SƏNSİZLİYİN SİNONİMİ...







Anama...










Sənsizliyin nə olduğunu sətirlərə tökmək üçün
mənə güc,
çətin günlərin ard-arda düzüldüyü təqvim xatirələri
və sənin mənə baxan bir cüt gözlərini
əks etdirən şəklin bəsdi...
Sənsizlik,
Anasızlığın sinonimidi...
Anasızlıq isə qapını açıb boş evə girmək,
işıqları sənsiz bir bir yandırmaq,
səhər tezdən yemək hazır eləmək,
gedərkən qoyduqlarını axşam
olduğu kimi qarşılamaqdır.
Bunlar hamısı anasızlıqdır,
Anasızlıq sənsizliyin sinonimidi..
Xəstə olanda özün-özünə əriştə kəsməkdi,
Sığalsız, qucaqsız, adını sayıqladığım
qızdırmalı günlərdi..
Sənsizlik səni yuxuda görən
hər kəsə paxllıq
Anasından danışan hər kəsə qibtə
Sənə bənzəyən qadınlara heyranlıqdı...
Sənsizlik oktyabra nifrət,
Sənli keçən günlərin həsrətidir.
Sənsizlik çətindir...
Həyatdan qorxmaqdı sənsizlik
İnadkar olmaq, güclü olmaq
daha çox gülməkdir...
-sız -siz şəkilçisinin daşıyıcısı olmaq
Sənsizliyə bürünüb susmaqdı.
Vağzalıdan diksinmək
Adın keçən hər şeiri sənə həsr etməkdi.
Sənsizlik hər gündə,
xatırlandığın hər saniyədədi..
Sənsizlik "anana oxşayırsan"
sözünün həyəcanıdı..
Əllərini unutmamaq
Səsini xəyal etmək
Qoxunu paltarlarında saxlamaq
Yuxuda səninlə yaşamaqdır
Sənsizlik..
Başı dik olmaq
Sənə yaraşmağa çalışmaqdır.
Əslində sənsizlik hər yerə hopub...
Səninlə addım atdığım yollara
mağazalara
evin divarlarına
qazanına, tavana
bizi oturmağa qoymadığın pakrıvalına...
Səndən sonra hər gecə yanan
tək işıqla başladı sənsizlik
və bir ömür davam edəcək...
Çətindir...
Sənsizlik anasızlığın sinonimidir....

10.10.2014

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)