XATİRƏLƏR ÜÇÜN TƏŞƏKKÜRLƏR... SESİLİA AHERN

BAŞLAYANDA...
Sentyabr gələndən təkcə müasir yazarların əsərlərini oxumuşam. Bura hər növ əsərlər daxildir, tutmuş dedektivindən qurtarmış Qarabağ müharibələrinə kimi. Və sentyabrın son, oktyabrın ilk kitabı olan "Xatirələr üçün təşəkkürlər"..
Sesilia Ahernin "P.S. Mən səni sevirəm" əsərini yəqin ki hamımız tanıyırıq. Amma mən o əsəri oxumamışam və oxumayacağam da, çünki kinosuna baxmışam. Kinosuna da baxdığım əsərləri sonradan oxuya bilmirəm, məndə əksi alınır. Kitab oxu, sonra kinoya bax. Nə isə.. Sözüm onda deyil..

HİSSLƏRİMƏ TOXUNDU...
"Xatirələr üçün təşəkkürlər"-i bir az ağır əsərlərə keçmək üçün keçid məqsədi ilə oxudum. Son zamanlar özümdən təzə xasiyyət çıxartmışam, kitabları oxuyub qurtarandan sonra ağlamaq :D gülməyin mənə.. Çünki yenə ağladım. Anama bənzəyirəm deyəsən gözüsululuqda yavaş-yavaş. Amma özümü qınamıram.. Oxuduğum son iki əsərdə də, qızlar analarını itirir...
 
Hələ bu əsərdə altını karandaşladığım, o qədər cümlələr oldu ki.
Bacıma bizim də hiss etdiyimiz hissləri qələmə aldığını deyəndə "Deyəsən Sesilia kimisə yaxınını itirib, itginin hisslərini yaxşı yazır" - dedi mənə. Razılaşdım.

ƏSƏR HAQQINDA...
Əsərə gələndə, bir az qeyri real olsa da, öyrəşdiyim və bu öyrəncəliyi sevdiyim müsbət sonluqla qurtarır. Mən sevmirəm əsərlər kədərli, ölümlü itimli qurtaranda. Özümə gəlmirəm onda. 

Castin və Coysun qeyri real sevgi hekayəsi.. Bir onu bilirəm ki, insan dəyərlisini itiriəndə, o itki ilə özünü itirəndə, ətrafda kimi, nəyi itirəcəyi vecinə gəlmir. Ta ki özünü tapana qədər..
Coys bətnindəki körpəsini itirir. Bu onun ilk itkisi deyil çünki 23 yaşında, 10il əvvəl anasını da itirib... Sonra həyat yoldaşından ayrılıq qərarı.. və ona qanı qədər yaxın olan Castin..

MƏNƏ TƏSİRİ...
Xatirələr üçün təşəkkür... Görəsən bizə xatirələr bəxş eliyən neçə nəfərə "təşəkkür" eləmişik. Yoxsa hamısının dalınca deyinib, danışıb, bəzən gülümsünüb, bəzən söyüb (etriaf edək ki hamımıza belə xatirələr bəxş edən biriləri mütləq var) cəhənnəmə göndərmişik. Kinliyiksə kin saxlamışıq.. Hər dəfə qarğış tökmüşük. Hara qədər? Yaxşı ki mən kinli deyiləm :) Bu gün mənə xatirlərə bəxş edən körpəliyimdə tanıdığım ərəb əmi çağırdığım, atamın dostu olan o qarabəniz kişidən tutmuş, ta ki yaxınlarda mənə pis, yaxşı ömrümə iz buraxan hamıya təşəkkür edirəm. Axı mən öz kitabımı yazıram. Və həyatımdan gəlib keçənlərin bəziləri qalıb baş rola çevrilir, bəziləri isə epizodik olur. O epizodlara görə də təşəkkür edirəm.. Axı Hellokişi Şəbnəm həmişə deyir, təşəkkür etməyi bacarmalıyıq, təşəkkür etməliyik. :) Düzdü mən mənə xatirələr bəxş edən insanlara əsərdəki kimi bir səbət maffin göndərib səbətə "təşəkkür edirəm" yazılı məktub qoymaq fikrində deyiləm. Amma hər bir halda.. 

P.S. bu gün mənim üçün çox ağır gün olub... Nəinki bu gün, məlum bütün oktyabr olacaq. Amma bu gün....  Xatirələrimə özümlə bağlı daha bir abzas artırdım. Çətindir, təsəvvür edə bilməyəcəyiniz qədər çətin...


KARANDAŞLADIĞIM CÜMLƏLƏR...
p.s. sevdiyim cümlələri kursivlə qeyd edəcəyəm.
 
**
Castin dayanır. Gözlərini ona zilləmiş
cavan sifətlərə baxır. Onların beyni dolmağı gözləyən boş kasadır.

**
- Mənim 18 yaşım var. Daha uşaq deyiləm. İki ilevimdən uzaqda tək yaşamışam.
- Bir il. Anan ikinci il məni tərk edib yanına gəldi. Yadında deyil?
- Siz də bu yaşda tanış olmusunuz.
- Və biz ömrümüzün sonuna qədər xoşbəxt yaşamadıq. Bizi yamıslama. Sən öz nağılını yaz.

**
İnsanlar illər keçsə də, oyunlar oynamaqdan, başqalarının paltarlarını geyinməkdən yorulmurlar. Biz böyüdükcə yalanlarımız daha nəcib, daha eleqant olur. 

**
Nə çox, nə az. Heç bir şeydən asılığım yoxdur. Nə çox üzlü, nə çox utancağam. Baxır əhvalıma. baxır hadisəyə. Nəticə əldə etmək üçün dəridən-qabıqdan çıxmıram. Gördüyüm işlərdən zövq almağa çalışıram. Nadir hallarda darıxır və ağlayıb-sızlayıram. İçəndə keflənirəm, ancaq heç vaxt açarımı itirmirəm, ya da xəstə olmuram. İşimdən xoşum gəlir, amma sevmirəm. Qəşəngəm. Nə çox cazibədar, nə də çox eybəcərəm. Həyatdan çox şey gözləmədiyim üçün heç vaxt məyus olmuram. Təəccüblü şeylər görəndə nə həddən artıq həyəcanlanıram, nə də laqeyid qalıram. Sadəcə təəccüblənirəm. Pis adam deyiləm. Qeyri-adi də deyiləm. ancaq arada xüsusi ola bilirəm. Güzgüyə baxanda orta statistik adam görürəm. O, bir az yorulub, bir az kədərlidir. Ancaq tamamilə düşkün deyil. (bu abzası müəllif mənə aid edib :D)

**
Mən sabun köpüklərini tutmağa çalışan balaca qız kimi əllərimi havaya qaldırıb saniyələri və dəqiqələri tutmaq, zamanı dayandırmaq istəyirdim. İnsan zamandan yapışa bilməz!

**
Əslində biz boş-boş işlər görürük. Yalandan vacib işlər siyahısı təşkil edib özümüzü olduğumuzdan daha önəmli hiss etməyə çalışırq (bu sözləri bloguma yazanda dejavu yaşadım O.o)

**
Çünki indi başlasam, bir də heç vaxt dayana bilməyəcəyəm...

**
Qəribədir. Adətən başına faciəvi hadisələr gəlmiş adamlar digərlərinin özünü rahat hiss etməsi üçün çalışır. Amma əksinə olmalıdır. 

**
Vacib adam olmaq yaxşıdır, Qreysi. Yaxşı adam olmaq isə vacibdir.

**
- Anamdan ötrü darıxırsan?
- On il keçib, quzum.
Bu söz məni qıcıqlandırır. Qollarımı çarpazlayıb, əsəbdən partlayıram. Atam mənə yaxınlaşır.
- Hər gün əvvəlki gündən daha çox darıxıram.

**
Bizim vaxtımızda heçkim baş verənləri yüz dəfə təhlil etmirdi. "Niyələr", "Necələr" və "Ona görələr" üzrə ixtisaslaşmış insanlar buraxan kolleclər yox idi. Quzum, bəzən bütün bu sözləri unudub yalnız "Təşəkkür edirəm" demək lazımdır.

**
Çətinliklərdən keçib sağ çıxmağı bacaran insan yeni həyata ürəkdən inananda ətrafdakılar onlara şübhə ilə baxır. Niyə? Çünki bu zaman insan daima suallara cavab axtarır və tapılan cavablar kömək edir... ..cavablar qayıqların altında və ya ağacların arasında gizlənmir. Cavablar düz yanımızda, gözümüzün qarşısında olur. Biz görmək istəməsək onları heç vaxt tapa bilməyəcəyik.

**
Sevgi nə tez nifrətlə əvəz olundu? Bir söz hər şeyi sildi. Sevgi və müharibə eyni özüldə dayanıb. Ən qaranlıq, ən qorxulu anlarımda bu cəsarət hardan gəlir? Ən zəif cəhətin nə vaxt gücə çevrilir və ən aşağılardan yüksəyə qalxırsan? Bu ziddiyyətlər həmsərhəddir. Bir tərəfdən o birinə keçmək üçün çox vaxt lazım deyil.

**
Ümidsizlik yad adamın təbəssümündən sevinclə əvəz oluna bilər, inam bir insanın gəlməsi ilə tərddüdə çevrilə bilər.

**
İki ziddiyyət arasında nazik pərdə olur. Bu şəffaf pərdə bizə təsəlli verir. Nifrət edirsən, lakin pərdənin o tayında sevgini görürsən. Özünü pis hiss edirsən, lakin xoşbəxtliyi görürsən. Tam sakitlikdən xaosa keçid bir göz qırpımında baş verir.

**
Bəlkə həddən artıq xəyalpərəstəm? Amma qızlar həmişə xəyal qura bilər...

**
..Oktyabr küləyi ora-bura əsib yaxınlıqdakı ağacların son yarpaqlarını qoparmağa çalışır. ..bu payız yarpaqlar da insanlar kimi getməyə hazır deyillər. Onlar dünəndən möhkəm yapışır. Rəng dəyişikliklərini idarə edə bilməsələr də, neçə fəsildir yuva qurduqları yerləri tərk etməzdən əvvəl mübarizə aparırlar. Bir yarpağın yerə düşməmişdən əvvəl rəqsinə baxıram. onu götürüb əlimdə fırladıram. Payız həvəskarı deyiləm. İdarəolunmaz təbiətlə mübarizədə yarpaqların uduzub solmasına baxmağı sevmirəm.

**
Cəmi bir həftədir ki, işə qayıtmışam, artıq tətilə ehtiyacım var...

**
Böyüdüyüm evi tərk edirəm. Bu dəfə tək deyiləm..  

SON

Comments

Post a Comment

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)