə tam bilmirəm amma 100% başa
düşürəm...
Həyatdan bir parça...
Comments
Post a Comment