Posts

Showing posts from September, 2011

"NƏFƏS YELLƏNCƏYİ" H.MÜLLER

Image
Keçənlərdə bir sayt tapdım, kko ( kitabı karandaşla oxuyanlar ). Bir qrup cavan oxuduqları kitablardan maraqlı cümlələri seçib yazır. Məndə kitablarımı karandaşla oxmağa başlayandan hiss edirdim ki, əslində onda insan əsəri daha dərindən dərk edir, çünki bəyəndiyin cümlənin altından xətt çəkmək, onu işarələmək üçün daha dərindən fikirləşməli və həmin cümləni ruhuna yaxın buraxmalısan.. Mən də özüm üçün, o qrupa daxil olmasam da kitabı karandaşla oxuduğuma gorə əsərdən bəyəndiyim cümlələri blogda yerləşdirməyi qərara aldım. :) ƏSƏRDƏN YADDA QALAN SƏTİRLƏR Herta Müller insanların həyatına öz damğasını vuran hadisələrdən danışır. Oskar Pastor və düşərgədən digər zərərçəkmişlərlə çoxsaylı görüşlərindən yetərli material toplamış və sonra bunları roman halına salmışdır. Beləliklə o, Avropa tarixinin hələ də tamamən qapalı qalmış bir səhifəsini cavan bir oğlanın kifayət qədər dərin individual həyat hekayəti ilə çatdıra və unudulmuş mənzərələrdə əks etdirə bilir. *** Bir çox insan d

BAKIDA PAYIZDIR...

Image
Tarixi təkrarlamaq qərarına gəldim, amma alınmadı. Sondakı iki rəqəmi mütləq dəyişməli oldum təqvimi yazarkən.. Bir gələn fəsilə baxdım bir də ətrafıma.. və Bakıda payızdır bu gündən.. Nə düşündümsə bu gün, qaldı hamısı narıncı günəşin doğan şəfəqləri ilə sabahı qarşılamasında. Bilirəm az sonra narıncı rəngi oğurlaycaq yarpaqlar günəsdən.. Çünki, Bakıda payızdır bu gündən.. Yağışlar.. Sevdiyim yağışları səsləyəcəyəm tez-tez.. Sarılıacağam leysanlara.. Qısqanacağam yağışı çətirsiz gəzən hamıya.. Amma yenə sevəcəyəm.. Bəlkə daha çox sevəcəyəm.. çünki daha başqadır Bakının yağışı da.. Səni düşünəcəyəm şəhərimin kimsəsiz küçələrində yağışla rəqs edərkən.. ola bilər yağış yoxdu, amma Bakıda payızdır bu gündən.. Gücüm çatmayacaq səni qaytamağa.. Sənsiz keçəcək bu fəsil də və məni tək qoymalarını istəyəcəyəm yaxınlarımın.. Susacağam bu fəsil... foto: gfarique

AYRILIĞIN "OLMALIDIR"LARI...

Image
Nədir ayrılığın nəticəsi!? Gecələrin yuxusuzluğu.. Özünü unudana qədər içki {!}.. Çoxlu və yeni qız-oğlan tanışlığı.. Saysız siqaret kötükləri.. İşdən çıxmaq.. Yaş yastıqlar.. Sosial şəbəkələr.. Təklik.. Ən yaxşı tələbə, şagird olmaq.. Hər şeydən soyumaq.. İçəri şəhərin dar küçələri.. Gecə iştahası və kökəlmək.. Təkliyə nifrət etmək, qələbəlik.. Şəkilləri cırmaq.. İşdə ən qabaqcıl işçi olmaq.. Hər dəqiqə telefonu yoxlamaq.. Çox gözəlləşmək.. Keçmişə aid və onu xatırladacaq hər şeyi göz önundən yığışdırmaq.. Yaxınlardan üz çevirmək.. Dərsdən qaçmaq.. Arıqlamaq.. Üzü divara gözü açıq "yatmaq".. Kitablardakı əsərlərdə özünü tapmaq.. Serialların qəhrəmanına çevrilmək.. Baxımsızlıq.. "Ucuz" yolun yolçusu olmaq.. Dinə sarılmaq.. Utopiya qurub orda yaşamaq.. İxtiralar eləmək.. Başqa ölkələr.. və.. və.. və.. Əvvəli özündən qaçmaq, sonu özünə qayıtmaq!

НЕ ПРОВОЖАЙ...

Image
Не провожай. Я не люблю прощаний. Прощанье – это варварский обычай. Ни слез я не хочу, ни обещаний- Не нужно соблюдения приличий. Не провожай. Путь даже мне неведом – Не знаю, доведется ли вернуться. Ну что за блажь – идти за мною следом: Достаточно вслед просто улыбнуться. Не провожай. Закрой за прошлым двери – Вернись в свой мир, где всё тебе знакомо, А у меня – ни имени, ни дома, Есть лишь мечты, в которые я верю, Да ангелы, которые хранят… Пожалуйста, не провожай меня. Марина Винтер

TƏKLİYİN MƏNASIZ ƏZABI...

Image
Bəlkə ən yaxşısı yatmaqdır? Elə belə gözümü yumum həyata və yatım.. Axı ancaq onda özümü unuduram, özümü unudramsa deməli sən də mənimlə birlikdə unudlursan bir müddətlik. Amma yox.. Sən yenə də unudlmursan. Bu dəfə də yuxularımı işğal eliyirsən. Bu nə əzabdı!? Bu nə işgəncədi axı!? Gecənin tən ortasında sənsizlik bütün çılpaqlığı ilə qarşımda yeni və növbəti tamaşasını oynayarkən gücüm ancaq başqalarını acılamağa çatır mənim də.. İstəmirəm nə xəyal, nə arzu, nə gələcəyin planlarını götür qoy eləmək artıq. Bezdim, sıxıldım! Mən reallıq istəyirəm.. İstmirəm “gələndə, görəndə, olarsa..” ilə başlayıb bitən cümlələr qurmaq artıq. Yorulmuşam yorğunluğumdan.. Tükənir taqətsizliyimin taqəti belə.. sürüyürəm cismimi cəsəd kimi. Ruhum isə tamam başqa aləmdə uçuşur.. Nə bu dünyaya aidəm, nə də o dünyaya. Natamam.. Laməkan.. Əsəblərim kamanın simləri kimi tarıma çəkilərək çalır nələrdənsə.. Amma mən artıq heç nə duymuram və duymaq istəmirəm. Dünyaya ya kar olmuşam ya da özümü karlığa qoymuşam. Ə

GÖZLƏRİNİ YUMARKƏN...

Image
Gözlər yumulur.. Düşüncələr yenə işğal edir ruhu, fikirlər didir doğrayır hissləri. Xəyallarsa qandallı. Öz dünyanda var gəl edirsən. Boş, qara dəhlizdir, sonsuz.. səzssiz.. kimsəsiz.. Xəyalları buraxmamaqçün bu dəhlizə örtürsən bütün qapıları, üstünə də bir qıfıl.. Lakin qorxursan təklikdən və yol ayrıcında qalırsan. Xəyallar səni incitsə də, təkliyin səni daha çox vahimələndirəcəyini bilirsən. Nə bir kimsəni dəvət etmək, nə xəyalları azad etmək.. Seçim qarşısında qalaraq ən nəhayətində açırsan gözlərini hövlənak, yuxudan oyanmışcasına, özünü oyanmağa məcbur edərcəsinə.. Qaranlıqdan işığa qəfil addım çaşdırır bir anlıq səni. Bu nədir!? Yox, yox.. İstədiyin elə o qaranlıq imiş ki! Öz iç dünyan imiş ki! Yenidən yavaş yavaş enir göz qapaqları.. Bu dəfə daha sakit və səbirlə qarşılayırsan səssizliyi, təkliyi.. Daha təmkinlisən düşüncələrinin dəhlizində.. Ehmalca xəyalların qandalını açırsan.. Azad edirsən onları dustaqların azadlığa buraxıldığı kimi. Nə olar olar.. İncidəcəkmi ruhunu? Qoy

YARIM QALAN FİKİRLƏRİM...

Bu gün elə belə blogumun "Edit Post" bölməsində gəzişərkən "Draft" yazılar gözümə dəydi. Birində cümlə yarımçılıq qalmışdı hətta.. Onları "Delete" eləməyə əlim gəlmədi. Sadəcə bura yarımçılıq şəkildə qeyd eləyərək tamamlamaq qərarına gəldim. GAME OVER.... Həmişə bu dünyanı oyuna, insanları da oyuncağa bənzədiblər... Bu bənzətmə məndən əvvəl də olub, sözsüz ki, elə məndən sonra da olacaq. İndi gəl sən də bu oyunun içindən baş çıxart. Şablon sözdü - insanlar marionetkalar kimi dünyanın əlində ipə bağlı cəmlənir və oyun başlayır... Ya şahmatdımı bu dünya!? Bizdə şahmat taxtasının üçstündə irəli geri gəzən fiqurlar.... Bəlkə adı flash kompyuter iqrasıdı, ya ortada qaldıdı dünyanın oyunlar!? Hələ nərd, domino... 24.04.2011 Bir men, bir de gizli Blogum... Bəzən saatla açıq qalır blogum.. Ora nə bir yazı əlavə eliyirəm nə də bir mahnıdan, şeirdən nəsə qoyuram. Amma bilirəm ki, bu dünyada tək mənə aid olan bir məkan var... Mənim azad zonam.. və

TƏYYARƏLƏR AYIRAR-QOVUŞDURAR...

Yad şəhərin yad küçələrində gəzərkən, yeni tanışlar, yeni üzlər görərkən, səndən dəfələrcə fərqlənən irqlərlə münasibət qurarkən, tamam fərqli dad verən təamları dadarkən, nə edirsən et, lap özündən çıxıb, özünə qayıdarkən belə gözləyərsən həsrətlə təyyarələrin səni qovuşduracağı anı.. Biri ilə qovuşdurub, digəri ilə ayıran yollar bir gün mütləq kəsişmə nöqtəsi tapacaq.. Amma həmin kəsişmə anında bütün olanların əvvəlki tək olması nə mümkündü, nə mümkünsüz... Təyyarə məni qovuşdurdu.. təəssüflənirəm, ayrı salanların halına.. ;)

- 30.08.2011 - 06.09.2011 - BAKI - URUMÇİ -

Image
Hər dəfə səfərə çıxanda mütləqdir ki, insan yeni nələrsə öyrənir.. Yaxşı deyib atalar "Çox gəzən çox bilər.." FOTOLAR