XATİRƏLƏR... XATİRƏLƏR... :)
İndiki şagirdlərdən xəbərim yoxdur, amma bizim məktəb illərimizdə 12-14 yaşımızdan etibarən xatirə dəftərləri tutmaq olduqca dəb idi. Bəzən çantamızda 2, hətta 3 xatirə dəftəri ilə evə gələrdik :) Xatirə dəftərini yazmaq böyük ritual idi bizim üçün. Xüsusi qələmlər, flomasterlər, "nakleykalar", Mahsun Kırmızıgülün, Özcan Denizin, Seda Sayanın, Sibel Canın, Muazzez Ersoyun, Ebru Gündeşin, Songül Karlının (sadəcə o illərdən adını və şəkillərini bilirəm, kim olduğu haqqında məlumatım yoxdu :D) böyük ölçülü və "nakleykalı" şəkilləri və s. və i. Qiymətini əzbər bilsək də, məktəbin həyətində balaca kardon qutu qoyub satan əmilərdən, xalalardan "Əmi/xala bu "nakleykalar" neçəyədir?" sualını soruşardıq. Çox vaxt pulumuz olmaz, sadəcə şəkillərə baxar, hansı təzə gəlib, hansından bizdə var məsələlərini müzakirə eliyib geri qaytarardıq. Sonra lavaş turşuları, alçaların dəb olmadığı, qalmur meyvə sayılmadığı vaxtlarda nubarlıq alçaları alardıq onlardan.....
Comments
Post a Comment