1-13-31 ok t ya br

Bəli.. 
sonunu həvəslə gözlədiyim, təqvimimdən məmnuniyyətlə çıxarmaq istədiyim, varlığını imtina eləsəm də yaşamağa məcbur olduğum "çətirsiz oktyabr".. 
hər şeyin sonu olduğu kimi sənin də 2014 üçün sonun gəldi..
bir zamanlar ən xoş günlərimin boxçası olan oktyabr..
..indi özüm yumaq olub, bükülüb gizlənirəm hər günündə.
Səni necə yola salıram!?
Bağışlayacaqsan amma heç vaxt məndən səni yola salmaq üçün yollarına qırmızı xalı sərəcəyimi gözləmə! 
Sənə "çətirsiz" desəm də, anamın zoğalı
rəngli çətiri var məndə..
Qızdırmayla mübarizə üçünsə zoğallı çayım. Gedə getdə belə mənə edəcəyini etdin sən!


Amma sən gedəcəksən,
Mən sağalacağam!
İndi isə bəsdi incitdiyin
..di çıx get, nəfəs alım bir az :)



Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)